>
previous arrow
next arrow
Slider
 
27 sentyabr 2021-ci il

MİLLİ QÜRUR GÜNÜ

Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin Sərəncamı ilə 44 günlük Vətən müharibəsinin başlandığı 27 sentyabr tarixi Azərbaycan Respublikasında Anım günü kimi qeyd olunur, torpaqlarımız uğrunda qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad olunur.  

6 sentyabr 2021-ci il

Xalq artistləri Yaşar Nurinin 70 illik yubileyi və Səyavuş Aslanın doğum günü münasibəti ilə qəbrüstü ziyarət

6 sentyabr 2021-ci il tarixdə Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə tanınmış incəsənət nümayəndələri və media işçiləri Xalq artistləri Yaşar Nurinin 70 illik yubileyi və Səyavuş Aslanın doğum günü münasibəti ilə sənətkarların məzarlarını ziyarət etdilər.

22 iyul 2021-ci il

Azərbaycan Teatr Xadimləri İttifaqında Milli Mətbuat Günü münasibəti ilə mükafatlandırılma mərasimi keçirildi.

Mərasimdə İttifaqın Sədri, Xalq artisti, professor Azər Paşa Nemətov, Sədr müavini, Xalq artisti, Dövlət Mükafatı Laureatı Hacı İsmayılov, media nümayəndələri və İttifaqın əməkdaşları iştirak etdilər.

14 iyul 2021-ci il

Xalq artisti Cənnət Səlimova Azərbaycan Teatr Xadimləri İttifaqının «QIZILGÜL» mükafatı ilə təltif olunma mərasimi

Xalq artisti Cənnət Səlimova Azərbaycan Teatr Xadimləri İttifaqının «QIZILGÜL» mükafatı ilə təltif olundu.

Mərasimdə İttifaqın İdarə heyətinin üzvləri və İttifaqın əməkdaşları iştirak etdilər.

14 iyul 2021-ci il

«Mədəniyyətimiz – Tariximiz» silsiləsindən Azərbaycan mədəniyyətinin görkəmli simalarından biri Əbdürrəhim bəy Haqverdiyevə həsr olunmuş tədbir 

Görkəmli ziyalılar, sənət adamları və media nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri  giriş sözü ilə İttifaqın sədr müavini, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov açdı.

27 may 2021-ci il

Azərbaycan Teatr Xadimləri İttifaqının fəxri fərmanlarının təqdimatı

28 May - Respublika Günü münasibətilə bir qrup mədəniyyət xadiminə Azərbaycan Teatr Xadimləri İttifaqının fəxri fərmanları təqdim olunub.

29-30 aprel 2021-ci il

«Sənsiz» adlı bədii qiraət müsabiqəsi

2021-ci il bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış Azərbaycanın görkəmli şair və mütəfəkkiri Nizami Gəncəvinin 880 yaşı tamam olur.

12 aprel 2021-ci il

Fəxri fərmanla təltifedilmə mərasimi

12 aprel 2021-ci ildə Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivinə Fəxri Fərmanın verildi

31 mart 2021-ci il

Əməkdar artist Cəmilə Kərimova «Sənətkar» medalı ilə təltif edildi

31 mart 2021-ci il tarixdə Azərbaycan Respublikasının Əməkdar artisti Cəmilə Kərimova Azərbaycan Teatr Xadimləri İttifaqının “Sənətkar” medalı ilə təltif edildi.

10 mart 2021-ci il

Milli Teatr Günü

10 mart 2021-ci il tarixdə Azərbaycan Teatr Xadimləri İttifaqında Azərbaycan peşəkar milli teatrının 148 illiyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət Naziri Anar Kərimov, Mədəniyyət Nazirliyi İncəsənət şöbəsinin müdiri Fərəh Acalova, görkəmli sənət adamları, ziyalılar və media nümayəndələri iştirak etdilər.

9 mart 2021-ci il

Xalq artisti Arif Quliyevə «QIZILGÜL» mükafatı təqdim olundu

9 mart 2021-ci il tarixdə Azərbaycan Respublikasının Xalq artisti Arif Quliyevə İttifaqın yeni təsis etdiyi «Qızılgül» mükafatı təqdim olundu. Təqdimatda İttifaqın əməkdaşları iştirak etdi.

16 oktyabr 2020-ci il

Azərbaycan Teatr Xadimləri İttifaqı Silahlı Qüvələrə Yardım Fonduna vəsait köçürüb.

Azərbaycan ordusunun maddi-texniki təchizatı dövlət tərəfindən yüksək səviyyədə təmin olunsa da, əksər vətəndaşlar, o cümlədən müəssisə və təşkilatlar orduya hərtərəfli dəstəyi özlərinə mənəvi borc hesab edir, bu istiqamətdə əllərindən gələni əsirgəmirlər.

15 iyul 2020-ci il

REAL TV

A.Nemətov: Milli birlik hazırda ən vacib məqsədimiz olmalıdır

1 oktyabr 2020-ci il

Gürcüstanın Lado Mesxişvili adına Kutaisi Dövlət Professional Dram Teatrının 160 illik yubileyi münasibəti ilə Azərbaycan Teatr Xadimləri İttifaqının Sədri, Xalq artisti, professor Azər Paşa Nemətovun təbriki.

Azərbaycan Teatr Xadimləri İttifaqının Sədri, Xalq artisti, professor Azər Paşa Nemətov Gürcüstanın Lado Mesxişvili adına Kutaisi Dövlət Professional Dram Teatrını 160 illik yubileyi münasibəti ilə Azərbaycanın teatr ictimaiyyəti adından təbrik edib.

25 may 2020-ci il

Aida Qafarova - TƏƏSSÜF …

https://teatro.az/post/331

Bu gün əziz sənət dostumuz, Xalq artisti Rafiq Əliyevin qonağı olduğumuz bu dünyadan əbədi evinə köçməyinin qırxıncı günü tamam oldu. 
Qırx gündür ki, sevənləri yoxluğuna alışmağa məcbur olub, onu xatirələrində yaşadırlar. 
İş otağına baxıram. İlk baxışda hər şey əvvəlki kimidir… Kitabları, şəkilləri, mükafatları… hamısı yerindədir… sanki hamısı onun gəlişini gözləyir.

18 aprel 2020-ci il

İtirdik... - Aida Qafarova Rafiq Əliyevdən yazır

http://525.az/site/index.php?name=xeber&news_id=140167#gsc.tab=0

16 aprel 2020-ci il. Səhərimiz acı xəbərlə açıldı. Azərbaycan professional aktyor və rejissor sənətinin görkəmli nümayəndəsi, əziz dostumuz, Respublikanın Xalq artisti Rafiq Əliyevin vəfatı hamımızı məyus etdi. Allahın ona bəxş etdiyi istedadı, yiyələndiyi bilik və bacarıqları səxavətlə sərf edən sənətkar 70 illik həyat və sənət missiyasını başa vurdu.

16 aprel 2020-ci il

Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Rafiq Əliyev vəfat edib. Allah rəhmət eləsin... 

Rafiq Hacıbaba oğlu Əliyev 14 noyabr 1949-cu ildə Füzuli rayonunun Merdinli kəndində anadan olmuşdur.  1957-ci ildə Bakıdakı 58 saylı orta məktəbin birinci sinfinə getmiş, 1968-ci ildə həmin məktəbi bitirdikdən sonra Leninqrad (indiki Sankt-Peterburq) şəhərində Mədəniyyət İnstitutunun Mədəni-Maarif fakültəsinin Rejissorluq bölməsinə daxil olmuşdur.

10 mart 2020-ci il

Əməkdar artist Adil Ağakərim oğlu Zeynalov Azərbaycan Teatr Xadimləri İttifaqının Fəxri fərmanına layiq görülüb

Milli teatr sənətinin inkişafındakı xidmətlərinə görə və 60 illik yubileyi ilə əlaqədar Əməkdar artist Adil Ağakərim oğlu Zeynalov Azərbaycan Teatr Xadimləri İttifaqının Fəxri fərmanına layiq görülüb. Mükafat sənətkarın oğlu Kamran Zeynallıya təqdim olunub.

14 dekabr 2019-cu il

“Milli-mənəvi dəyərlərimizi gələcəyimiz naminə qoruyaq!” layihəsi çərşivəsində film təqdimatı

14 dekabr tarixində Azərbaycan Teatr Xadimləri İttifaqında və Azərbaycan Turizm və Menecment Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilati dəstəyi və “Müasir Gənclər Şəbəkəsi” İctimai Birliyi tərəfindən “Milli-mənəvi dəyərlərimizi gələcəyimiz naminə qoruyaq!” adlı layihəyə keçirilib.

29 oktyabr 2019-cu il

Akademik Milli Dram Teatrına dövlət statusu verilməsinin 100 illiyi münasibəti ilə təntənəli tədbir

29 oktyabr 2019-cu il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı, Akademik Milli Dram Teatrı və Dövlət Teatr Muzeyinin təşkilatçılığı ilə Akademik Milli Dram Teatrına dövlət statusu verilməsinin 100 illiyi münasibətilə təntənəli tədbir keçirildi. 

7 noyabr 2019-cu il

İmadəddin Nəsimi - 650

7 noyabr 2019-cu il tarixdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Bakı şəhəri, H.Aslanov adına 175 saylı orta məktəbin şagirdlərinin ifasında görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə görkəmli ziyalılar, sənət adamları, şagirdlər və media nümayəndələri iştirak etmişlər.

20 sentyabr 2019-cu il

İlham Məmmədov 50 illik yubileyi münasibəti ilə mükafat

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktor müavini İlham Məmmədov milli teatr sənətinin inkişafındakı xidmətlərinə görə və 50 illik yubileyi münasibəti ilə Azərbaycan Teatr Xadimləri İttifaqının Fəxri fərmanı və döş nişanı ilə təltif olundu.

27 iyun 2019-cu il

Görkəmli aktyor, rejissor Hüseyn Ərəblinskinin qəbrüstü ziyarəti

 tarixdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə milli peşəkar teatr sənətimizin banilərindən biri Hüseyn Ərəblinskinin əbədiyyətə qovuşmasının 100 illiyi münasibəti ilə sənətkarın qəbrüstü abidəsi ziyarət olundu. Ziyarətdə Mədəniyyət Nazirliyinin, Teatr Xadimləri İttifaqının, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının nümayəndələri, görkəmli ziyalılar, sənət adamları, media nümayəndələri iştirak etdilər.

20 iyun 2019-cu il 

“Nəsimi ili” çərçivəsində silsilə tədbirlər davam edir

20 iyun 2019-cu il tarixdə “Aktyor Evi”nin səhnəsində Yeni Azərbaycan Partiyası, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr olunan tədbir keçirildi və tələbələr tərəfindən hazırlanan “Ənəlhəqq” teatr tamaşası göstərildi.

15, 16, 17 may 2019-cu il 

AzTXİ-nın səhnəsində G.Figeyredonun «Ezop» tamaşası göstərildi

15, 16, 17 may 2019-cu il tarixlərdə Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə İttifaqın böyük səhnəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Teatr sənəti» fakültəsi «Rejissorluq» ixtisasının əyani təhsilalma forması üzrə təhsil alan IV kurs tələbəsi Əkbərov Mir Qabil Qafil oğlunun diplom tamaşası oynanıldı.

13 may 2019-cu il

"Nəsir müəllimli illər" sənədli filminin təqdimatı. 

13 may 2019-cu il tarixdə Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə ARB televiziyası "Aranfilm" Yaradıcılıq Mərkəzinin istehsal etdiyi "Nəsir müəllimli illər" sənədli filminin təqdimatı keçirildi. 

28 fevral 2019-cu il

Xalq artisti Mustafa Mərdanovun 125 illiyi qeyd olundu

28 fevral 2019-cu il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı, Akademik Milli Dram Teatrı və Dövlət Teatr Muzeyinin birgə təşkilatçılığı ilə görkəmli teatr və kino xadimi, Xalq artisti Mustafa Mərdanovun 125 illiyi ilə bağlı tədbir keçirildi.

15 fevral 2019-cu il

Cəlil Məmmədquluzadənin «Çay dəstgahı» əsəri əsasında hazırlanmış tamaşının premyerası.

15 fevral 2019-cu il tarixdə Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə İttifaqın tamaşa salonunda Bakı Uşaq Teatrının yaradıcı heyəti Cəlil Məmmədquluzadənin «Çay dəstgahı» əsəri əsasında hazırlanmış eyniadlı tamaşının premyerasını təqdim etdilər. Tamaşanın quruluşçu rejissoru Könül Şahbazova-Qasımova, rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısı Rauf Hüseynlidir.

Maraqlı quruluş və aktyor oyunu, rəngarəng dekorasiya, şən musiqi tərtibatı tamaşanın uşaq və yeniyetmələr tərəfindən alqışlarla qarşılanmasına səbəb oldu.

28 yanvar 2019-cu il

SSRİ Xalq artisti Mehdi Məmmədovun 100 illik yubileyiinə həsr olunmuş «Ömrün səhifələri» kitabının təqdimatı

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə 28 yanvar 2019-cu il tarixdə görkəmli rejissor, aktyor, teatrşünas alim, SSRİ Xalq artisti Mehdi Məmmədovun 100 illik yubileyinə həsr olunmuş «Ömrün səhifələri» kitabının təqdimat mərasimi keçirilmişdir.

29 oktyabr 2018-ci il

"Sergey Yesenin və Azərbaycan" adlı tədbir

29 oktyabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu, Azərbaycan Teatr Xadimləri İttifaqı və Azərbaycan Yaradıcılıq Fondunun təşkilatçılığı görkəmli rus şairi Sergey Yeseninin həyat və yaradıcılığına həsr olunmuş «Yesenin və Azərbaycan» adlı tədbir keçirildi.

Tədbirdə görkəmli sənət adamları, ziyalılar və media nümayəndələri iştirak etdilər.

25 iyun 2018 – ci il

Milli ordumuzun yaranmasının 100 illiyi münasibətilə tamaşa oynanıldı.

25 iyun 2018 – ci il tarixdə Azərbaycan Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov səhnəsində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi, Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilati dəstəyi və “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Gənclərdə milli ruhun təbliği məqsədi ilə teatr tamaşasının hazırlanması” layihəsi çərçivəsində yaradıcı və istedadlı gənc tələbə aktyor və rejissorların iştirakı ilə vətənpərvərlik mövzusunda teatr tamaşası oynanıldı.

7 may 2018-ci il

Heydər Əliyev – 95 / Azərbaycan Xalq Cümhuriyyəti – 100

7 may 2018-ci il tarixdə Azərbaycan Teatr Xadimləri İttifaqında Ümummilli lider Heydər Əliyevin 95 illiyinə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir. Konfransda millət vəkilləri, görkəmli elm və incəsənət adamları və media nümayəndələri iştirak etmişlər.

Konfrans iştirakçıları Ulu öndər Heydər Əliyevə və Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş sərgi ilə tanış olmuşlar.

13 aprel 2018-ci il 

Aktyоr əbədiyyətə gоvuşanda

13 aprel 2018-ci il tarixdə Azərbaycan Teatr Xadimləri Ittifagının Mustafa Mərdanоv səhnəsində Şuşa Düvlət Musigili Dram Teatrının aktyоru və rejissоru, Əməkdar artist Nazir Rüstəmоvun guruluşunda Xоrvat yazıçısı Mirо Havranın «Aktyоr əbədiyyətə gоvuşanda» birhissəli psixоlоci dramının premyerası оlmuşdur.

9 mart 2018-ci il

Milli Teatr Günü 

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılı ilə 9 mart 2018-ci il tarixdə Azərbaycan Cümhuriyyətinin 100, Azərbaycan teatrının 145, Azərbaycan Teatr Xadimləri İttifaqının 120 illiyinə həsr olunmuş «TEATR VƏ ZAMAN: 145 İLİN ƏSAS İNKİŞAF MƏRHƏLƏLƏRİ» elmi-praktik konfransı keçirilmişdir.

10 mart 2017-ci il

Milli Teatr Günü

10 mart 2017-ci il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Milli Teatr Günü münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının nümayəndələri, görkəmli sənət adamları, ziyalılar və media nümayəndələri iştirak etmişlər. Tədbirdə Azərbaycan teatrının keçdiyi inkişaf yolu ilə bağlı fotosərgi və videoçarx nümayiş olunmuşdur. 

20 noyabr 2017-ci il

«İki dost» tədbiri

20 noyabr 2017-ci il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə görkəmli teatr xadimləri Zəfər Nemətov və Həsən Haqverdiyevin 100 illiyinə həsr olunmuş «İki dost» adlı tədbir keçirilmişdir. Tədbirdə Əməkdar incəsənət xadimi Zəfər Nemətova həsr olunmuş «Zəfər ömrü» kitabı və Həsən Haqverdiyevin rəsm əsərlərindən ibarət «Davam» sərgisi təqdim olunmuşdur.

15-16 noyabr 2017-ci il

«Art» Sankt-Peterburq Dövlət Musiqili Teatrı Bakıda

 15-16 noyabr 2017-ci il tarixdə «Rossotrudniçestvo»-nun (Rusiya Federasiyasının xaricdə yaşayan həmvətənlərlə əlaqə və beynəlxalq humanitar əməkdaşlıq qurumu) Azərbaycan nümayəndəliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının və «Art» Sankt-Peterburq Dövlət Musiqili Teatrının təşkilatçılığı ilə «Art» Sankt-Peterburq Dövlət Musiqili Teatrının «Peterburq mənzilləri» (Fyodor Koni) və «Əlvida, konferansye!» (Qriqori Qorin) tamaşaları Azərbaycan tamaşaçılarına təqdim olunmuşdur.

25 may 2017-ci il

Rövşən Ağayevin «Sonluğun sonu» monodramının premyerası.

25 may 2017-ci il tarixdə Azərbaycan Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov səhnəsində Rövşən Ağayevin «Sonluğun sonu» monodramının premyerası oynanılmışdır. Premyerada ölkənin tanınmış incəsənət xadimləri, ziyalılar, media nümayəndələri iştirak etmişlər.

19 dekabr 2016-cı il

"Ömrün səhifələri" kitabının təqdimat mərasimi. Nəsibə Zeynalovanın 100 illik yubileyi

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqı 19 dekabr 2016-cı il tarixdə görkəmli gülüş ustası, Xalq Artisti Nəsibə Zeynalovanın 100 illiyi münasibəti ilə sənətkarın həyat və yaradıcılığından bəhs edən «Ömrün səhifələri» kitabının təqdimat mərasimini keçirmişlər. Teatr Xadimləri İttifaqında keçirilən tədbirdə görkəmli sənət adamları, ziyalılar və media nümayəndələri iştirak etmişlər.

23 fevral 2016-cı il

Xalq şairi, dramaturq Nəriman Həsənzadənin 85 illiyinə həsr olunmuş «Nəriman Həsənzadə və teatr» adlı tədbir.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrı 2016-cı il fevral ayının 23-də xalq şairi, dramaturq Nəriman Həsənzadənin 85 illiyinə həsr olunmuş «Nəriman Həsənzadə və teatr» adlı tədbir keçirmişdir.

10 oktyabr 2014-cü il

Xalq Yazıçısı İlyas Əfəndiyevin 100 illiyi münasibəti ilə çap olunmuş kitabın təqdimat mərasimi.

 Azərbaycan Teatr Xadimləri İttifaqında 10 oktyabr 2014-cü il saat 14.00-da Xalq Yazıçısı İlyas Əfəndiyevin 100 illiyi münasibəti ilə çap olunmuş kitabın təqdimat mərasimi keçirildi.

 2014-cü il

Xalq artisti Ağakişi Kazımovun 70 illiyi münasibətilə keçirilən tədbir.

Azərbaycan Dövlət Akademik Milli Dram teatrının rejissoru, xalq artisti, «Qızıl Dərviş» mükafatı laureatı, professor Ağakişi Kazımov həyatının 50 ildən çoxunu milli teatrımızın inkişafına həsr etmişdir.

© Copyright 2019, Azərbaycan Teatr Xadimləri İttifaqı