>
previous arrow
next arrow
Slider
 
22 iyul 2021-ci il

Azərbaycan Teatr Xadimləri İttifaqında Milli Mətbuat Günü münasibəti ilə mükafatlandırılma mərasimi keçirildi.

Mərasimdə İttifaqın Sədri, Xalq artisti, professor Azər Paşa Nemətov, Sədr müavini, Xalq artisti, Dövlət Mükafatı Laureatı Hacı İsmayılov, media nümayəndələri və İttifaqın əməkdaşları iştirak etdilər.

Tədbiri Azər Paşa Nemətov açdı. O, Milli Mətbuat Günü münasibəti ilə media nümayəndələrini təbrik etdi, mətbuatımızın tarixindən, bu günündən söhbət açdı.

Sonra mükafatlarndırma mərasimi başladı. «Mədəniyyət» jurnalının əməkdaşı Samirə Behbudqızı, AZƏRTAC-ın əməkdaşı Suvar İbadov, «Mədəniyyət» qəzetinin əməkdaşı Gülcahan Mirməməd, Teleqraf.com saytının əməkdaşı Rəqsanə Həsənova, Day.az saytının əməkdaşı Firəngiz Ağalarova, Trend İnformasiya Agentliyinin əməkdaşı Cani Babayeva milli teatr sənətinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Teatr Xadimləri İttifaqının fəxri fərmanları ilə təltif olundular.

Eyni zamanda tədbirdə Akademik Musiqili Teatrın aktrisası, Əməkdar artist Nahidə Orucovaya 60 illik yubileyi münasibəti ilə «Sənətkar» medalı verildi.

 

 

© Copyright 2019, Azərbaycan Teatr Xadimləri İttifaqı