15 mart 2026-cı il
Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Zemfira Əbdülsəmədovanın yubileyi
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Zemfira Əbdülsəmədovanın yubileyi münasibəti ilə "Xortdanın cəhənnəm məktubları" (Ə.Haqverdiyev) tamaşası oynanılıb.
Tamaşadan əvvəl çıxış edənlər - Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti, professor İlham Namiq Kamal, Əməkdar incəsənət xadimi, Sənərşünaslıq elmləri doktoru, professor Məryəm Əlizadə, Xalq artistləri Yasin Qarayev, Xalidə Quliyeva, Milli Gənc Tamaşaçılar Teatrının Yaradıcı şöbəsinin müdiri Nicat Kazımov və rejissor Elşad Rəhimzadə Zemfira Əbdülsəmədovanı yubileyi münasibəti ilə təbrik ediblər, aktrisanın yaradıcılıq yolundan, onun səhnədə və kinoda yaratdığı maraqlı obrazlardan danışıblar.
Zemfira Əbdülsəmədova milli teatr sənəti sahəsindəki xidmətlərinə görə və əlamətdar yubileyi münasibəti ilə Azərbaycan Teatr Xadimləri İttifaqının "Sənətkar" medalı ilə təltif olunub.
Təbriklərdən sonra aktrisanın iştirakı ilə "Xortdanın cəhənnəm məktubları" tamaşası göstərilib.

