21 iyul 2025-ci il
Azərbaycan Milli Mətbuatı – 150
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Milli Mətbuatın 150 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə teatr sənəti sahəsində xidmətləri olan media işçiləri və Teatr Xadimləri İttifaqının nümayəndələri iştirak ediblər.
Giriş sözü ilə tədbiri açan İttifaqın sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov Milli Mətbuat Günü münasibəti ilə iştirakçıları təbrik edib, Azərbaycan mətbuatının keçdiyi zəngin və şərəfli inkişaf yolundan söhbət açıb.
Sonra teatr sahəsində uğurlu fəaliyyət göstərən media nümayəndələri «İttifaqın dostu» diplomu, Fəxri fərman və «Teatr fədaisi» medalı ilə təltif olunublar.
Mükafatlandırılanlar göstərilən diqqətə görə Teatr Xadimləri İttifaqına minnətdarlıqlarını bildiriblər. Sonda xatirə şəkilləri çəkilib.