>
previous arrow
next arrow
Slider
 
Slider

Məsul katib - Aidə Qafarova

Məsul katib

Aidə Qafarova

 

17 iyun 1973-cü ildə Bakıda anadan olub.

2005-ci ildə ADMİU-nun "Kulturologiya" fakültəsini, 2007-ci ildə "Mədəniyyətşünaslıq" üzrə magistraturanı, 2019-cu ildə "Sənətşünaslıq" üzrə doktoranturanı bitirib.

1999-cu ildən Azərbaycan Teatr Xadimləri İttifaqında çalışır. 2009-cu ildən İttifaqın üzvüdür. İttifaqın məsul katibidir. 

Teatr Xadimləri İttifaqının nəşr etdiyi "Ömrün səhifələri" seriyasından Azərbaycanın görkəmli sənətkarları Şəmsi Bədəlbəyli, Məhərrəm Haşımov və Hökümə Qurbanovaya həsr olunmuş kitabların, Arif Əbdürrəhmanovun "Teatrda rəssamın rolu", Mehdi Məmmədov və Zəfər Nemətovun "Rejissor işi haqqında" kitablarının tərtibçisi və redaktorudur.

Azərbaycanın görkəmli sənətkarlarına həsr olunmuş dörd kitabın ("Ömrün səhifələri. Qəmər Almaszadə." (2015), "Ömrün səhifələri. Nəsibə Zeynalova." (2016), "Zəfər ömrü" (2017), "Ömrün səhifələri. Mehdi Məmmədov." (2018)), Azərbaycan Teatr Xadimləri İttifaqının 5 illik fəaliyyətinə həsr olunmuş Kataloqun (2019), bir sıra elmi məqalələrin müəllifidir.

 

 

© Copyright 2019, Azərbaycan Teatr Xadimləri İttifaqı