>
previous arrow
next arrow
Slider
 

Lütfiyar İmanov

Lütfiyar İmanov 

(17.04.1929 - 21.01.2008)

Opera müğənnisi. Pedaqoq. SSRİ Xalq artisti.

1986-91-ci illərdə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri olmuşdur.

Lütfiyar İmanov 17 aprel 1929-cu ildə Sabirabad rayonunnda anadan olub. İlk rolunu 1943-cü ildə Sabirabad Dövlət Musiqi Teatrının səhnəsində "Beş manatlıq gəlin" tamaşasında oynayıb. 18 yaşında ilk dram dərnəyini yaradıb. 1957-ci ildə Azərbaycan Dövlət Konservatotriyasında A.Milovanovun sinfində musiqi təhsilini bitirib və Dövlət Estrada Orkestrində, daha sonra isə Musiqili Komediya Teatrında fəaliyyət göstərib.

1959-cu ildə Moskva şəhərində keçirilən dekadada «Koroğlu» operasında baş rolu – Koroğlu rolunu oynayıb. 1968-ci ildə İncəsənət Universitetini bitirib. 30-dan çox operada baş rolun ifaçısı olub.

1965-ci ildə Moskvada Bolşoy Teatrda, 1975-ci ildə 6 ay İtaliyanın Milan şəhərində, La-Skala teatrında təcrübə keçib. 1985-ci ildә Ankara Opera vә Balet Teatrının "Arşın mal alan" tamaşasında Әsgәr rolunu oynayıb.

1991-1995-ci illərdə İstanbul və İzmir şəhərlərinin opera teatrlarında vokal dərsləri verib. 1995-ci ildə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin yubileyi münasibətilə Tehranda keçirilən festivalda, 1996-cı ildə İtaliyada Vivaldinin xatirəsinə həsr edilən konsertdə, Almaniyada "Milleniumun mahnısı" festivalında çıxış edib. "Karmen", "Faust", "Otello", "Trubadur", "Aida", "Riqoletto" və s. klassik opera əsərlərində rollar oynayıb. Uzun müddət Bakı Musiqi Akademiyasında müəllim-professor kimi çalışıb. 1980-1990-cı illərdə iki dəfə Azərbaycan Ali Sovetinin deputatı olub. 1977-ci ildə "SSRİ Xalq artisti" fəxri adına layiq görülüb.

21 yanvar 2008-ci ildə Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

© Copyright 2019, Azərbaycan Teatr Xadimləri İttifaqı