>
previous arrow
next arrow
Slider
 
 
    Əziz dostlar!
 
    Qafqazın ən qocaman yaradıcılıq təşkilatı olan Azərbaycan Teatr Xadimləri İttifaqının teatrittifaqi.az saytında hamınızı xoş gördük.
    2013-cü ildən fəaliyyətə başlayan saytın yaradılmasında məqsəd qurumun keçdiyi inkişaf yolu barədə sizə ətraflı məlumat verməkdən ibarətdir. Azərbaycanın teatr aləmi ilə dünya ölkələrini daha yaxından tanış etmək və İttifaqın beynəlxalq əlaqələrini daha da genişləndirmək məqsədi ilə 2020-ci ildən etibarən saytın yeni variantı yeni dizaynda və 3 dildə təqdim olunur. Azərbaycan, rus və ingilis dillərində tərtib olunmuş sayt İttifaqın tarixinin vacib məqamlarını və bu günki fəaliyyətini özündə əks etdirir.
    1897-ci ildə "Artistlər İttifaqı" adı ilə yaranmış birlik 1917-ci ildən "Müsəlman Artistlər İttifaqı", 1920-ci ildən "Türk Aktyorlar İttifaqı", 1945-ci ildən "Azərbaycan Teatr Cəmiyyəti" kimi fəaliyyətini davam etdirmiş, 1987-ci il 27 fevral tarixli təsis Konfransının qərarı ilə "Azərbaycan Teatr Xadimləri İttifaqı" adlandırılmışdır. Özünün zəngin tarixi boyu müxtəlif adlar altında fəaliyyət göstərsə də, yarandığı vaxtdan bu günə qədər İttifaq bir məqsədə - milli teatr sənətimizin inkişafına və təbliğinə xidmət etmişdir.
    Şərəfli inkişaf yolu keçmiş Teatr  Xadimləri İttifaqına Azərbaycanın müqtədir sənətkarları başçılıq etmiş, onların rəhbərliyi ilə İttifaq zəngin təcrübə əldə edərək, fəaliyyətini dövrün tələblərinə uyğun qurmuşdur. 
    Ötən əsrin 50-ci illərindən etibarən teatr prosesinə və onun inkişafına təkan verən, güclü potensiala malik bir təşkilat kimi formalaşan qurum bu gün beynəlxalq münasibətlər sahəsində də zəngin təcrübəyə malikdir. İttifaq Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının və UNESKO-nun Beynəlxalq Teatr İnstitutunun üzvüdür. Saytın "Beynəlxalq əlaqələr" bölməsində bu barədə ətraflı məlumat verilib.
    Habelə ayrı-ayrı bölmələrdə teatr prosesinin daha da fəallaşmasına yaradıcı təsir göstərən layihələrin həyata keçirilməsi, mədəniyyətlə bağlı dövlət qurumları, yaradıcılıq birlikləri 
 
 

və ittifaqları, elm və təhsil ocaqları ilə mövcud qanunvericilik əsasında əlaqələr, gənclərlə iş, yubileylərin, anma günlərinin keçirilməsi, böyük və kiçik səhnələrdə tamaşalar hazırlanması, nəşriyyat işinin həyata keçirilməsi və s. istiqamətlərdə İttifaqın fəaliyyəti haqqında geniş informasiya təqdim olunub.
    Saytdakı məlumatların teatr sənəti sahəsində çalışan hər kəs üçün olduqca maraqlı və gərəkli olacağına şübhə etmirik. İnanırıq ki, teatrittifaqi.az saytı tərəfinizdən maraqla qarşılanacaq və tezliklə çox sayda izləyici toplayacaq.


 
 
 

 

Xəbərlər

  • 1
  • 2
  • 3
  • 4
  • 1
  • 2
  • 3
  • Azərbaycan Teatr Xadimləri İttifaqı ölkəmizdə fəaliyyət göstərən ən fəal yaradıcı təşkilatlardan biridir.

  • Milli teatr prosesində fəal iştirak edən İttifaq tarixi ənənəsinə sadiq qalaraq, bu gün də mütəmadi şəkildə yaradıcılıq gecələri, görüşlər, xatirə
  • Özünün əsas vəzifəsini teatr prosesini canlandırmaqda, bütün yeni başlanğıclara təkan verməkdə, milli teatr sənətimizi çağdaş dünya teatr prosesinə qovuşdurmağa çalışmaqda
  • Azərbaycan Teatr Xadimləri İttifaqı dünyanın nüfuzlu teatr qurumlarının: YUNESKO-nun Beynəlxalq Teatr İnstitutunun və Beynəlxalq Teatr Xadimləri İttifaqları Konfederasiyasının həqiqi üzvüdür.
  • 1

Qənizadə Sultanməcid

Qənizadə Sultanməcid 

(1866- 1937)

Maarif xadimi, müəllim, yazıçı, tərcüməçi, jurnalist, bir sıra lüğətlər, dərsliklər, bədii əsərlər, felyetonlar müəllifi.

Sultanməcid Qənizadə 1866-cı ilin aprel ayında tacir Hacı Murtuzəli kişinin ailəsində anadan olmuşdur.

Onun hazırladığı bir sıra lüğətlər bu sahədə ilkin addımlardan sayıla bilər. "Lüğəti-rusi və türki" (1902), "Samouçitel tatarskoqo yazıka" və başqa kitablar S.M.Qənizadənin elmi təfəkküründən, dillərə olan münasibətindən, gərgin əməyindən, yaradıcı fəaliyyətindən, öz millətinə göstərdiyi xidmətdən və can yanğısından xəbər verir.

Sultanməcid Qənizadə böyük yazıçı və dramaturq idi. Onun ilk qələmə aldığı pyes "Qönçə xanım" adlanıb. Təəssüf ki, bu günə kimi bu pyes tapılmayıb. Rus ədiblərindən etdiyi tərcümələrlə yanaşı, Sultan Məcid xalq nağılları əsasında uşaqlar üçün mənzum hekayələr yazıbmış. Ən sanballı bədii əsəri isə "Məktubati-Şeyda bəy Şirvani" adlanır. Əslində bu, bioqrafik bir əsərdir.

Sultanməcid Qənizadə böyük jurnalist idi. Qori Müəllimlər Seminariyasında işlədiyi müddətdən mətbuatda müntəzəm çıxış edən Sultan Məcid Qənizadə ən çox "Dəbistan" jurnalında çap olunardı.

Sultanməcid Qənizadə böyük Azərbaycanlı idi. Müəllimliyə başladığı ilk gündən həyatını və yaradıcılığını millətinin oyanışına, tərəqqisinə, təhsilinə və işıqlı gələcəyə sahib durmasına bağlamışdı.

Yazarın Əli İsgəndər Cabbarovla birlikdə yazdığı "Kəlili ədəbiyyat" (müntəxabat), "İstilahi Azərbaycan", "Lüğəti rusi və Azərbaycan (müsəlman)" və s. əsərləri məktəblərdəki boşluğu qismən doldurmağa xidmət etmişdir. O, "Axşam səbri xeyir olar" əsəri ilə ədəbiyyat tariximizdə təbdilin əsasını qoymuşdur. Ən orjinal əsəri "Məktubati Şeyda bəy Şirvani" ümumi başlığı altında yazdığı "Müəllimlər iftixarı" hekayəsi və "Gəlinlər həmayli" romanıdır. Bu əsər ədəbiyyat tariximizdə ilk dilogiya kimi dəyərləndirilir. Yaradıcılığında 1906-cı ildə "Dəbistan" jurnalında çap edilmiş "Allah xofu" hekayəsi xüsusi yer tutur. S.M.Qənizadə tərcümə sahəsində də özünü sınamışdır. İlk tərcümə əsəri L.Tostoyun "Əvvəlinci şərabçı" əsəridir.

1887-ci ildə Bakıda həmfikiirləri Həbib bəy Mahmudbəyov və Nəcəfqulu Vəliyevlə birlikdə teatr dəstəsi yaratmış və bu fədakar maarifçilərin böyük zəhməti hesabına həmin dəstə teatr truppasına çevrilmişdi. Azərbaycan teatrının yaranması və formalaşmasında mühüm rol oynamışdır. S.M.Qənizadə bir rejissor kimi də fəaliyyət göstərmişdir.

S.Qənizadə 1937-ci ildə 72 yaşında kütləvi repressiyalar zamanı "xalq düşməni" kimi güllələnmişdir.

 

© Copyright 2019, Azərbaycan Teatr Xadimləri İttifaqı