>
previous arrow
next arrow
Slider
 
 
    Əziz dostlar!
 
    Qafqazın ən qocaman yaradıcılıq təşkilatı olan Azərbaycan Teatr Xadimləri İttifaqının teatrittifaqi.az saytında hamınızı xoş gördük.
    2013-cü ildən fəaliyyətə başlayan saytın yaradılmasında məqsəd qurumun keçdiyi inkişaf yolu barədə sizə ətraflı məlumat verməkdən ibarətdir. Azərbaycanın teatr aləmi ilə dünya ölkələrini daha yaxından tanış etmək və İttifaqın beynəlxalq əlaqələrini daha da genişləndirmək məqsədi ilə 2020-ci ildən etibarən saytın yeni variantı yeni dizaynda və 3 dildə təqdim olunur. Azərbaycan, rus və ingilis dillərində tərtib olunmuş sayt İttifaqın tarixinin vacib məqamlarını və bu günki fəaliyyətini özündə əks etdirir.
    1897-ci ildə "Artistlər İttifaqı" adı ilə yaranmış birlik 1917-ci ildən "Müsəlman Artistlər İttifaqı", 1920-ci ildən "Türk Aktyorlar İttifaqı", 1945-ci ildən "Azərbaycan Teatr Cəmiyyəti" kimi fəaliyyətini davam etdirmiş, 1987-ci il 27 fevral tarixli təsis Konfransının qərarı ilə "Azərbaycan Teatr Xadimləri İttifaqı" adlandırılmışdır. Özünün zəngin tarixi boyu müxtəlif adlar altında fəaliyyət göstərsə də, yarandığı vaxtdan bu günə qədər İttifaq bir məqsədə - milli teatr sənətimizin inkişafına və təbliğinə xidmət etmişdir.
    Şərəfli inkişaf yolu keçmiş Teatr  Xadimləri İttifaqına Azərbaycanın müqtədir sənətkarları başçılıq etmiş, onların rəhbərliyi ilə İttifaq zəngin təcrübə əldə edərək, fəaliyyətini dövrün tələblərinə uyğun qurmuşdur. 
    Ötən əsrin 50-ci illərindən etibarən teatr prosesinə və onun inkişafına təkan verən, güclü potensiala malik bir təşkilat kimi formalaşan qurum bu gün beynəlxalq münasibətlər sahəsində də zəngin təcrübəyə malikdir. İttifaq Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının və UNESKO-nun Beynəlxalq Teatr İnstitutunun üzvüdür. Saytın "Beynəlxalq əlaqələr" bölməsində bu barədə ətraflı məlumat verilib.
    Habelə ayrı-ayrı bölmələrdə teatr prosesinin daha da fəallaşmasına yaradıcı təsir göstərən layihələrin həyata keçirilməsi, mədəniyyətlə bağlı dövlət qurumları, yaradıcılıq birlikləri 
 
 

və ittifaqları, elm və təhsil ocaqları ilə mövcud qanunvericilik əsasında əlaqələr, gənclərlə iş, yubileylərin, anma günlərinin keçirilməsi, böyük və kiçik səhnələrdə tamaşalar hazırlanması, nəşriyyat işinin həyata keçirilməsi və s. istiqamətlərdə İttifaqın fəaliyyəti haqqında geniş informasiya təqdim olunub.
    Saytdakı məlumatların teatr sənəti sahəsində çalışan hər kəs üçün olduqca maraqlı və gərəkli olacağına şübhə etmirik. İnanırıq ki, teatrittifaqi.az saytı tərəfinizdən maraqla qarşılanacaq və tezliklə çox sayda izləyici toplayacaq.


 
 
 

 

Xəbərlər

  • 1
  • 2
  • 3
  • 4
  • 1
  • 2
  • 3
  • Azərbaycan Teatr Xadimləri İttifaqı ölkəmizdə fəaliyyət göstərən ən fəal yaradıcı təşkilatlardan biridir.

  • Milli teatr prosesində fəal iştirak edən İttifaq tarixi ənənəsinə sadiq qalaraq, bu gün də mütəmadi şəkildə yaradıcılıq gecələri, görüşlər, xatirə
  • Özünün əsas vəzifəsini teatr prosesini canlandırmaqda, bütün yeni başlanğıclara təkan verməkdə, milli teatr sənətimizi çağdaş dünya teatr prosesinə qovuşdurmağa çalışmaqda
  • Azərbaycan Teatr Xadimləri İttifaqı dünyanın nüfuzlu teatr qurumlarının: YUNESKO-nun Beynəlxalq Teatr İnstitutunun və Beynəlxalq Teatr Xadimləri İttifaqları Konfederasiyasının həqiqi üzvüdür.
  • 1

N

Namazova Naidə Davud qızı, aktrisa.

1968-ci ildə Gəncədə anadan olub. 1996-cı ildən İttifaqın üzvüdür.

 


Nemətzadə Əflatun Nemət oğlu, rejissor, aktyor.

25 aprel 1944-cü ildə anadan olub. 1968-ci ildən İttifaqın üzvüdür.

 


Neverov Vladimir Alekseyeviç, səs rejissoru.

10 iyun 1949-cu ildə anadan olub. 1991-ci ildən İttifaqın üzvdüür.

 


Nevmerjitskaya Yevqeniya Stepanovna, aktrisa.

13 iyul 1945-ci ildə anadan olub. 1967-ci ildən İttifaqın üzvüdür.

 


Nəbili Hikmət Məmməd oğlu, aktyor

20 oktyabr 1957-ci ildə anadan olub. 1985-ci ildən İttifaqın üzvüdür.

 


Nəbiyeva Gülər Nəbi qızı, aktrisa

15 iyul 1970-ci ildə anadan olub. 2003-cü ildən İttifaqın üzvüdür.

 


Nəsibova Rada Ziyad qızı, aktrisa.

29 oktyabr 1982-ci ildə anadan olub. 2018-ci ildən İttifaqın üzvdür.

 


Nəsirova Hicran Fətəli qızı, aktrisa

11 mart 1958-ci ildə doğulub. 1991-ci ildən İttifaqın üzvüdür.

 


Nəsirova Mətanət Ağakişi qızı, pedaqoq.

15 yanvar 1965-ci ildə anadan olub. 2013-cü ildən İttifaqın üzvüdür.

 


Nəsirova Ulduzə Süleyman qızı, aktrisa

27 aprel 1956-cı ildə anadan olub. 1990-cı ildən TXİ üzvüdür.

 


Nəsrullayev Əlövsət Yusif oğlu, təşkilatçı.

20 aprel 1946-cı ildə anadan olub. 1990-cı ildən İttifaqın üzvüdür.

 


Nəzərov Rüfət Fərhad oğlu, aktyor.

24 iyul 1975-ci ildə anadan olub. 2014-cü ildən İttifaqın üzvüdür.

 


Niftəliyeva Nurbəniz Nurəddin qızı, aktrisa.

27 avqust 1984-cü ildə anadan olub. 2014-cü ildən İttifaqın üzvüdür.

 


Nikuşina Aleksandra Konstantinovna, xoreoqraf.

15 iyul 1952-ci ildə anadan olub. 1967-ci ildən İttifaqın üzvüdür.

 


Novruzlu Xədicə Sahib qızı, aktrisa.

23 iyun 1995-ci ildə anadan olub. 2013-cü ildən İttifaqın üzvüdür.

 


Novruzov Əliməmməd Kamal oğlu, artist-vokalist.

5 mart 1979-cu ildə anadan olub. 2019-cu ildən İttifaqın üzvüdür.

 


Novruzov Cahangir Mütəllib oğlu, rejissor, aktyor, pedaqoq.

31 iyul 1954-cü ildə anadan olub. 1979-cu ildən İttifaqın üzvüdür.

 


Novruzov Sahib Bayram oğlu, pedaqoq.

7 avqust 1960-cı ildə anadan olub. 1984-cü ildən İttifaqın üzvüdür.

 


Novruzova Elnarə Mehdi qızı, teatrşünas.

16 yanvar 1957-ci ildə anadan olub. 1994-cü ildən İttifaqın üzvüdür.

 


Novruzova Nübar Qulu qızı, aktrisa

01 mart 1958-ci ildə doğulub. 1983-cü ildən İttifaqın üzvüdür.

 


Novruzəliyev Çingiz Adışirin oğlu, aktyor

01 aprel 1954-cü ildə anadan olub. 1990-cı ildən İttifaqın üzvüdür.

 


Nuriyev Mais Şükür oğlu, rejissor.

17 iyul 1957-ci ildə anadan olub. 2014-cü ildən İttifaqın üzvdür.

 


Nuriyev Rəşad Mirzə oğlu, xor artisti.

6 avqust 1993-cü ildə anadan olub. 2019-cu ildən İttifaqın üzvüdür.

 


Nuriyeva Sədaqət Məmmədağa qızı, aktrisa

03 avqust 1970-ci ildə anadan olub. 1996-cı ildən TXİ-nın üzvüdür.

 


Nurullayeva Nuridə Həmdulla qızı, teatrşünas.

19 dekabr 1945-cı ildə anadan olub. 2013-cü ildən İttifaqın üzvüdür.

 


Nurzadə Əli Qayıb oğlu (Əli Nur), aktyor

10 yanvar 1948-ci ildə doğulub. 1979-cu ildən İttifaqın üzvüdür.

© Copyright 2019, Azərbaycan Teatr Xadimləri İttifaqı