26 fevral 2025-ci il
Xocalı faciəsinin qurbanları yad olundu
Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə İttifaqın Mustafa Mərdanov səhnəsində "Günay" Uşaq Teatrının "Xocalı" tamaşası göstərildi. Tamaşa Zərəngiz Mansurovanın "Cavab ver!" poeması əsasında hazırıanıb.
Tamaşadan əvvəl Azərbaycan Teatr Xadimləri İttifaqının Sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov, "Günay" Uşaq Teatrının bədii rəhbəri Larisa Tarusova və əsərin müəllifi Zərəngiz Mansurova tamaşaçılar qarşısında çıxış edərək Xocalı faciəsindən, onun törətdiyi dəhşətlərdən danışdılar. Xöcalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Sonra gənc aktyorların ifasında "Xocalı" tamaşası göstərildi.
Tamaşa Bakı Dövlət Universitetinin tələbəsi, cəbhəyə könüllü getmiş və qəhrəmancasına şəhid olmuş Fuad Əsədovun "Komandirə məktub" şeiri ilə başladı.
Gənc aktyorların məharətlə ifa etdikləri obrazlar və ümumilikdə tamaşa tamaşaçılar tərəfindən dərin rəğbətlə qarşılandı.