06 fevral 2025-ci il
"Kişi və qadin" tamaşasinin premyerasi oynanildi
06 fevral 2025-ci il tarixdə Azərbaycan Teatr Xadimləri İttifaqı Aktyor laboratoriyasının rəhbəri Məhəmməd Verdiyevin quruluşunda Əli Əmirlinin "Kişi və qadın" tamaşasının premyerası oynanıldı.
Tamaşada rolları Rəbbilə Ələkbərzadə, Vüqar Məmmədəliyev və Elçin Muradov ifa edirlər. Bəstəkar Gülnar Əlfiqızıdır.
Maraqlı quruluş və mükəmməl aktyor oyunu nəticəsində tamaşa teatrsevərlər tərəfindən alqışlarla qarşılandı.