>
previous arrow
next arrow
Slider
 
Slider

Struktur

Struktur

 


Sədr müavini


Hacı İsmayılov

Xalq artisti, Dövlət Mükafatı Laureatı

İsmayılov Hacı Məcid oğlu 22 yanvar 1944-cü ildə Bakıda doğulub. 190 nömrəli orta məktəbdə təhsil alıb. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub.

Ardını oxu

 

 


 Məsul katib


Aidə Qafarova

Mədəniyyətşünas

17 iyun 1973-cü ildə Bakıda anadan olub.

2005-ci ildə ADMİU-nun "Kulturologiya" fakültəsini, 2007-ci ildə "Mədəniyyətşünaslıq" üzrə magistraturanı, 2019-cu ildə "Sənətşünaslıq" üzrə doktoranturanı bitirib.

 Ardını oxu

 


Birliklər üzrə Katib-koordinator


İlham Rəhimli

Əməkdar incəsənət xadimi. Sənətşünaslıq doktoru, professor.

İlham Əziz oğlu Rəhimli 1949-cu il sentyabrın 8-də Yevlax rayonunun Malbinəsi kəndində doğulub. Yevlaxdakı 1 saylı orta məktəbin on birinci sinifini 1966-cı ildə bitirib. Bir il Yevlaxdakı 4 saylı avtobazada çilingər işləyib. 

 Ardını oxu

 

 


 İdarə heyətinin üzvləri


Hacı İsmayılov 

Xalq artisti, Dövlət Mükafatı Laureatı

İsmayılov Hacı Məcid oğlu 22 yanvar 1944-cü ildə Bakıda doğulub. 190 nömrəli orta məktəbdə təhsil alıb. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub.

 

Ardını oxu

  

Cənnət Səlimova

Rejissor, Xalq artisti

Cənnət Əlibəy qızı Səlimova 20 yanvar 1940-cı ildə Bakıda anadan olmuşdur. 1957-1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır. 1962-1967-ci illərdə o, Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun "Dram rejissorluğu" fakültəsini bitirmişdir.

 Ardını oxu

 

 

İlham Rəhimli

Əməkdar incəsənət xadimi. Sənətşünaslıq doktoru, professor.

İlham Əziz oğlu Rəhimli 1949-cu il sentyabrın 8-də Yevlax rayonunun Malbinəsi kəndində doğulub. Yevlaxdakı 1 saylı orta məktəbin on birinci sinifini 1966-cı ildə bitirib. Bir il Yevlaxdakı 4 saylı avtobazada çilingər işləyib. 

Ardını oxu

 

 

 Siyavuş Kərimi

Bəstəkar, Xalq artisti, professor.

 Siyavuş Əşrəf oğlu Kərimi 9 noyabr 1954-cü ildə Bakıda doğulmuşdur. 1961-1972 illərdə Bülbül ad. orta ixtisas musiqi məktəbində təhsil almış və görkəmli tarzən Əhsən Dadaşovun tar sinfini bitirmişdir. 1972-1977 illərdə Azərbaycan Dövlət Konservatoriyasında təhsilini davam etdirmişdir. 

 Ardını oxu

  

 Azər Zeynalov 

Xalq artisti, professor

Azər Zeynalov 1964-cü il dekabrın 13-də Naxçıvan şəhərində ziyalı ailəsində anadan olmuşdur.

1969-ci ildən Bakıda yaşayan Azər 1972-ci ildə 132 saylı orta məktəbə və 12 saylı musiqi məktəbinin fortepiano sinfinə getmişdir. 

Ardını oxu

 

 


İttifaqın bölgələr üzrə təmsilçiləri


Naxçıvan -

Kamran Quliyev 

Xalq artisti

Kamran Məmmədqulu oğlu Quliyev 9 sentyabr 1958-ci ildə Naxçıvanda anadan olmuşdur. 1986-cı ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İnstitutunun mədəni-maarif fakültəsinin qiyabi şöbəsini bitirmişdir. 

 Ardını oxu

 

Lənkəran -

Qabil Quliyev 

Xalq artisti

Qabil Əzizulla oğlu Quliyev 19 aprel 1949-cu ildə Cəlilabad rayonunun Tahirli kəndində anadan olmuşdur.İlk təhsilini kənd 8 illik məktəbində, orta təhsilini Cəlilabad 1 saylı şəhər orta məktəbində almışdır. 1966-cı ildə orta məktəbi bitirdikdən sonra Bakı Neft Sənayesi məktəbində oxumuşdur.

 Ardını oxu

 

Gəncə -

Əli Qasımov 

Əməkdar mədəniyyət işçisi

Əli Teymur oğlu Qasımov 1956-cı ildə Qazax rayonunda anadan olmuşdur. 1981- ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino aktyorluğu" fakultəsini bitirmişdir.

Ardını oxu 

 

 Sumqayıt -

Firudin Məhərrəmov

Əməkdar artist

Firudin Əliməmməd oğlu Məhərrəmov 1959-cu il mayın 10-da Lerik rayonunda anadan olmuşdur. 1987-ci ildə Azərbaycan Dövlət İncəsənət institutunda professor, Xalq artisti Mehdi Məmmədovun rəhbərlik etdiyi rejissorluq kursunu bitirmişdir.

Ardını oxu

© Copyright 2019, Azərbaycan Teatr Xadimləri İttifaqı