22 aprel 2024-cü il
Sumqayıt Dövlət Dram Teatrının "İyirmi ildən sonra" (Əli Əmirli) tamaşası oynanıldı.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə həyata keçirilən "QONAQ TEATR" layihəsi çərçivəsində Sumqayıt Dövlət Dram Teatrının "İyirmi ildən sonra" (Əli Əmirli) tamaşası oynanıldı.
Tamaşanın quruluşçu rejissoru, Xalq artisti Firudin Məhərrəmov, rəssamı Sevinc Həsənova, musiqi tərtibatçısı Sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyevdir.
Giriş sözü ilə tədbiri açan Xalq artisti, Dövlət mükafarı laureatı Hacı İsmayılov qonaqları salamladı, "QONAQ TEATR" layihəsindən, layihə çərçivəsində çıxış edən teatrlardan danışdı. Sonra o, Sumqayıt Teatrına uğurlar arzulayıb, səhnəni aktyorların ixtiyarına verdi.
Alqışlarla qarşılanan tamaşadan sonra əsərin müəllifi, Əməkdar incəsənət xadimi, professor Əli Əmirli tamaşanın orijinal ədəbi materialına görə İttifaqın Fəxri fərmanı ilə təltif olundu.