16 aprel 2024-cü il
Mustafa Mərdanov səhnəsində "Amerika cazı ilə əlaqədar monoloq" monotamaşası növbəti dəfə oynanıldı
Lalə Axundovanın iştirakı ilə "Amerika cazı ilə əlaqədar monoloq" (Y.Yerpıleva) monotamaşası növbəti dəfə oynanıldı. Tamaşanın quruluşçu rejissoru Fəridə Nesteronkodur.
Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə oynanılan tamaşadan əvvəl İttifaq Sədrinin vəzifə səlahiyyətlərini icra edən Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov qonaqları salamladı və tamaşanın yaradıcı heyətinə uğurlar arzuladı.
Həyatın müxtəlif məqamlarından, əsaaən insan münasibətlərindən bəhs esən monotamaşanın iştirakçısı Lalə Axundova yaratdığı obrazı ən xırda detallarına qədər dəqiqliklə təqdim etdi. Tamaşa alqışlarla qarşılandı.