>
previous arrow
next arrow
Slider
 
06-09 mart 2023-cü il

«BAXIŞ -3» festivalı keçiriləcək

06-09 mart 2023-cü il tarixlərdə Azərbaycan Teatr Xadimləri İttifaqında fəaliyyət göstərən laboratoriyaların «BAXIŞ -3» festivalı keçiriləcək. 

Festivalın keçirilməsində əsas məqsəd 4 ay ərzində laboratoriyada məşğul olan gənclərin mənimsədikləri bilik və bacarıqları nümayiş etdirmək, onları yeni axtarışlara ruhlandırmaq və teatr məkanında baş verən yaradıcılıq proseslərini fəallaşdırmaqdan ibarətdir.

«BAXIŞ-3» festivalında «Rejissor», «Aktyor» və «Eksperimental teatr» laboratoriyalarının işləri təqdim olunacaq. 4 gün davam edən festival çərçivəsində 8 tamaşa nümayiş olunacaq. Tamaşalar Azərbaycan Teatr Xadimləri İttifaqının böyük və kiçik səhnələrində göstəriləcək.

 

 

 

© Copyright 2019, Azərbaycan Teatr Xadimləri İttifaqı