30 oktyabr 2023-cü il
"QONAQ TEATR" layihəsi - "Nurlu ömrün anları" tamaşası
30 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirildi "QONAQ TEATR" layihəsi çərçivəsində İrəvan Dövlət Azərbaycan Dram Teatrının "Nurlu ömrün anları" (İftixar Piriyev) tamaşası təqdim oldu.
Tamaşada Ulu Öndər Heydər Əliyevin ümummilli liderlik fenomeni bədii təcəssümlə canıandırılır, onun müstəqil Azərbaycanın quruculuğunda müstəsna xidmətləri, vətən, xalq, dövlət, ailə sevgisi tərənnüm olunur, Ulu Öndərin layiqli davamçısı, cənab İlham Əliyevin ölkəmizin yüksəlişi naminə fəaliyyəti, 44 günlük Vətən Müharibəsinin Zəfər təntənəsi əks etdirilir.