16 oktyabr 2020-ci il
Azərbaycan Teatr Xadimləri İttifaqı Silahlı Qüvələrə Yardım Fonduna vəsait köçürüb.
Azərbaycan ordusunun maddi-texniki təchizatı dövlət tərəfindən yüksək səviyyədə təmin olunsa da, əksər vətəndaşlar, o cümlədən müəssisə və təşkilatlar orduya hərtərəfli dəstəyi özlərinə mənəvi borc hesab edir, bu istiqamətdə əllərindən gələni əsirgəmirlər.
Bu sırada Azərbaycan Teatr Xadimləri İttifaqı Ermənistanın hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün şanlı Ordumuzun həyata keçirdiyi zəruri əks-həmlə tədbirlərinə dəstək olmaq məqsədi ilə Silahlı Qüvvələrə Yardım Fonduna 2000 manat vəsait köçürüb.
Rəşadətli Azərbaycan ordusunun işğalçı Ermənistanın təxribatına cavab olaraq həyata keçirdiyi əks-hücum əməliyyatları bütün cəbhə boyu böyük uğurla davam edir. Əsgər və zabitlərimizin fədakarlığı, yenilməz döyüş əzmi və qazandığı qələbələri hər bir soydaşımızda böyük ruh yüksəkliyi yaradır.
Qələbə bizimlədir! Qarabağ Azərbaycandır!