>
previous arrow
next arrow
Slider
 
7 noyabr 2019-cu il

İmadəddin Nəsimi - 650

7 noyabr 2019-cu il tarixdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Bakı şəhəri, H.Aslanov adına 175 saylı orta məktəbin şagirdlərinin ifasında görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə görkəmli ziyalılar, sənət adamları, şagirdlər və media nümayəndələri iştirak etmişlər.

175 saylı məktəbin şagirdləri dahi şairin qəzəllərini böyük şövqlə ifa etmiş, onun sözlərinə  təsnif və romanslar səsləndirmiş, habelə Nəsiminin qəzəllərini  müxtəlif dillərdə söyləmişlər.

Tədbirdə iştirak edən görkəmli sənətkarlar – Xalq artisti Rasim Balayev, Xalq artisti, professor Azər Paşa Nemətov, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov məktəblilərlə xoş ünsiyyətdə olmuş, onların çıxışını müsbət qiymətləndirmişlər. Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirmişlər.

 

 

 

© Copyright 2019, Azərbaycan Teatr Xadimləri İttifaqı