25 iyun 2018 – ci il
Milli ordumuzun yaranmasının 100 illiyi münasibətilə tamaşa oynanıldı.
25 iyun 2018 – ci il tarixdə Azərbaycan Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov səhnəsində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi, Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilati dəstəyi və “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Gənclərdə milli ruhun təbliği məqsədi ilə teatr tamaşasının hazırlanması” layihəsi çərçivəsində yaradıcı və istedadlı gənc tələbə aktyor və rejissorların iştirakı ilə vətənpərvərlik mövzusunda teatr tamaşası oynanıldı.
Layihənin rəhbəri “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinin sədri İmaməddin Quliyevdir. Layihənin keçirilməsində məqsəd gənclərin milli vətənpərvərlik və vətənə sədaqət ruhunda tərbiyə olunması istiqamətində həyata keçirilən layihələrə dəstək olmaq, ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş milli qəhrəmanlarımızın tanıdılması, onların həyatı, keçdiyi böyük və şərəfli döyüş yolu, göstərdiyi igidliklər haqqında ətraflı məlumat verməkdən ibarətdir.
Layihə çərçivəsində hazırlanan “Yarımçıq qalmış” adlı tamaşa Milli ordumuzun yaranmasının 100 illiyinə həsr olunub. Tamaşanın quruluşçu rejissoru Vahid Orucoğlu, rejissor assistenti Nicat Tarverdili, səs rejissoru Azər Məhərrəmov, dramaturq Yefim Abramov, şeirlərin müəllifi Leyla Bəyimdir.