Sədr müavini
Azad Şükürov
Azad Hətəm oğlu Şükürov 11 fevral 1959-cu ildə anadan olub.
1977–1981-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində təhsil alıb.
1981–1984-cü illərdə Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında, 1984–1990-cı illərdə Tədris Teatrında, 1990–1992-ci illərdə isə Şuşa Dövlət Musiqili Dram Teatrında, 1992–2009-cu illərdə Bakı Bələdiyyə Teatrında çalışıb.
1990-cı ildən Mədəniyyət və İncəsənət Universitetinin Səhnə danışığı kafedrasında müəllim işləyən Azad Şükürov 1996–2002, 2015–2022-ci illərdə həmin kafedranın müdiri vəzifəsində çalışıb, hal-hazırda Musiqili teatr aktyoru kafedrasının müdiridir. Həmçinin, müxtəlif ədəbi-dram verilişlərində, dublyaj redaksiyasında fəaliyyət göstərir, görkəmli qiraət ustasıdır.
1993-cü ildən BBT-da aktyor kimi çalışıb, bir neçə xarici ölkədə mükafatlar alıb, 2003-cü il oktyabr ayında I Tehran Beynəlxalq Komediya Festivalında qızıl medala layiq görülüb. Dövri mətbuatda, qəzet və jurnallarda, monoqrafiya xarakterli kitablarda 20-yə qədər elmi məqalələri çap edilib. "Televiziyada danışıq" proqramı (1990), "Danışıq texnikası" və "Televiziyada danışıq" fənninə dair tədris proqramı və metodik göstərişlərin müəllifidir.
2002-ci ilin noyabr ayında Respublikanın Əməkdar artisti fəxri adına layiq görülüb.
2023-cü ilin dekabr ayında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif edilmişdir.
2024-cü ilin mart ayında Azərbaycan Teatr Xadimlər İttifaqının təsis etdiyi "Sənətkar" medalı ilə təltif olunub.