11 dekabr 2022-ci il
“Milli klassika” teatr festivalının açılışı
11 dekabr 2022-ci il tarixdə Azərbaycan Teatr Xadimləri İttifaqının böyük səhnəsində İttifaqın 125 illiyinə həsr olunmuş “Milli klassika” teatr festivalının açılışı olub.
Festivalı Sədr müavini, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov açıb, bu möhtəşəm sənət bayramı münasibəti ilə teatrsevərləri təbrik edib, teatr festivallarının Azərbaycanın mədəniyyət tarixində əhəmiyyətli rolundan danışıb, Qeyd edib ki, festivalda 11 teatr və 1 təhsil ocağı 13 tamaşa nümayiş etdirəcək. Lənkəran Dövlət Dram Teatrı festivala müsabiqədənkənar qoşulub. Tamaşalara Münsiflər heyəti tərəfindən baxış keçirilib.
Sonra Hacı İsmayılov sözü teatrşünas, Əməkdar incəsənət xadimi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Rafiq Sadıqova verib. Rafiq Sadıqov Azərbaycan Teatr Xadimləri İttifaqının 125 illiyi münasibəti ilə ölkənin teatr ictimaiyyətini təbrik edib, İttifaq rəhbərliyi və əməkdaşlarının teatr sənəti qarşısındakı xidmətlərini qeyd edib, «Milli klassika» festivalının əhəmiyyətindən danışıb. Tədbir iştirakçıları Teatr Xadimləri İttifaqının fəaliyyətini əks etdirən videoçarxa, habelə keçirilən tədbirlərdən hazırlanmış fotosərgiyə baxıblar.
Açılış mərasimindən sonra Ağdam Dövlət Teatrı Nəcəf bəy Vəzirovun “Ağakərim xan Ərdəbilli” tamaşasını təqdim edib. Tamaşanın rejissoru Kərim Həsənovdur.
Akademik Opera və Balet Teatrının «Min bir gecə» (Fikrət Əmirov) tamaşası.
Qax Dövlət Kukla Teatrının «O olmasın, bu olsun» (Üzeyir Hacıbəyli) tamaşası.
Qusar Dövlət Ləzgi Dram Teatrının «Hicran» (Sabit Rəhman) tamaşası.