>
previous arrow
next arrow
Slider
 

2010-2014-CÜ ILLƏRDƏ AZƏRBAYCAN TEATR XADIMLƏRI İTTIFAQININ KEÇIRDIYI TƏDBIRLƏR

 

 

18 yanvar 2010 il –

əməkdar artist Əli Haqverdiyevin 70 illiyi ilə əlaqədar (anım günü).

22 fevral 2010 

əməkdar artist Firdovsi Naibovun anım günü.

03 mart 2010 – 

Azərbaycan Dövlət Kukla Teatrının aktrisası Tamilla Bünyatovanın 60 illiyi münasibəti ilə görüş.

10 mart 2010 – 

Azərbaycan teatrının 137 illiyinə həsr olunmuş elmi-praktik konfrans.

12 aprel 2010 

xalq artisti Canəli Əkbərovun 70 illik yubileyinə həsr olunmuş görüş.

8-12 noyabr 2010- 

Bakı Beynəlxalq Teatr Konfransı.

12-30 noyabr 2010-

Bakıda Beynəlxalq Çexov festivalının «İpək yolu» mərhələsi.

Göstərilən tamaşalar:
12,13,14 noyabr – «Aureliya oratoriyası»
20,21,22 noyabr – «Toy»
25-30 noyabr – «Yagış»

10 mart 2011 –

Azərbaycan Teatr günü.

02 aprel 2011 –

Türk dramaturqu Yakub Almelekin «Of, of, Brodvey» pyesinin diskinin Bakıda təqdimolunma mərasimi.

20 may 2011 

Milli dramaturgiya məsələlərinə həsr olunmuş «Müasir dövr və dramaturgiya üçün yeni düşüncə» adlı dəyirmi masa.

11 iyul 2011 

«Axundzadə dərsləri». «Axundzadə dramaturgiyası haqqında». Əli Əmirlinin ustad dərsi.

29 iyul 2011-ci il –

 

«Axundzadə dərsləri». «Dram əsərində süjetin qurulması». Ramiz Fətəliyevin ustad dərsi.

03 avqust 2011 –

«Axundzadə dərsləri». «Dram əsərində gözlənilməz məqamlar». Ramiz Fətəliyevin ustad dərsi.

31 oktyabr 2011 – 

«Axundzadə dərsləri». «Süjetdə konfliktin qurulması». Əli Əmirlinin ustad dərsi.

17-18 oktyabr 2011-

Aktyor, rejissor, bədii qiraət ustası Həsən Əblucun xatirəsinə həsr olunmuş «Hər şeydən yüksəkdir sözün məqamı» adlı bədii qiraət müsabiqəsi.

21-26 noyabr 2011

«2+1» Eksperimental Teatr Festivalının açılışı.

26 noyabr 2011  –

«2+1» Eksperimental Tamaşalar Festivalının bağlanışı.

28 noyabr 2011  –

Festival tamaşalarına həsr olunmuş dəyirmi masa.

16 dekabr 2011  –

«Axundzadə dərsləri». «Süjetdə fabula və dialoq». Firuz Mustafanın ustad dərsi.

09 mart 2012  –

Azərbaycan Teatrının 139 illiyi.

02 iyun 2012  –

«Tamaşadan əvvəl…» Aktyor Elxan Qurbanovun anım günü.

18 iyun 2012  –

Moldovanın paytaxtı Kişinyov şəhərində 5-13 iyun 2012-ci ildə keçirilən «Gənclərin Teatr Forumu»na həsr olunmuş dəyirmi masa.

23 iyun 2012

-«Axundzadə dərsləri». Natiq Rəsulzadənin ustad dərsi.

29 sentyabr 2012

«Axundzadə dərsləri». «Dram əsərlərində dialoqların qurulması». Azər Paşa Nemətovun ustad dərsi.

22 oktyabr 2012

Əməkdar incəsənət xadimi, rejissor Vaqif İbrahimoğlunun anım günü.

10 dekabr 2012  –

Dramaturq Hüseyn Cavidin 130 illiyinə həsr olunmuş elmi konfrans. (H.Cavid muzeyi ilə müştərək tədbir).

21 fevral 2013  

Teatr Xadimləri İttifaqında Rejissor laboratoriyasının açılışı.

28 fevral 2013 –

Rejissor laboratoriyasının məşğələsi.

11 mart 2013 – 

Azərbaycan Teatr Günü. Səhnə veteranları ilə görüş.

   
© Copyright 2019, Azərbaycan Teatr Xadimləri İttifaqı