>
previous arrow
next arrow
Slider
 

İttifaqın bölgələr üzrə təmsilçiləri. Lənkəran

İttifaqın bölgələr üzrə təmsilçiləri. Lənkəran

QABİL QULİYEV

Qabil Əzizulla oğlu Quliyev 19 aprel 1949-cu ildə Cəlilabad rayonunun Tahirli kəndində anadan olmuşdur.

İlk təhsilini kənd 8 illik məktəbində, orta təhsilini Cəlilabad 1 saylı şəhər orta məktəbində almışdır. 1966-cı ildə orta məktəbi bitirdikdən sonra Bakı Neft Sənayesi məktəbində oxumuşdur.

1968-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakultəsinin əyani şöbəsinə daxil olmuş, Respublikanın Xalq artistləri Əliheydər Ələkbərov və professor Rza Təhmasibin sinifində təhsil almışdır. Tələbəlik illərində Akademik Dövlət Dram Teatrında əvvəlcə səhnə quraşdırıcısı, sonra isə yardımçı aktyor heyyətində aktyor kimi çalışmışdır.1972-ci ildə İnstitutu bitirdikdən sonra Moskvada "Mosfilm" kinostudiyasının hərbiləşdirilmiş kino-bazasında xidmət etmişdir. 1974-cü ildən N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında çalışır. Teatrda Oqtay (C.Cabbarlı – "Oqtay Eloğlu"), Qacar (S.Vurğun - "Vaqif "), İsgəndər (C.Məmmədquluzadə – "Ölülər"), Xosrov (S.Vurğun – "Fərhad və Şirin"), Fon Moor (F.Şiller – "Qaçaqlar"), Edip (Sofokl – "Şah Edip") və sair mürəkkəb obrazlara səhnə həyatı vermişdir.

Qabil Quliyev Azərbaycan teatr sənəti sahəsində xidmətlərinə görə 1979-cu ildə "Respublikanın Əməkdar artisti", 2000-ci ildə "Respublikanın Xalq artisti" fəxri adlarına layiq görülmüş, 2019-cu ildə Azərbaycan Teatr Xadimləri İttifaqının "Sənətkar" medalı ilə təltif edilmişdir.

© Copyright 2019, Azərbaycan Teatr Xadimləri İttifaqı