>
previous arrow
next arrow
Slider
 

İttifaqın üzvləri

Slider

Həsənağa Turabov

Həsənağa Turabov

(1938 - 2003)

Görkəmli teatr və kino aktyoru, Azərbaycan Respublikasının Xalq artisti. Dövlət mükafatı laureatı. Professor. 1991-2003-cü illərdə Azərbaycan Teatr Xadimləri İttifaqının Prezidenti olmuşdur.

Həsənağa Səttar oğlu Turabov 1938-ci il aprelin 24-də Bakı şəhərində anadan olub. 1960-cı ildə Azərbaycan Театр İnstitutunu  aktyorluq ixtisası üzrə bitirib. Elə həmin ildən Azərbaycan Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və ömrünün sonuna qədər bu teatrda çalışıb.

Azərbaycan aktyor sənəti tarixinə lirik-psixoloji üslubun yaradıcılarından biri  kimi daxil olub.

Ömrünü Azərbaycan milli teatr və kino sənətinin inkişafına həsr etmiş bu məşhur aktyorun teatr və kino tariximizdə silinməz izləri var. O, klassik və müasir aktyor sənəti ənənələrindən bəhrələnərək öz yolunu, öz məktəbini yaradıb. O, Azərbaycan aktyorluq məktəbinin ənənələrini ləyaqətlə davam etdirərək fitri istedadı, zəhmətsevərliyi və yüksək səhnə mədəniyyəti sayəsində yaratdığı rəngarəng və dolğun obrazlarla milli teatr sənətimizi zənginləşdirib. Həsənağa Turabov bir çox əsərlərin qəhrəmanlarına səhnə həyatı verərək ədəbiyyatın daim diqqət mərkəzində olan insan problemini bütün çalarları ilə tamaşaçıların yaddaşına həkk edib. Aktyorun böyük məharət və sənətkarlıqla yaratdığı Vahid ("Kəndçi qızı"), Azər ("Yaxşı adam"), Hamlet ("Hamlet"), Lionel ("Orman qızı"), İsgəndər ("Ölülər") Xəyyam ("Xəyyam") kimi obrazlar sənətsevərlər tərəfindən daim dərin rəğbət və məhəbbətlə qarşılanıb.

Həsənağa Turabov həm də bacarıqlı təşkilatçı idi. O, 1987-2001-ci illərdə Azərbaycan Akademik Milli Dram Teatrının direktoru və bədii rəhbəri vəzifələrində işləmiş, eyni zamanda 1991-2003-cü illərdə Azərbaycan Teatr Xadimləri İttifaqının Prezidenti olmuşdur. Onun rəhbərliyi dövründə Akademik Milli Dram Teatrı əsaslı təmir edilmiş, neçə-neçə klassik və müasir əsərlər səhnəyə qoyulmuş, Teatr Xadimləri İttifaqı tərəfindən çoxsaylı teatr festivalları, müxtəlif tədbirlər keçirilmişdir. Azərbaycan mədəniyyəti qarşısında göstərdiyi xidmətlərə görə Azərbaycan Dövlət Mükafatına (1972) və "Xalq artisti" fəxri adına (1982) layiq görülmüşdür.

Həsənağa Turabov 23 fevral 2003-cü ildə Bakı şəhərində dünyasını dəyişmişdir.

© Copyright 2019, Azərbaycan Teatr Xadimləri İttifaqı