>
previous arrow
next arrow
Slider
 

Cabir Səfərov

Cabir Səfərov

(1924-1990)

1924-cü ildə anadan olmuşdur. Gənclik illərində ən yaxşı tamaşalarda kütləvi səhnələrdə çıxış etmiş, dövrünün ən görkəmli aktyorları ilə, o cümlədən Sidqi Ruhulla, Mirzəağa Əliyev, Ağasadıq Gəraybəyli, Mərziyə Davudova, Fatma Qədri, İsmayıl Osmanlı və bir çox başqaları ilə çiyin-çiyinə işləmiş, onların möhtəşəm sənətindən mənfəətlənmiş, həm də teatrın tarixi, nəzəriyyəsi və tənqidi ilə maraqlanmışdı. Böyük Vətən müharibəsində iştirak etmiş Cabir Səfərov 1948-ci ildə ali təhsil almaq arzusu ilə Azərbaycan Dövlət Teatr Institutunun Teatrşünaslıq fakültəsinə daxil olmuş, 1953-cü ildə institutu bitirmişdir.

Müxtəlif illərdə "Ədəbiyyat və İncəsənət" qəzeti redaksiyasında şöbə müdiri, Azərbaycan Dövlət Teatr İnstitutunda Mədəni-Maarif kafedrasının müdiri, «Dostluq» teatrının direktoru, Azərbaycan Teatr Cəmiyyətinin sədr müavini kimi fəaliyyət göstərmiş Cabir Səfərov yalnız respublikamızın teatr həyatı ilə deyil, Orta Asiyada, Gürcüstanda və digər respublikalarda fəaliyyət göstərən Azərbaycan teatrlarının işi ilə də yaxından maraqlanmış, böyük fədakarlıqla teatr əlaqələrinin inkişafına səy göstərmişdir.

Cabir Səfərov 1990-cı ildə vəfat etmişdir.

© Copyright 2019, Azərbaycan Teatr Xadimləri İttifaqı