>
previous arrow
next arrow
Slider
 

İttifaqın üzvləri

Slider

Zəfər Nemətov

Zəfər Nemətov

(1917 - 1971)

6 iyun 1917-ci ildə Bakıda anadan olmuşdur. Azərbaycan Dövlət Teatr Texnikumunda və Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil almışdır. Moskva və Sankt-Peterburq şəhərlərində rejissor təcrübəsi keçmişdir.

1943-cü ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor, 1954-cü ildən baş rejissor vəzifələrində çalışmışdır. Bu teatrın Azərbaycan və rus bölmələrində «Qaraca qız, «Polad necə bərkidi», «Qarlar kraliçası», «Tamahkar», «Yaşar», «Bir saat xəlifəlik», «Anacan», «Qırmızı şeytan balaları», «Romeo və Cülyetta», «Müfəttiş», «Polad üzük», «Zorən təbib», «Zoluşka» və s. tamaşalara quruluş vermişdir.

Gənc rejissorlar üçün «Rejissor sənəti haqqında» (Mehdi Məmmədovla birlikdə) və «Əliağa Ağayev» (Tofiq Kazımovla birlikdə) kitablarının müəllifidir.

1960-1971-ci illərdə Azərbaycan Teatr Cəmiyyətinin sədr müavini vəzifəsində çalışmışdır. Milli mədəniyyət tarixində əhəmiyyətli yer tutmuş bir sıra tədbirlər, o cümlədən 1968-ci ildə Azərbaycanda ilk dəfə keçirilmiş ASSİTEJ-in festivalı onun təşəbbüsü və gərgin əməyi sayəsində keçirilmişdir.

Bu gün Teatr Xadimləri İttifaqının yerləşdiyi bina (Bakı şəhəri, Xaqani küçəsi, 10) ulu öndər Heydər Əliyevin himayədarlığı, görkəmli sənətkarlar Mustafa Mərdanov və Zəfər Nemətovun təşkilatçılığı və zəhməti bahasına başa gəlmişdir.

Zəfər Nemətov 19 noyabr 1971-ci ildə vəfat etmişdir.

© Copyright 2019, Azərbaycan Teatr Xadimləri İttifaqı