>
previous arrow
next arrow
Slider
 

İttifaqın üzvləri

Slider

Həbib bəy Mahmudbəyov

Həbib bəy Mahmudbəyov

(1864 - 1928)

Müəllim, Aleksandr Müəllimlər İnstitutunun məzunu.

Həbib bəy Mahmudbəyov 1864-cü ildə Şamaxı şəhərində anadan olmuşdur.

1883-cü ildə Sultanməcid Qənizadə ilə birlikdə Tiflisə gedərək oradakı Aleksandr Müəllimlər İnstitutuna daxil olur. Onlar 1887-ci ildə birlikdə ilk özəl rus-müsəlman məktəbini açırlar. Bu, Azərbaycanda maarifin inkişafında böyük hadisə olur və maarifin gələcək inkişafının istiqamətini müəyyənləşdirir.

Qısa müddətdə həmin məktəb məşhurlaşır və 1891-ci ildə dövlət təminatına keçirilir. Sonradan bu tip məktəblər Azərbaycanda geniş yayılır.

1896-cı ildə Həbib bəy Mahmudbəyov S.M.Qənizadə, İ.Məlikov və başqaları ilə birlikdə rus-müsəlman kitabxanası təşkil edir.
1917-ci il oktyabr çevrilişinədək H.Mahmudbəyov böyük ictimai maarifləndirmə fəaliyyəti ilə məşğul olub, Bakı şəhər dumasında məktəb komissiyasının üzvü kimi Azərbaycan müəllimlərinin Birinci qurultayının (1906) hazırlanması və keçirilməsində fəal iştirak edib.

Azərbaycanda sovet hökuməti qurulduqdan (28 aprel 1920-ci il) sonra H.Mahmudbəyov respublikada xalq təhsilinin inkişafında yeni istiqamətlərin işlənib hazırlanmasının fəal iştirakçılarından olub. Respublikada ali pedaqoji təhsilin təşkilində onun böyük xidmətləri var.

Həbib bəy teatr həvəskarı idi. O, teatr truppasına rəhbərlik edirdi. Azərbaycan teatr aləmində canlanma bir də 1887-ci ildə müşahidə edilməyə başlayır. Əvvəlkindən fərqli olaraq, bu canlanmada mütəşəkkillik nəzərə çarpıb. Nəcəf bəy Vəzirovun, Sultan Məcid Qənizadənin, Nəcəfqulu bəy Vəliyevin, Həbib bəy Mahmudbəyovun rəhbərlik etdiyi teatr truppaları dövrün teatr prosesini canlandırıb.

Həbib bəy Mahmudbəyov xeyirsхаh bir şəxsiyyət idi. O, kimsəsizlərin əlindən tutur, hərtərəfli yardım edirdi. Hüseyn Ərəblinskinin sənətə gəlişinin səbəbkarı da Həbib bəy Mahmudbəyov olub.

 

© Copyright 2019, Azərbaycan Teatr Xadimləri İttifaqı