TƏDBİR VƏ LAYIHƏLƏR / Müxtəlif tədbirlər

 

 

"Sergey Yesenin və Azərbaycan" adlı tədbir

 

Fotoşəkillər

29 oktyabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu, Azərbaycan Teatr Xadimləri İttifaqı və Azərbaycan Yaradıcılıq Fondunun təşkilatçılığı görkəmli rus şairi Sergey Yeseninin həyat və yaradıcılığına həsr olunmuş «Yesenin və Azərbaycan» adlı tədbir keçirildi.

Tədbirdə görkəmli sənət adamları, ziyalılar və media nümayəndələri iştirak etdilər.

Giriş sözü ilə çıxış edən Yaradıcılıq Fondunun rəhbəri, Əməkdar mədəniyyət işçisi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Rafiq Kaşanlı Sergey Yeseninin yaradıcılğı haqqında ətraflı məlumat verdi, onun zəngin ədəbi dünyasına nəzər saldı.

Sonra şairə Alina Talıbova, aktrisa Elmira Hidayətova Sergey Yeseninin şeirlərini böyük şövqlə söylədilər. Əməkdar artist, şair Nazir Rüstəmovun Sergey Yeseninə həsr etdiyi şeir alqışlarla qarşılandı. Vera Velikanovanın həzin musiqinin müşayiəti ilə söylədiyi şeir xüsusi marağa səbəb oldu. Tədbir iştirakçıları poeziya axşamından böyük zövq aldılar və tədbirdən xoş təəssüratla ayrıldılar.