HAQQIMIZDA / Üzvlər

 

  • A
  • B
  • C
  • Ç
  • D
  • E
  • Ə
  • F
  • G
  • H
  • X
  • İ
  • J
  • K
  • Q
  • L
  • M
  • N
  • O
  • P
  • R
  • S
  • Ş
  • T
  • U
  • V
  • Y
  • Z

Abbasov Aydın Ələddin oğlu

15 avqust 1947-ci ildə Gəncədə anadan olub. Gəncə Dövlət Kukla Teatrında işıq üzrə rəssam işləyir. 1974-cü ildən TXİ-nın üzvüdür.

Abbasov Oqtay Ələddin oğlu

12 avqust 1954-cü ildə Gəncədə anadan olub. Gəncə Dövlət Dram Teatrında aktyor kimi çalışır. 1981-ci ildən TXİ-nın üzvüdür.

Abbasov Samir Oqtay oğlu

1979-cu ildə Gəncədə anadan olub. Gəncə Dövlət Dram Teatrı nəzdində teatr studiyasını bitirib. 1998-ci ildən Gəncə teatrında aktyor kimi çalışır. 2009-cu ildən TXİ-nın üzvüdür.

Abbasov Zakir Mahmud oğlu

8 avqust 1948-ci ildə anadan olub. 1974-cü ildə M.F.Axundov adına Rus dili və ədəbiyyatı institutunu, Sankt-Peterburqda 2 illik Jurnalist sənətkarlığı kursunu bitirib. 1978-83-cü illərdə Mədəniyyət Nazirliyində Repertuar kollegiyasında redaktor, şöbə müdiri, Azərbaycan Televiziyasında Ədəbi-Dram verilişləri redaksiyasında baş redaktor, şöbə müdiri işləyib. Hazırda ADMİU-nun müəllimidir. 2005-ci ildən Əməkdar jurnalistdir. 1982-ci ildən İttifaqın üzvüdür.

Abbasov Zaur Kazım oğlu

28 mart 1980-ci ildə anadan olub . GTT-da səhnə quraşdırma sexinin rəisidir. 2013-cü ildən ittifaqın üzvüdür.

Abbasov Zülfüqar Şıxı oğlu

03 may 1940-cı ildə anadan olub. Mingəçevir Dövlət Dram Teatrında, Qazax teatrında işləyib. Xalq artistidir. 1973-cü ildən İttifaqın üzvüdür.

Abbaszadə Mələk Fuad qızı

31 oktyabr 1969-cu ildə anadan olub. Bakı Xoreoqrafiya Məktəbini, 1990-cı ildə Moskvada Kinematoqrafiya İnstitutunun Aktyorluq fakültəsini bitirib. 1991-ci ildən Rus Dram Teatrında (fasilələrlə) işləyir. 1999-cu ildən «İbrus» teatrında da çalışır. Əməkdar artistdir. 2009-cu ildən İttifaqın üzvüdür.

Abdullayev Hikmət Söhrab oğlu

Abdullayev Əlvan Fərman oğlu

05 sentyabr 1962-cı ildə anadan olub. 1994-cü ildən İttifaqın uzvüdür.

Abdullayev Kazım Ənvər oğlu

Abdullayev Kazım Ənvər oğlu aprel ayının 6-da Bakı şəhərində anadan olub. 1974-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1976 -1996-cı illərdə H.Ərəblinski adına Sumqayıt Dövlət musiqili-dram teatrında, 1996-2004-cü illərdə Bakı Bələdiyyə Teatrında çalışıb. 2004-cü ildən fəaliyyətini Akademik Milli Dram Teatrında davam etdirir. Əməkdar artistdir.

Abdullayev Mais Vidadi oğlu

Abdullayeva Dilarə İbad qızı

6 iyun 1948-ci ildə anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Fəlsəfə elmləri doktoru, professordur. ADMİU-da müəllim işləyir. 1993-cü ildən İttifaqın üzvüdür.

Abdullayeva Mehriban Abdulla qızı

15 may 1963-cü ildə Qax rayonunda doğulub. 1986-cı ildə ADMİU-nun Musiqili Komediya aktyorluğu fakültəsini bitirib. 1989-cı ildən Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. 1997-ci ildən İttifaqın üzvüdür.

Abdullayeva Yaqut Babakişi qızı

22 iyun 1963-cü ildə Cəbrayıl rayonunda anadan olub. 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1982-ci ildə Opera və Balet Teatrında fəaliyyət göstərib. ADMİU-nun Vokal kafedrasında muğam və xalq mahnıları fənnini tədris edir. Azərbaycan Respublikasının Əməkdar artistidir. 1990-cı ildən İttifaqın üzvüdür.

Abdullazadə Afaq Həbib qızı

04 yanvar 1953-cü ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin Filologiya fakultəsini bitirib. Teatr Cəmiyyətində məsul katib işləyib, 2006-cı ildən Hotel “Velkome”da menecer işləyir. 1985-ci ildən ittifaqın üzvüdür.

Abdurahmanov Yusif Fikrət oğlu

Abutalıbov Şirzad Əsəd oğlu

08 avqust 1959-cu ildə Naxçıvan şəhərində doğulub. 1990-cı ildə ADMİU-nun Mədəni-Maarif fakültəsini bitirib. 1976-cı ildən Naxçıvan teatrında aktyor işləyir. Xalq artistidir. 1993-cü ildən TXİ-nın üzvüdür.

Ağabəyli Mirzə Qasım oğlu

29 avqust 1950-ci ildə anadan olub . Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram-kino aktyorluq fakultəsini bitirib. Akademik Milli Dram Teatrında aktyor işləyir. 1980-ci ildən İttifaqın üzvüdür.

Ağakişiyev Rauf Fikrət oğlu

26 mart 1972-ci ildə anadan olub. 1997-ci ildə ADMİU-nun Dram və kino aktyoru fakültəsini bitirib. 1993-cü ildən Sumqayıt teatrında işləyir. 2003-cü ildən TXİ üzvüdür. «Tərəqqi» medalı alıb.

Ağayev Miraslan Əzizəli oğlu

1958-ci ildə anadan olub. 1975 -ci ildən Lənkaran teatrında çalışır. 1992-ci ildə ADMİU-nu bitirib. 1984-cü ildən TXİ-nın üzvüdür.

Ağayev Namiq Adınalı oğlu

13 fevral 1966-cı ildə anadan olub. N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında direktor müavini işləyir. 1993-cü ildən İttifaqın üzvüdür.

Ağayev Namiq Firudin oğlu

20 iyun 1962-ci ildə anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rejissorluq fakultəsini bitirib.
Kukla Teatrında baş rejissor işləyib. 1989-cu ildən İttifaqin üzvüdür.

Ağayev Rövşən Azər oğlu

Ağayev Zaman Rəcəb oğlu

Ağayeva Kəmalə Ağa qızı

10 iyun 1936-cı ildə Naxçıvanda anadan olub. Naxçıvan Teatrında ədəbi hissə müdiri işləyib. Dramaturq, Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimidir. 1967-ci ildən İttifaqın üzvüdür.

Ağayeva Məlahət Rafael qızı

Ağayeva Nərminə Kərim qızı

1957-ci ildə Bakı şəhərində anadan olub. 1981-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatrşünaslıq" fakültəsinə bitirib.
1987-ci ildən AMEA Memarlıq və İncəsənət İnstitutunda çalışır, hazırda "Teatr, kino və televiziya" şöbəsinin aparıcı elmi işcidir. 1991-2008-ci illərdə eyni zamanda Mədəniyyət və İncəsənət Universitetinin "Teatrşünaslıq" fakültəsində baş müəllim vəzifəsində çalışıb.
Sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Üç monoqrafiyanın, 30-dan artıq elmi məqalənin müəllifidir.

Ağazadə Aydın Rəhman oğlu

20 fevral 1955-ci ildə anadan olub. Azərbaycan Dövlət Medeniyyət və İncəsənət Universitetini bitirib. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin İnformasiya şöbəsində işləyir. 1992-ci ildən İttifaqın üzvüdür.

Axundov Bəhruz Mahmud oğlu

21 aprel 1948-ci ildə Naxçıvıanda anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsini bitirib. 1981-ci ildən H.Cavidin ev muzeyində direktor işləyir. 1997-ci ildən İttifaqın üzvüdür.

Axundov Əbülfəz Dadaş oğlu

7 sentyabr 1972-ci ildə Lənkəranda anadan olub. 1994-cü ildə ADMİU-nun Dram və kino aktyorluğu fakültəsini bitirib. 1996-cı ildən Lənkəran Dövlət Dram Teatrında aktyor işləyir. 2018-ci ildən İttifaın üzvüdür.

Axundova Könül Bağır qızı

09 sentyabr 1946-cı ildə anadan olub. Azərbaycan Dölvlət İncəsənət İnstitutunun Dram-kino aktiyorluq fakultəsini bitirib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univeristetində müəllimə işləyib. 1990-cı ildən İttifaqın üzvüdür.

Axundova Rafiqə Hacı qızı

07 avqust 1931-ci ildə anadan olub. Azərbaycan Respublikasının Xalq artisti, baletmeyster. 1958-ci ildən İttifaqın üzvüdür.

Allahverdiyev Yusif Fərəc oğlu

24 dekabr 1949-cu ildə Babək rayonunda anadan olub. 1972-ci ildə Bakı Mədəni-Maarif Texnikumunu bitirib. Həmin ildən Naxçıvan teatrında aktyor işləyir. Əməkdar artistdir. 1981-ci ildən TXİ-nın üzvüdür.

Alimov İsa Heydər oğlu

01 iyul 1942-ci ildə anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Mingəçevir Dövlət Dram Teatrında aktyor işləyib. 1971-ci ildən İttifaqın üzvüdür.

Almuradov Rövşən Əziz oğlu

19 aprel 1954-cü ildə anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Moskvada rejissorluq kursu keçib. 1977-ci ildən İttifaqın üzvüdür.

Amanova Almaz Hüseyn qızı

29 noyabr 1965-ci ildə Sumqayıtda anadan olub. 1987-ci ildə ADMİU-nun Dram və kino aktyorluğu fakültəsini bitirib. Həmin ildən 1997-ci ilədək Sumqayıt teatrında çalışıb. 1999-cu ildən Milli Dram Teatrının aktrisasıdır. 1990-cı ildən İttifaqın üzüdür.

Arifulin Ramazan Həsən oğlu

Aşumova Tamilla Məhərrəm qızı

Atakişiyeva Asya Çingiz qızı

4 fevral 1983-cü ildə Bakıda anadan olub. 2005-ci ildə ADMİU-nun Teatr kollektivinin rejissoru fakültəsini bitirib. 2009-cu ildə Rejissorluq fakültəsinin magistraturasını bitirib. 2004-cü ildən Gənclər Teatrında, 2009-cu ildən Gənc Tamaşaçılar Teatrında aktrisa işləyir. 2018-ci ildən İttifaqın üzvüdür.

Atakişiyeva Fərhunə Vəfa qızı

21 iyul 1970-ci ildə anadan olub. Sənətşünaslıq üzrə fəlsəfə doktorudur. 2013-cü ildən İttifaqın üzvüdür.

Atakişiyeva Mətanət Ağazahir qızı

16 may 1962-ci ildə Bakıda doğulub. 1983-cü ildə ADMİU-nun Dram və kino aktyorluğu fakültəsini bitirib. Həmin ildən Milli Dram Teatrında çalışır. Əməkdar artistdir. 1991-ci ildən İttifaqın üzvüdür.

Atakişiyeva Simuzər Nadir qızı

5 may 1972-ci ildə anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktrisasıdır. 1996-cı ildən İttifaqın üzvüdür.


Babayev Allahverən Hacı oğlu

20 yanvar 1961-ci ildə Lerik rayonunda anadan olub. 1987-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. Həmin ildən Lənkəran Dövlət Dram Teatrında aktyor işləyir. 1994-cü ildən İttifaqın üzvüdür.

Babayev Ağəddin Abdulla oğlu

15 mart 1956-cı ildə Lənkəranda anadan olub. Jurnalistika sahəsindəki fəaliyyəti 40 ildən artıq dövrü əhatə edir. «Lənkəran» qəzetində müxbir, şöbə müdiri, məsul katib, «Bakinski raboçi» qəzetində (15 ilə yaxın) müxbir, Lənkəran Dövlət Dram Teatrında ədəbi-hissə müdiri vəzifələrində işləyib. Hazırda APA İnformasiya Agentliyi Cənub Bürosunun rəhbəridir. 1990-cı ildən İttifaqın üzvüdür.

Babayev Arif İmran oğlu

20 fevral 1938-ci ildə Ağdam rayonunda anadan olub. 1963-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunu bitirib. Dövlət Filarmoniyasında, Opera və Balet Teatrında işləyib. Hazırda Milli Konservatoriyada çalışır. Azərbaycan Respublikasının Xalq artistidir. Az.TXİ-nın «Sənətkar» medalı ilə təltif olunub. 1985-ci ildən İttifaqın üzvüdür.

Babayev Kamran Hüseyn oğlu

Babayeva Çimnaz Məmməd qızı

23 dekabr 1946-cı ildə Bakıdan anadan olub. Baki Xoreqrafiya məktəbini bitirib. Balet ustası, pedaqoq. Azərbaycan Respublikasinin Xalq artistidir. 1969-cu ildən İttifaqın üzvüdür.

Babayeva Firəngiz Manaxim qızı

15 aprel 1957-ci ildə anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. Bələdiyyə teatrında aktrisa işləyir. Azərbaycan Respublikasının Əməkdar artistidir. 1990-cı ildən İttifaqın üzvüdür.

Babayeva Firuzə Mirzəağa qızı

23 fevral 1980-ci ildə anadan olub. ADMİU-nun «Dram və kino aktyorluğu» fakültəsini bitirib. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktrisa işləyir. 2018-ci ildən İttifaqın üzvüdür.

Babayeva Xatirə Şəmsəddin qızı

31 oktyabr 1959-cu ildə Bakıda anadan olub. 1984-cü ildə ADMİU-nun Mədəni-Maarif fakültəsini bitirib. 1978-ci ildən TXİ-da çalışır. 1982-ci ildən İttifaqın üzvüdür. İttifaqın kitabxanaçısıdır.

Babayeva Məsumə Mustafa qızı

23 sentyabr 1951-ci ildə Bakıda doğulub. 1972-ci ildə ADMİU-nun Dram və kino aktyorluğu fakültəsini bitirib. Həmin ildən Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. 1981-ci ildən İttifaqın üzvüdür.

Babayeva Sevda Yaqub qızı

1976-cı ildə anadan olub . Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univeristetinin Teatrşünaslıq fakultəsini bitirib. Mədəniyyətlərarası dialoq və sosial araşdırmalar mərkəzində işləyir. 2013 cü ildən İttifaqın üzvüdür.

Babayeva Sədaqət Adil qızı

Babayeva Sona Qurbanəli qızı

08 noyabr 1941-ci ildə Bakıda doğulub. 1964-cü ildə Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. 1963-cü ildən Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. 1965-ci ildən İttifaqın üzvüdür.

Babayeva Şəbnəm Sahib qızı

21 iyun 1981-ci ildə Bakıda anadan olub. 2004-cü ildə ADMİU-nu bitirib. 1999-cu ildən Gənc Tamaşaçılar Teatrında aktrisa işləyib. 2005-ci ildən İttifaqın üzvüdür.

Babayeva Şahzadə Eynulla qızı

25 yanvar 1955-ci ildə anadan olub. ADMİU-nu bitirib. Dövlət Gənclər Teatrında çalışıb. Hazırda Bakı Bələdiyyə teatrında işləyir. Əməkdar artistdir. 1993-cü ildən TXİ-nın üzvüdür.

Baxışəliyev Qvami Xanlar oğlu

02 iyun 1952-ci ildə Şərurda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitunu bitirib. 1975-1980 ci illərdə Naxçıvan Teatrında aktyor, 1980- 1985-ci illerde Şərur Xalq Teatrında rejissor, 1985 – 1993-cu illerde Şərur Mədəniyyət sarayının direktoru. 1993-2000-ci illərdə Şərur Mədəniyyət və Turizim Şöbəsinin müdiri, 2003-cü ildən Biləcəri Dəmiryolcular Mədəniyyət evinin direktorudur. 1977-ci ildən İttifaqın üzvüdür.

Baxşəliyeva Zəhra Rəhbər qızı

12 may 1984-cü ildə Ağdam rayonunda anadan olub. ADMİU-nun Musiqili teatr aktyorluğu fakültəsini bitirib. Bir müddət İrəvan teatrında çalışıb. 2007-ci ildən Şuşa teatrında işləyir. 2009-cu ildən İttifaqın üzvüdür.

Baxşıyeva Gülşad Eynulla qızı

12 dekabr 1952-ci ildə anadan olub . Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirb. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində işləyir. Azərbaycan Respublikasının əməkdar artistidir. 1977ci ildən İttifaqın üzvüdür.

Balayev Məmmədəli Bəşir oğlu

10 yanvar 1939-cu ildə anadan olub. 1963-cü ildə Gəncə Dövlət Pedaqoji İnstitutunu bitirib. 1962-ci ildən 2012-ci ilədək Gəncə teatrında çalışıb. Əməkdar artistdir. 1990-cı ildən TXİ-nın üzvüdür. TXİ Gəncəbasar bölməsinin sədridir.

Baliyeva Nataliya Gennadiyevna

1954-cü ildə Samara Şəhərində anadan olub. Yaroslavl teatr məktəbinin Aktyorluq fakultəsini bitirib. 1975-ci ildən Rus Dram Teatrında aktrisa işləyir. Azərbaycan Respublikasının Əməkdar artistidir. 1990-cı ildən İttifaqın üzvüdür.

Bağırbəyov Eldar Sergeyeviç

10 iyul 1970-cı ildə anadan olub. RDT işləyib. 1994-cü ildən İttifaqın üzvüdür.

Bağırbəyova Nataliya Borisovna

22 fevral 1977-ci ildə anadan olub. Azərbaycan Teatr Xadimləri İttifaqının Prodüser şöbəsində işləyib. 2009-cu ildən İttifaqın üzvüdür.

Bağırov Elşad Zakir oğlu

Bağırov İzaməddin Zeynal oğlu

1967-ci ildə anadan olub. 1990-cı ildə ADMİU-nun Mədəni-Maarif fakültəsini bitirib. 1991-ci ildən Sumqayıt teatrında çalışır. Bir sıra tamaşalara quruluşlar verib. 1993-cü ildən TXİ üzvüdür. Əməkdar artistdir. «Tərəqqi» medalı alıb.

Bağırov Nəriman Hüseyn oğlu

10 iyul 1935-ci ildə anadan olub. Təhsil Nazirliyində, Estetik tərbiyə mərkəzində şöbə müdiri işləyib. 2008-ci ildən İttifaqın üzvüdür.

Bağırov Nizami İsrafil oğlu

01 aprel 1951-ci ildə anadan olub . Opera Balet Teatrının solistidir. Azərbaycan Respublikasının Əməkdar artistidir. 1990-cı ildən İttifaqın üzvüdür.

Bağırov Tofiq Rüstəm oğlu

07 yanvar 1947-ci ildə anadan olub. Əməkdar mədəniyyət işçisidir. 1994-cü ildən İttifaqın üzvüdür.

Bağırova Aygün Rafiq qızı

27 oktyabr 1982-ci ildə Bakı şəhərində anadan olub. 2006-cı ildə ADMİU-nun Rejissorluq fakültəsini magistr pilləsi üzrə bitirib. 2004-cü ildən İncəsənət Gimnaziyasında müəllim işləyir. 2018-ci ildən İttifaqın üzvüdür.

Bağırova Lalə Emin qızı

05 fevral 1955-ci ildə anadan olub. Jurnalistdir. 1983-cü ildən ittifaqın üzvüdür.

Bağırzadə Mirvaqif Mahmud oğlu

24 iyun 1954-cü ildə anadan olub. Bakı Dövlət Sirkinin direktoru. Əməkdar mədəniyyət işçisi (2014) 1986-cı ildən İttifaqın üzvüdür.

Bayramov Ağalar Xanlar oğlu

16 yanvar 1954-cü ildə Ucarda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univeristetin bitirib. 1991- ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosentidir. Azərbaycan Respublikasının Əməkdar artistidir. 2014- cü ildən İttifaqın üzvüdür.

Bayramov Əbdülrəhman Buludxan oğlu

01 may 1980-ci ildə anadan olub. Azərbaycan Teatr Xadimləri İttifaqında inzibatçı işləyir . 2013-cü ildən ittifaqın üzvüdür.

Bayramov Elşad Zakir oğlu

1948-ci ildə Bakıda anadan olub. Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Hazırda Türkiyədə işləyir. 1990-cı ildən İttifaqın üzvüdür.

Bayramov Fazil Sabir oğlu

22 dekabr 1965-ci ildə Naxçıvan şəhərində anadan olub. 1992-ci ildən Naxçıvan Dövlət Kukla Teatrında avadanlıq üzrə mühəndis, 1997-ci ildən bədii quruluş hissə müdiri işləyib. 2016-cı ildən İttifaqın üzvüdür.

Bayramov Samir Azay oğlu

28 oktyabr 1977-ci ildə anadan olub. Bakı Mədəni Maarif Texnikumunu, ADMİU-nun Teatr kollektivinin rejissoru fakülltəsini bitirib. 1999-cu ildən Sumqayıt teatrında aktyor işləyir. 2003-cü ildən TXİ-nın üzvüdür.

Bayramov Səyyad Məmiş oğlu

03 noyabr 1958-ci ildə Şahbuz rayonunda anadan olub. 1983-cü ildən Ə.Əzimzadə adına Rəssamlıq məktəbini bitirib. 1987-ci ildən Naxçıvan teatrında rəssam işləyir. Naxçıvan MR-nın əməkdar rəssamıdır. 2000-ci ildən TXİ-nın üzvüdür.

Bayramov Tofiq Qulaməli oğlu

1943-cü ildə doğulub. 1969-cu ildə ADMİU-nun Aktyorluq fakültəsini bitirib. Uzun illər Sumqayıt teatrında çalışıb. 1995-ci ildən Bakı Bələdiyyə teatrında işləyir. Əməkdar artistdir. 1990-cı ildən İttifaqın üzvüdür.

Bayramova Afaq Nadir qızı

1974-cü ildə anadan olub. Azərbaycan Dövlət Musiqili Teatrında rəssam işləyir. 2016-cı ildən İttifaqın üzvüdür.

Bədəlov Məhyəddin Nemət oğlu

Bədirova Əntiqə Nəsib qızı

19 aprel 1965-ci ildə Gəncə şəhərində anadan olub. 1986-cı ildə Gəncə Pedaqoji məktəbini bitirib. 1987-ci ildən Gəncə Dövlət Kukla Teatrında quruluşçu rəssam, 2005-ci ildən baş rəssam işləyir. 2010-cu ildən İttifaqın üzvüdür.

Bədirzadə Məhərrəm Əlisəftər oğlu

1945-ci ildə Bakıda doğulub. 1970-ci ildə ADMİU-nun Rejissorluq fakütəsini bitirib. Azərbaycan televiziyasında çox sayda tamaşalara quruluş verib. Əməkdar incəsənət xadimi, «Qızıl Dərviş» mükafatı laureatıdır. 1970-ci ildən İttifaqın üzvüdür.

Bəykişiyev Nazim Zöhrab oğlu

29 iyun 1948-ci ildə Bakıda doğulub. Moskvada QİTİS-i bitirib. Xalq rəssamı, Dövlət mükafatı laureatıdır. Akademik Milli Dram Teatrının baş rəssamıdır. 1980-ci ildən TXİ-nın üzvüdür.

Boqdanov Sergey Vladimiroviç

3 fevral 1954-cü ildə Bakıda anadan olub. Bakı Xoreoqrafiya məktəbini bitirib. Uzun illər Opera və Balet Teatrının balet truppasında balet artisti, repetitor, truppa müdiri vəzifələrində çalışıb. Eyni zamanda Bakı Xoreoqrafiya Akademiyasında müəllim işləiyr. 2002-ci ildən Azərbacan Respublikasının Əməkdar artistidir. 1977-ci ildən İttifaqın üzvüdür.

Bünyadov Maqbet Zeynal oğlu

25 dekabr 1937-ci ildə Zərdabda anadan olub . 1970-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun Mədəni-Maarif fakultəsini bitirib. 1966-1974-cü illərdə Kukla Teatrında, 1974-cü ildə Akademik Milli teatrında, 1987-2003-cü illərdə Bakı Dövlət Sirkində, 2006-2010-cu illərdə Azərbaycan Akademik Milli Dram Teatrında direktor işləyib. Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisidir. 1970-ci ildən İttifaqın üzvüdür.

 


Cahangirov Əlif Çingiz oğlu

8 may 1992-ci ildə Salyan rayonunda anadan olub. 2014-cü ildə ADMİU-nun Rejissorluq fakültəsini bitirib. 2013-2016-cı illərdə Musiqili Teatrda aktyor işləyib. 2016-cı ildən Akademik Milli Dram Teatrında rejissor vəzifəsində çalışır. 2018-ci ildə «Gənclər» və «Humay» mükafatlarına layiq görülüb. 2018-ci ildən İttifaqın üzvüdür.

Canbaxşıyev Səməd Canbaxşı oğlu

19 mart 1972-ci ildə Şahbuz rayonunda anadan olub. 1997-ci ildə ADMİU-nun Mədəni-Maarif fakültəsini bitirib. 1990-96-cı illərdə Naxçıvan Kukla teatrında aktyor, 1996-cı ildən Naxçıvan teatrında aktyor işləyib. Naxçıvan MR-nın əməkdar artistidir. 1994-cü ildən TXİ-nvn üzvüdür.

Cavadlı Qəmər Aydın qızı

Cəbiyeva Leyla Valeriyevna

Cəbrayılov Yavər Qəhrəman oğlu

14 avqust 1948-ci ildə Salyanda anadan olub. 1971-ci ildə ADMİU-nun Dram və Kino aktyorluğu fakültəsini bitirib. Dövlət qulluğunda çalışıb. 2006-cı ildən Salyan Dövlət Kukla Teatrının direktorudur. 1981-ci ildən TXİ-nın üzvüdür.

Cəfərov Elçin Nadir oğlu

1985-ci ildə Bakı şəhərində doğulub. 2007-ci ildə ADMİU-nun Teatrşünaslıq fakültəsini bitirib. «Yuğ» Dövlət Teatrında və Milli Dram Teatrında mətbuat xidmətinin rəhbəridir. 2009-cu ildən İttifaqın üzvüdür.

Cəfərov Etibar Lətif oğlu

02.08.1982 – ci ildə anadan olub . 2008- ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univeristetini bitirib. Şuşa teatrında aktyor işləyir. 2009-dan İttifaqın üzvüdür.

Cəfərov Əlvida Məhərrəm oğlu

17 fevral 1947-ci ildə Cəbrayıl rayonunda doğulub. 1970-cı ildə Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. Həmin ildən Milli Dram Teatrında çalışır. 1989-cu ildən İttifaqın üzvüdür.

Cəfərov Məmmədyar Zəkəriyyə oğlu

08 sentyabr 1946-cı ildə Lənkəran şəhərində anadan olub. 1973-cü ildən Lənkəran teatrında quruluş hissə müdiri, daha sonra teatrın baş rəssamı vəzifəsində çalışır. 1981-ci ildən TXİ-nın üzvüdür.

Cəfərov Novruz Adil oğlu

1953-cü ildə anadan olub. 1971-ci ildə ADMİU-nun Aktyorluq fakültəsini bitirib. 1975-97-ci illərdə Şəki teatrında işləyib. 1997-ci ildən Gəncə teatrında çalışır. «Qızıl Dərviş» mükafatı laureatıdır.1977-ci ildən İttifaqın üzvüdür.

Cəfərov Yusif Faiq oğlu

1970-ci ildə Gəncədə doğulub. 1991-ci ildən Gəncə teatrlarında çalışır. Hazırda Gəncə Dram Teatrında işləyir. «Qızıl Dərviş» mükafatı laureatıdır. 2003-cü ildən TXİ-nın üzvüdür.

Cəfərova Bəsti Əli qızı

13 iyun 1959-cu ildə Bakıda doğulub. 1980-ci ildə ADMİU-nun Dram və kino aktyorluğu fakültəsini bitirib. Həmin ildən Milli Dram Teatrında çalışır. Xalq artistidir. 1983-cü ildən İttifaqın üzvüdür.

Cəfərzadə Kəmalə Məmməd qızı

05 avqust 1950-ci ildə anadan olub. 1973-cü ildə ADMİU-nun Teatrşünaslıq fakültəsini bitirib. 1977-ci ildən Teatr Xadimləri İttifaqında çalışır. İttifaqın Məsul katibidir. Teatr sənətinə dair yazıların müəllifidir. Əməkdar mədəniyyət işçisidir. 1977-ci ildən İttifaqın üzvüdür.

Cəlilov Məzahir Yadulla oğlu

15 iyul 1946-cı ildə Masallıda anadan olub. 1970-ci ildən Sumqayıt teatrında işləyib. 1975-ci ildə ADMİU-nun Dram və kino aktyorluğu fakültəsini bitirib. 3 il Lənkəran teatrında işləyib. 1980-ci ildən Milli Dram Teatrında çalışır. Əməkdar artistdir. 1989-cu ildən İttifaqın üzvüdür.


Dadaşov Fərəc İsmayıl oğlu

14 mart 1937-ci ildə Salyanda anadan olub. Salyan Kukla Teatrında direktor işləyib. 2003-cü ildən İttifaqın üzvüdür.

Dadaşov Hafiz Hüseynqulu oğlu

22 mart 1932-ci ildə Bakıda anadan olub. Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisidir. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında işləyib. 1994-cü ildən ittifaqın üzvüdür.

Dadaşov Rafael Məlik oğlu

04 yanvar 1946-cı ildə Naxçıvanda doğulub. 1972-ci ildə Teatr İnstitutunun Mədəni-maarif fakültəsini bitirib. Müxtəlif mədəniyyət ocaqlarında çalışıb. 1976-cı ildən Milli Dram Teatrında işləyir. Xalq artisti, «Qızıl Dərviş» mükafatı laureatıdır. 1986-cı ildən İttifaqın üzvüdür.

Dadaşov Yusif Arif oğlu

5 mart 1977-ci ildə Sumqayıt şəhərində anadan olub. 1998-ci ildə ADMİU-nun Teatr kollektivinin rejissoru fakültəsini bitirib. 1997-ci ildən Bakı Kamera teatrında, 2009-cu ildən Gənc Tamaşaçılar Teatrında aktyor işləyir. 2003-cü ildən İttifaqın üzvüdür.

Duxovnaya Lyudmila Semyonovna

1944-cü ildə anadan olub. 1966-cı ildə Teatr İnstitutunun Aktyorluq fakültəsini bitirib. Həmin ildən Rus Dram Teatrında çalışır. Çox sayda parlaq obrazlar yaradıb. Xalq artisti, «Qızıl Dərviş» mükafatı laureatıdır. 1970-ci ildən İttifaqın üzvüdür.

Dünyamalıyeva Dürdanə Kərəm qızı

Eldarova Nəsibə Novruz qızı

15 yanvar 1959-cu ildə Bakıda anadan olub . Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram-kino aktyorluğu fakultəsini bitirib. 1989-cu ildə Gənclər Teatrında, 2009-cu ildən Gənc Tamaşaçılar Teatrında aktrisa işləyir . 2014-cü ildən Azərbaycan Respublikasının Əməkdar artistidir. 1993-cü ildən İttifaqın üzvüdür.

Elbir Zəminə Yaşa qızı

30 dekabr 1975-ci ildə anadan olub. GTT-da işləyir. 2014-cü ildən ittifaqın üzvüdür.

Eyvazova Tamara Rəhman qızı

19 oktyabr 1942-ci ildən anadan olub. 1964 cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunu bitirib. 1966-cı ildən Opera və Balet teatırında truppa müdiri işləyir. Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisidir (1992). 1973-cü ildən İttifaqın üzvüdür.

Eyyubov Musa Eyyub oğlu

12 aprel 1960-ci ildə anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1988-ci ildən Qazax teatrında quruluşçu rejissor işləyir. Respublikanın Əməkdar artistidir (2015). 2010-cu ildən İttifaqın üzvüdür.


Əbdülsəmədov Ədalət Həsən oğlu

12 yanvar 1966- cı ildə anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. GTT-da aktyor işləyir. 1993-cü ildən İttifaqın üzvüdür.

Əbdülsəmədova Zemfira Feyzulla qızı

15 mart 1961-ci ildə Bakıda anadan olub. 2978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Teatr və kino aktyorluğu» fakültəsini bitirib. Şəki Dövlət Dram Teatrında, Musiqili Teatrda, Dövlət Gənclər Teatrında işləyib. 2015-ci ildən Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. 1985-ci ildən İttifaqın üzvüdür.

Əfəndiyev Timuçin İlyas oğlu

17 iyul 1945-ci ildə Bakıda anadan olub. 1968-ci ildə BDU-nun Şərqşünaslıq fakültəsini bitirib. 1977-ci ildən ADMİU-da dosent, baş müəllim, dekan, professor kimi vəzifələrdə çalışıb. 1987-ci ildən ADMİU-nun rektorudur. Filologiya elmləri doktoru, «Qızıl Dərviş», «Humay», «Yusif Məmmədəliyev» mükafatları laureatıdır. 1994-cü ildən TXİ-nın üzvüdür.

Əhmədov Cəfər Namiq Kamal oğlu (Cəfər Namiq Kamal)

17 avqust 1950-ci ildə Bakıda doğulub. 1972-ci ildə Teatr İnstitutunun aktyorluq fakültəsini bitirib. Bir müddət televiziyada, Gənc Tamaşaçılar Teatrında çalışıb. 1996-cı ildən Akademik Milli Dram Teatrında çalışır. Xalq artistidir. «Qızıl Dərviş» mükafatı laureatıdır. 1981-ci ildən İttifaqın üzvüdür.

Əhmədov Çingiz Əliəşrəf oğlu

27 dekabr 1962-ci ildə Bakı şəhərində anadan olub. 1983-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Müxtəlif illərdə , Musiqili Komediya Teatrında, ,Dövlət Gənclər Teatrında işləyib. 2003-cü ildən Musiqili Teatrda çalışır. Azərbaycan Respublikasının Əməkdar artistidir. 1993-cü ildən İttifaqın üzvüdür.

Əhmədov İlham Namiq Kamal oğlu

09 yanvar 1949-cu ildə Bakıda doğulub. 1970-ci ildə Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. Tədris teatrında, Gənc Tamaşaçılar, Milli Dram, Gənclər, Musiqili Komediya teatrlarında işləyib. «İlham» Miniatür teatrını yaradıb. Xalq artistidir. ADMİU-da kafedra müdiridir. 1977-ci ildən İttifaqın üzvüdür.

Əhmədov Qulam Hüseyn Nağı oğlu

29 oktyabr 1958- ci ildə anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Gəncə Dövlət Dram teatrında aktyor işləyib. 1979-cu ildən İttifaqın üzvüdür.

Əhmədov Oqtay Rəcəb oğlu

01 aprel 1954-cü ildə Şəkidə anadan olub. Orta təhsillidir. 1978-ci ildən Şəki teatrında işləyir. 1990-cı ildən İttifaqın üzvüdür.

Əhmədov Rəşid Zeynatullayeviç

13 mart 1956-cı ildə anadan olub. Şövkət Məmmədova adına Opera Studiyasında baletmeyster işləyir. 1986-cü ildən İttifaqın üzvüdür.

Əhmədov Sadiq İsa oğlu

05 fevral 1960-cı ildə anadan olub. İbrus teatrında işləyib. 2009-cu ildən İttifaqın üzvüdür.

Əhmədov Təvəkkül Dünyamalı oğlu

1949-cu ildə anadan olub. Orta təhsillidir. Mingəçevir Dövlət Dram Teatrında aktyor işləyib. 1990-cı ildən İttifaqın üzüdür.

Əhmədova Aybəniz Hacırəhim qızı

1976-cı ildə Ermənistanda anadan olub. 1997-ci ildə ADMİU-nun Dram və kino aktyorluğu fakültəsini bitirib. Həmin ildən İrəvan teatrında çalışıb. 2001-i ildən Şuşa teatrında işləyir. 2009-cu ildən İttifaqın üzvüdür.

Əhmədova Aynur Əhməd qızı

17 sentyabr 1975-ci ildə Lənkəranda anadan olub. 1997-ci ildə ADMİU-nun Rejissorluq fakültəsini bitirib. 1998-ci ildən Lənkəran Dövlət Dram Teatrının aktrisasıdır. 2011-ci ildən İttifaqın üzvüdür.

Əhmədova Elmira Həsən qızı

Əhmədova Gülnarə Cəfər qızı

2 oktyabr 1939-cü ildə anadan olub. Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Opera və Balet Teatrında solist işləyib. 1990-cı ildən İttifaqın üzvüdür.

Əhmədova Svetlana Ədalətovna

25 iyul 1943-cü ildə anadan olub. Opera və Balet Teatrında solist işləyib. Bakı Musiqi Akademiyasının pedaqoqudur. 1990-cı ildən İttifaqın üzvüdür.

Ələkbərzadə Mehriban Zaur qızı

5 avqust 1965-ci ildə Gəncə şəhərində anadan olub. 1988-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib. 1988-90-cı illərdə Lənkəran Dövlət Dram Teatrında rejissor, 1991-ci ildən Akademik Milli Dram Teatrında rejissor köməkçisi, 1994-cü ildən quruluşçu rejissor, 2017-ci ildən «Yuğ» Dövlət Teatrında baş rejissor işləyir. 2013-cü ildən Əməkdar incəsənət xadimidir. 1994-cü ildən İttifaqın üzvüdür.

Ələkbərov Tələt Əbdüləli oğlu

19 fevral 1935-ci ildə anadan olub . Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. “Azərteatr” yaradıcılıq birliyində işləyib. 1969-cu ildən İttifaqın üzvüdür.

Ələsgər Rizvan Akif oğlu

08 iyun 1976-cı ildə Bakıda anadan olub. 1998-ci ildə ADMİU-nun Teatrşünaslıq fakültəsini bitirib. Bakı Marionet teatrında aparıcı səhnə ustası işləyir. Fotoqrafçılar Birliyinin və 2003-cü ildən TXİ-nın üzvüdür.

Ələsgərov Çingiz Ağəli oğlu

19 noyabr 1952-ci ildə Bakıda anadan olub. 1983-cü ildə ADMİU-nun Teatrşünaslıq fakültəsini bitirib. Dramaturqdur. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. İttifaqın Yaradıcılıq şöbəsinin baş mütəxəssisidir. 1989-cu ildən TXİ-nın üzvüdür.

Ələsgərov Əlibala Əbdül oğlu

Əlibalayev Aydın Niyazi oğlu

06 iyun 1950-ci ildə anadan olub. Orta təhsillidir. 1975-ci ildən Şəki teatrında işləyir. «Qızıl Dərviş» mükafatı laureatıdır. 1985-ci ildən İttifaqın üzvüdür.

Əlibəyov Gəray Ayaz oğlu

20 mart 1955-ci ildə anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Sumqayit Teatrında aktyor işləyib. 1983-cü ildən ittifaqın üzvüdür.

Əlixanov Vaqif Ənvər oğlu

13 oktyabr 1943-cü ildə anadan olub. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində şöbə müdiri, Azərbaycan Radio və Televiziya Şirkətinin Dram Verilişləri şöbəsində redaktor işləyib. Hazırda «Qobustan» jurnalının baş redaktorudur. AzTXİ-nın «Sənətkar» medalı ilə təltif olunub. 1981-ci ildən İttifaqın üzvüdür.

Əlixanova Sədaqət Surəddin qızı

05 fevral 1978-ci ildə anadan olub . Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoq işləyib. 2014-cü ildən İttifaqın üzvüdür.

Əlikişizadə Yulana Yusifovna

6 yanvar 1938-ci ildə anadan olub. Opera və Balet Teatrında, Bakı Musiqi Akademiyasında balet üzrə pedaqoq işləyib. Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimidir. AzTXİ-nın «Sənətkar» medalı ilə təltif olunub. 1964-cü ildən İttifaqın üzvüdür.

Əliməmmədova Xalidə Şıxzadə qızı

05 mart 1973-cü ildə Xaçmaz rayonunda anadan olub. 1997-ci ildə ADMİU-nun Dram və Kino aktyoru fakültəsini bitirib. 1999-cu ildə «Teatrşünaslıq» üzrə magistraturanı bitirib. 1995-ci ildən Dövlət Gənclər Teatrında, 2008-ci ildən Gənc Tamaşaçılar Teatrında çalışır. 2000-ci ildən TXİ-nın üzvüdür.

Əliverdibəyov Kazım Ağalar oğlu

27 noyabr 1934- ci ildə anadan olub. Dirijor. Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi. 1959-cu ildə İttifaqın üzvüdür.

Əliyev Aydın Allahverdi oğlu

15 mart 1955-ci ildə anadan olub. ADMİU-nu bitirib. İrəvan, Şəki, Naxçıvan teatrlarında çalışıb. 1993-cü ildən Bakı Bələdiyyə teatrında işləyir. Əməkdar artistdir. 1989-cu ildən TXİ-nın üzvüdür.

Əliyev Bəhram Babaxan oğlu

13 mart 1950-ci ildə Nefçalada anadan olub . 1979-cu ildə Üzeyir Hacıbəyov adına Konservatoriyasını bitirib. Musiqili Komediya opera və balet teatrında solist-vokalist hal-hazırda isə M.Moqomayev adına filarmoniyada çalışır. 1981-ci ildən ittifaqın üzvüdür.

Əliyev Elnur Tahir oğlu

1985-ci ildə Bakı şəhərində doğulub. 2007-ci ildə ADMİU-nu bitirib. 2004-2007-ci illərdə Dövlət Gənclər Teatrında, 2008-ci ildən Bakı Uşaq teatrında aktyor işləyir. 2009-cu ildən İttifaqın üzvüdür.

Əliyev Əbdülqəni Zəhmət oğlu

21 oktyabr 1963-cü ildə Bakıda anadan olub. 1984-cü ildə A.Zeynallı adına Musiqi məktəbini, 1990-cı ildə Moskvada Ümumittifaq DÖvlət Kinematoqrafiya İnstitutunun Quruluş fakültəsinin Aktyor şöbəsində təhsil alıb. Müxtəlif illərdə «Yuğ» teatrında, ABA, Space, AzTV, İTV televiziya kanallarında çoxsaylı verilişlərin rejissoru olub. 1992-ci ildən İttifaqın üzvüdür.

Əliyev Ələkbər Həsən oğlu

15 aprel 1957-ci ildə anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyoru fakültəsini bitirib. 1980-ci ildən Musiqili teatrda vokalçı solist işləyir. 2013-cü ildən Azərbaycanın Əməkdar artistidir. 1989-cu ildən İttifaqın üzvüdür.

Əliyev Əlibaba Kəlbalı oğlu

Əliyev Əliyar Əlişan oğlu

10 noyabr 1962-ci ildə anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1993-cü ildən İttifaqın üzvüdür.

Əliyev İlham Sabir oğlu

05 iyun 1959-cu ildə Şəkidə anadan olub. 1981-ci ildə ADMİU-nun Dram və kino aktyorluğu fakültəsini bitirib. 1975-ci ildən Şəki teatrında çalışır. Hazırda teatrın direktor müavinidir. 1990-cı ildən İttifaqın üzvüdür.

Əliyev Hicran Şirəli oğlu

Əliyev Hüseyn Aslan oğlu

22 fevral 1933 -cü ildə anadan olub. Bakı Musiqi Akademiyasında müəllim işləyir. Azərbaycan Respublikasının Əməkdar artisti. 1961-ci ildən İttifaqın üzvüdür.

Əliyev Hüseynqulu Əli oğlu

03 fevral 1949-cu ildə Ordubad rayonunda doğulub. 1975-ci ildə Bakı Rəssamlıq məktəbini, 1982-ci ildə ADMİU-nun Dekorativ tətbiqi sənət fakültəsini bitirib. 1989-cu ildən Naxçıvan teatrının baş rəssamıdır. Xalq rəssamı, Naxçıvan Rəssamlar İttifaqının sədridir. 2000-ci ildən TXİ-nın üzvüdür.

Əliyev Rafiq Hacıbaba oğlu

14 noyabr 1949-cu ildə Füzulidə anadan olub. ADMİU-nu bitirib. 1979-cu ildən İttifaqın üzvüdür. Gənc Tamaşaçılar Teatrında çalışır. Teatr və kinoda çox sayda obrazlar yaradıb. TXİ sədrinin müavinidir. Xalq artisti, «Qızıl Dərviş»,»Humay» mükafatları laureatıdır.

Əliyev Rahib Seyidağa oğlu

12 iyul 1945-ci ildə Bakıda doğulub. 1970-ci ildə Teatr İnstitutunu bitirib. 1968-ci ildən Gənc Tamaşaçılar Teatrında aktyor işləyir. Əməkdar artistdir. 1974-cü ildən İttifaqın üzvüdür.

Əliyev Sabir Məhərrəm oğlu

13 mart 1948-ci ildə Cəlilabadda anadan olub. 1972-ci ildə A.Zeynallı adına Bakı Musiqi texnikumunun muğam şöbəsini, 1986-cı ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir.1968-ci ildən Opera və Balet Teatrında muğam bölməsinin solistidir. Azərbaycan Respublikasının Xalq artistidir. 1990-cı ildən İttifaqın üzvüdür.

Əliyev Seyidməmməd Mirvəli oğlu

20 iyul 1954-cü ildə anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Sabirabad rayon Mədəniyyət evində işləyir. 2013-cü ildən İttifaqın üzvüdür.

Əliyev Sərvər Bəhlul oğlu

22 yanvar 1966-cı ildə Naxçıvanın Sədərək rayonunda anadan olub. 1986-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. Müxtəlif illərdə Gənclər Teatrında aktyor, Ağdam Dövlət Dram Teatrında baş rejissor işləyib. 2017-ci ildən İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissorudur. 2015-ci ildən Azərbaycan Respublikasının Əməkdar artistidir. 2000-ci ildən İttifaqın üzvüdür.

Əliyev Vahid Əsgər oğlu

07 fevral 1952-ci ildə Tovuz şəhərində anadan olub. 1974-cü ildə ADMİU-nun Dram və kino aktyorluğu fakültəsini bitirib. O vaxtdan Gənc Tamaşaçılar Teatrında işləyir. Teatrda və televiziya tamaşalarında çox sayda maraqlı obrazlar yaradıb. Respublikanın əməkdar artistidir. 1994-cü ildən İttifaqın üzvüdür.

Əliyev Vaqif Məzahir oğlu

31 iyul 1940-cı ildə anadan olub. 1968-ci ildə Dövlət Teatr İnstitutunun Aktyorluq fakültəsini bitirib. 33 il Sumqayıt teatrında çalışıb. 2001-ci ildən Bakı Bələdiyyə teatrında işləyir. Xalq artistidir. 1970-ci ildən TXİ-nın üzvüdür.

Əliyev Vəfa Xanoğlan oğlu

14 sentyabr 1953-cü ildə Füzuli rayonunda doğulub. 1974-cü ildə Pedaqoji Universitetin Filologiya fakültəsini bitirib. Təhsil sahəsində və dövlət qulluğunda çalışıb. 1987-ci ildən ADMİU-da işləyir. 1997-ci ildən Sənətşünaslıq fakültəsinin dekanıdır. 2009-cu ildən İttifaqın üzvüdür.

Əliyev Vidadi Hüseyn oğlu

01 sentyabr 1945-ci ildə anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət İncəsənət inistitutunun Dram-kino aktyorluğu fakultəsini bitirib. İrəvan Aərbaycan Dövlət Dram Teatrında aktyor, 1988-2000-ci illərdə direktor və bədii rəhbər işləyib. Azərbaycan Respublikasının Əməkdar artistidir. 1967-ci ildən İttifaqın üzvüdür.

Əliyev Vüqar Əli oğlu

Əliyeva Aliyə Müseyib qızı

15 noyabr 1975-ci ildə Bakıda anadan olub. 1997-ci ildə ADMİU-nun Bədii xalq yaradıcılığı fakültəsini bitirib. 1994-cü ildə İrəvan teatrında, 1997-ci ildən Şuşa teatrında çalışır. 2009-cu ildən İttifaqın üzvüdür.

Əliyeva Böyükxanım Həsənbala qızı

28 sentyabr 1945-ci ildə anadan olub. 1973-cü ildə ADMİU-nun Dram və kino aktyorluğu fakültəsini bitirib. Həmin ildən Lənkəran teatrında çalışır. Xalq artistidir. 1990-cı ildən İttifaqın üzvüdür.

Əliyeva Elmira Ocaqqulu qızı

21 avqust 1947-ci ildə Bakıda anadan olub . 1970-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatrşünaslıq fakultəsini biritib. Azətbaycan Teatr Cəmiyyətində məsul katibi olub. Rusiya səfirliyində işləyib. 1970-ci ildən İttifaqın üzvüdür.

Əliyeva Könül Rafiq qızı

1986-cı ildə Füzuli rayonunda anadan olub. 2009-cu ildə ADMİU-nun Sənətşünaslıq fakültəsinin Teatrşünaslıq şöbəsini bitirib. AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda elmi işçi işləyir. 2009-cu ildən İttifaqın üzvüdür.

Əliyeva Kübrabəyim Ağa qızı

05 yanvar 1949-cu ildə Gəncə şəhərində doğulub. 1977-ci ildə ADMİU-nun Mədəni-Maarif fakültəsini bitirib. Gəncə, Sumqayıt və Musiqili Komediya teatrlarında çalışıb. 1991-ci ildən Milli Dram Teatrının aktrisasıdır. Əməkdar artistdir. 1976-cı ildən İttifaqın üzvüdür.

Əliyeva Lətifə Cahandar qızı

01 iyul 1944-cü ildə Qazax rayonunda doğulub. 1970-ci ildə ADMİU-nun Dram və kino aktyorluğu fakültəsini bitirib. 1967-ci ildən 2011-ci ilədək Gənc Tamaşaçılar Teatrında aktrisa işləyib. Əməkdar artistdir. 1981-ci ildən İttifaqın üzvüdür.

Əliyeva Münəvvər Əli qızı

Əliyeva Sevinc Əli qızı

15 yanvar 1965-ci ildə Bakıda doğulub. 1989-cu ildə ADMİU-nun Dram və kino aktyorluğu fakültəsini bitirib. Həmin ildən 2000-ci ilədək Dövlət Gənclər teatrında, 2001-ci ildən Milli Dram Teatrında işləyir. Əməkdar artistdir. «»Qızıl Dərviş» mükafatı laureatıdır. 1993-cü ildən İttifaqın üzvüdür.

Əliyeva Svetlana Əbdülvahid qızı

2 mart 1948-ci ildə anadan olub. Azərbaycan Dövlət İNcəsənət İnstitutunu bitirib. Gənc Tamaşaçılar Teatrında aktrisa işləyib. 1974-cü ildən İttifaqın üzvüdür.

Əliyeva Şəfəq Rəsul qızı

06 noyabr 1956-cı ildə Bakıda doğulub. 1978-ci ildə ADMİU-nun Dram və kino aktyorluğu fakültəsini bitirib. 1978-ci ildən Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. Əməkdar artistdir . 1982-ci ildən İttifaqın üzvüdür.

Əlizadə Əkbər Müzəffər oğlu

23 may 1977-ci ildə Bakıda anaan olub. 1998-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini, 2000-ci ildə «Teatrşünaslıq» ixtisası üzrə magistraturanı bitirib. Müxtəlif illərdə Musiqili Teatrda, Kamera Teatrında, Dövlət Filarmoniyasında, Space, Xəzər, ATV kanallarında aparıcı işləyib. Hazırda Musiqili Teatrın aktyorudur. Azərbaycanın Əməkdar artistidir. 2013-cü ildən İttifaqın üzvüdür.

Əlizadə Məryəm Əli qızı

14 aprel 1950-ci ildə Bakıda doğulub. 1972-ci ildə ADMİU-nun Teatrşünasıq fakültəsini bitirib. Teatr sənətinin müxtəlif problemlərinə həsr olunmuş çox sayda elmi əsərlərin müəlifidir. Sənətşünaslıq doktoru, ADMİU-nun professorudur. Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının Azərbaycan təmsilçisidir. Əməkdar incəsənət xadimi, «Qızıl Dərviş», «Humay» mükafatları laureatıdır. 1977-ci ildən TXİ-nın üzvüdür.

Əlizadə Xuraman İmaməli qızı

23 avqust 1980-ci ildə Bakıda anadan olub. 2001-ci ildə Bakı Mədəni-Maarif Texnikumunun Teatr kollektivinin rəhbəri fakültəsini bitirib. 2000-ci ildən Gənc Tamaşaçılar Teatrında aktrisa işləyib. 2005-ci ildən İttifaqın üzvüdür.

Əlizadə Səyyaf Əkbər oğlu

17 oktyabr 1941-ci ildə anadan olub . Azərbaycan Dövlət İncəsənət İnstitutnu bitirib. Ağdam teatrında aktyor işləyib. 1981-ci ildən İttifaqın üzvüdür.

Əkbərov Canəli Xanəli oğlu

10 mart 1940-cı ildə Lənkəranda anadan olub. Opera və Balet Teatrının səhnəsində çoxsaylı gözəl obrazlar yaradıb. ADMİU-nun Muğam kafedrasının müdiridir. Xalq artisti, professordur. «Şöhrət» və «Şərəf» Ordenlərinə layiq görülüb.1983-cü ildən TXİ-nın üzvüdür.

Əminə Yusif qızı

24 sentyabr 1936-cı ildə anadan olub . M.F.Axundov adına Pedoqoji Rus dili və Ədəbiyyatı institutunu bitirib. GTT-da , Akademik Dövlət Milli teatrında aktrisa işləyib. Bədii qiraət ustasıdır. Azərbaycan Respublikasının Xalq artistidir. 1957-ci ildən İttifaqın üzvüdür.

Əmirbəyova Rita Cəmil qızı

30 avqust 1955-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət İicəsənət İnstitutunun «Teatr və kino aktyorluğu fakültəsini bitirib. 1978-ci ildən Rus Dram Tetarının aktrisasıdır. Azərbaycanın Əməkdar artistidir. 1989-cu ildən İttifaqın üzvüdür.

Əmirov Məmməd Ağaqulu oğlu

09 may 1963-cü ildə anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Gənc tamaşaçılar Teatrında aktyor işləyib. 1998-ci ildən İttifaqın üzvüdür.

Əmrahov Cabir Alməmməd oğlu

04 sentyabr 1955-ci ildə anadan olub . Sumqayıt Dövlət Dram Teatrında aktyor işləyib. 1981-ci ildən İttifaqın üzvüdür.

Ərəbov Söhrab Əfəndi oğlu

1945-ci ildə anadan olub. 1988-ci ildə Moskvada Teatrların baş rəssamlıq kursunu bitirib. 1975-ci ildən Şəki teatrında rəssam işləyib. 1977-ci ildən quruluşçu rəssam işləyib. Hazırda teatrın baş rəssamıdır. «Qızıl Dərviş» mükafatı laureatıdır. 1985-ci ildən İttifaqın üzvüdür.

Əsədov İlham Əsəd oğlu

01 may 1970-ci ildə Bakıda anadan olub. 1997-ci ildə ADMİU-nun Dram və kino aktyorluğu fakültəsini bitirib. 1999-cu ildən Gənc Tamaşaçılar Teatrında aktyor işləyir. 2005-ci ildən İttifaqın üzvüdür.

Əsədov Vaqif Firudin oğlu

05 aprel 1947-ci ildə Naxçıvanda doğulub. 1969-cu ildən Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. 1969-cu ildən Naxçıvan teatrında aktyor, quruluşçu rejissor, baş rejissor işləyib. 1989-cu ildə Gənc Tamaşaçılar Teatrında quruluşçu rejissor işləyir. Xalq artistidir. 1974-cü ildən İttifaqın üzvüdür.

Əsədova Məleykə Əlifağa qızı

23 aprel 1966-cı ildə Neftçala rayonunda doğulub. 1987-ci ildə ADMİU-nun Mədəni-Maarif fakültəsini bitirib. Bir müddət Neftçala rayonunda, 1989-93-cü illərdə Dövlət Gənclər Teatrında işləyib. 1993-cü ildən Milli Dram Teatrında çalışır. Xalq artistidir. 1993-cü ildən İttifaqın üzvüdür.

Əsgərov Əsgər Əkbər oğlu

19 iyun 1961-ci ildə Naxçıvan şəhərində doğulub. 1983-cü ildə ADMİU-nun Dram və kino aktyorluğu fakültəsini bitirib. Bir müddət Naxçıvan teatrında rejissor və baş rejissor işləyib. 1996-cı ildən Akademik Milli Dram Teatrında işləyir. Əməkdar incəsənət xadimidir. 1990-cı ildən TXİ-nın üzvüdür.

Əsgərov Emil Firuzəddin oğlu

18 sentyabr 1993-cü ildə Lənkəranda anadan olub. 2017-ci ildə ADMİU-nun Dram rejissorluğu fakltüəsini bitirib. 2017-ci ildən Lənkəran Dövlət Dram Teatrında quruluşçu rejissor işləyir. 2018-ci ildən İttifaqın üzvüdür.

Əsgərov Xudayət Məmməd oğlu

14 fevral 1960-cı ildə Gəncədə anadan olub. Gəncə Dövlət Kukla Teatrında quruluşçu rejissor və aktyor kimi çalışır. 1990-cı ildən TXİ-nın üzvüdür.

Əzimov Aydın Kərim oğlu

1 may 1946-cü ildə Bakıda anadan olub. 1972-ci ildə Bakı Musiqi Akademiyasının Bəstəkarlıq fakültəsini bitirib. 1985-ci ildən Bakı Musiqi Akademiyasının elmi laboratoriyasında, 1966-cı ildən 2005-ci ilə qədər Mersin Universitesi Dövlət Konservatoriyasında çalışır. 2005-ci ildən Bəstəkarlıq kafedrasının professorudur. Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimidir. 1986-cı ildən İttifaqın üzvüdür.

Əzimov Rafiq Əşrəf oğlu

06 fevral 1938-ci ildə Bakıda anadan olub. 1962-ci ildə Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. Həmin ildən Milli Dram Teatrında çalışır. Xalq artistidir. «Qızıl Dərviş» mükafatı laureatıdır. 1965-ci ildən İttifaqın üzvüdür.

Əzimova Günel Vaqif qızı

08 fevral 1985-ci ildə anadan olub. Bakı Xoreqrafiya Məktəbin bitirib. Xoreqraf,rəqs müəllimi işləyir. 2013-cü ildən ittifaqın üzvüdür.

Əzimova Nigar Mikayıl qızı

23 yanvar 1941-ci ildə anadan olub. Gənc tamaşaçılar teatrında pedaqoq-tərbiyəci işləyib. 1971-ci ildən İttifaqın üzvüdür.

Əzizov Əlican Süleyman oğlu

23 fevral 1952-ci ildə anadan olub. ADMİU-nu bitirib. Gəncə Dövlət Dram Teatrında aktyor kimi çalışır. 1978-ci ildən İttifaqın üzvüdür.


Fərəcullayeva Dilarə Rəhim qızı

29 sentyabr 1957-ci ildə anadan olub. Azərbaycanda Dövlət İncəsənət İnstitutunu bitirib. GTT-da aktirsa işləyir. 2000-ci ildən İttifaqın üzvüdür.

Fərzəliyev Natiq Aslan oğlu

1962-ci ildə Yevlaxda anadan olub. 1987-ci ildə ADMİU-nun Mədəni-Maarif fakültəsini bitirib. Bir müddət Xalq teatrında, Meydan teatrında, Dövlət Gənclər Teatrında işləyib. Gənc Tamaşaçılar Teatrının aktyorudur. 1994-cü ildən İttifaqın üzvüdür.

Fərzəlibəyov Mərahim Fərzəli oğlu

26 iyun 1949-cu ildə Bakıda doğulub. 1975-ci ildə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun Rejissorluq fakültəsini bitirib. İki il Qroznıda Rus Dram teatrında, 1977-81-ci illərdə Sumqayıt teatrında, 1981-ci ildən Milli Dram Teatrında rejissor işləyib. Xalq artistidir. 1979-cu ildən İttifaqın üzvüdür.

Fətəliyeva Zərnişan Tahir qızı

28 iyul 1942-ci ildə Bakıda doğulub. 1964-cü ildə Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. 1963-cü ildən Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. 1965-ci ildən İttifaqın üzvüdür.


Gözəlova İradə Vaqif qızı

1982-ci ildə Bakı şəhərində anadan olub. 2003-cü ildə ADMİU-nun Rejissor sənəti fakültəsini bitirib. Gənc Tamaşaçılar Teatrında, «Yuğ» Teatrında çalışıb. 2005-ci ildən İttifaqın üzvüdür.

Güləhmədova Gülcahan Şüaulla qızı

23.06.1925 – ci ildə anadan olub . 1951-ci ildə Bakı Teatr İnstitutunun rejissorluq fakultəsini bitirib. 1952-1982-ci illər də Rus Dram teatrında rejissor ,1982 – ci ildən Bakı Musiqi Akademiyasının Opera studiyasinda Baş rejissor və pedaqoq işləyir. Azərbaycan Respublikasının Xalq artistidir. 1953-cü ildən İttifaqın üzvüdür.


Hacıbabayev Atababa İsmayıl oğlu

1947-ci ildə Bakıda anadan olub. 1971-ci ildə ADMİU-nun Teatrşünaslıq fakültəsini bitirib. TXİ-da, «Dostluq» cəmiyyətində işləyib. 1987-ci ildən «Ədəbiyyat» qəzetində işləyir. Milli Dram Teatrında ədəbi hissə müdiridir. Əməkdar mədəniyyət işçisidir. Bir sıra kitab və məqalələrin müəlifidir. 1972-ci ildən İttifaqın üzvüdür.

Hacıbabayev Elşən Atababa oğlu

29 mart 1980-ci ildə anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram kino aktyorluğu fakultəsini bitirib. GTT-da aktyor işləyir. 2003-cu ildən İttifaqın üzvüdür.

Hacıbəyov Elşən Sərxan oğlu

02 oktyabr 1962-ci ildə anadan olub. GTT-da qurluşçu rəssam işləyir. 2016-cı ildən ittifaqın üzvüdür.

Hacıbəyov Məcnun Salman oğlu

05 oktyabr 1935-ci ildə Quba şəhərində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun bitirib. Akademik Milli Dram Teatrında aktyor işləyib. Azərbaycan Respublikasının Əməkdar artistidir. 1986-cı ildən İttifaqın üzvüdür.

Hacıyev Habil Mirzə oğlu

Hacıyev Hacı Şami oğlu

Hacıyeva Gülbacı Xudaqulu qızı

1928-ci ildə Bakıda anadan olub. 1949-cu ildə Bakı Xoreoqrafiya məktəbini bitirib. Opera və Balet Teatrında çalışıb. Bakı Xoreoqrafiya məktəbində klassik rəqslər üzrə pedaqoq işləyir. Əməkdar müəllimdir. 1965-ci ildən İttifaqın üzvüdür.

Hacıyeva Yasəmən Arif qızı

05 mart 1972-ci ildə anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetidə müəllim işləyir. Sənətşünaslıq üzrə fəlsəfə doktorudur. 2014-cü ildən ittifaqın üzvüdür.

Haqverdiyev Elxan Mirzə oğlu

16 aprel 1951-ci ildə anadan olub. “İçəri şəhər” Tarix-Memarlıq Qoruğunda işləyib. 1982-ci ildən ittifaqın üzvüdür.

Haqverdiyev Marat Xanlar oğlu

1938-ci il iyulun 21-də Bakıda anadan olub. Azərbaycan Politexnik İnstitutunun Memarlıq fakültəsini bitirib. 40 il Mədəniyyət Nazirliyinin nəzdində Tarix və Mədəniyyət Abidələrinin Bərpası İdarəsində müxtəlif vəzifələrdə çalışıb. Yazıçı, senarist, dramaturqdur. Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisidir. 2007-ci ildən İttifaqın üzvüdür.

Haqverdiyeva Mahirə Oqtay qızı

24 fevral 1978-ci ildə anadan olub. Gəncə Kukla Teatrının aktrisasıdır. 2005-ci ildən TXİ-nın üzvüdür.

Heydərov İdris Zabud oğlu

1967-ci ildə Yardımlıda anadan olub. 1992-ci ildə ADMİU-nun Teatrşünaslıq fakültəsini bitirib. Rus Dram Teatrında, «Yuğ» teatrında, TXİ-da, müxtəlif televiziya şirkətlərində çalışıb. 1994-cü ildən İttifaqın üzvüdür.

Heydərova Ülviyyə Sədaqət qızı

20 mart 1981- ci ildə Şirvan şəhərində anadan olub. Azərbaycan İctimai siyasi Universitetini bitirib. ” Pəncərə” və “Ölkəm” jurnalında redaktor işləyir. 2013-cü ildən ittifaqın üzvüdür.

Həkimova Svetlana Cəlal qızı

24 yanvar 1940-cı ildə anadan olub. 1978-ci ildə ADMİU-nun Dram və kino aktyorluğu fakültəsini bitirib. 1978-92-ci illərdə Ağdam teatrında işləyib. 1992-ci ildən Sumqayıt teatrında işləyir. Respublikanın xalq artistidir. 1982-ci ildən TXİ-nın üzvüdür.

Həmidov Əjdər Qüdrət oğlu

28 sentyabr 1953-cü ildə anadan olub. Azərbaycan Dövlət Teatr İnstitutunu bitirib. Akademik Milli Dram Teatrında işləyir. Azərbaycan Respublikasının Xalq artistidir. 1983-cü ildən İttifaqın üzvüdür.

Həmidov Mübariz Şəfayət oğlu

12 iyul 1956-cı ildə Göyçayda anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram-kino aktyorluqu fakultəsini bitirib. 1979-2000-ci illərdə GTT-da aktyor işləyib, 2000-2006 ci illərdə Azərbaycan Mədəniyyət və Turizim Nazirliyində çalışıb, 2006-2018-ci illərdə Gənc Tamaşaçılar Teatrının direktoru olub. 2018-ci ildən Sumqayıt Dövlət Dram Teatrınln direktorudur. 1982-ci ildən İttifaqın üzvüdür.

Həmzəyev Nizami İbrahim oğlu

12 sentyabr 1943-cü ildə anadan olub. Aərbaycan Dövlət İncəsənət İnstitutunun Dram-kino aktyorluq fakultəsini bitirib. Naxçıvan Dövlət Dram teatında aktyor, Naxçıvanda Mədəniyyət Naziri işləyib. Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimidir. 1983-cü ildən ittifaqın üzvüdür.

Həsənov Həsən Nəsib oğlu

07 iyul 1950-ci ildə anadan olub. 1981-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1991-1994-cü illərdə İrəvan Azərbaycan Dövlət Dram Teatrında, 1994-cü ildən Azərbaycan Dövlət Gənclər teatrında çalışıb. Əməkdar mədəniyyət işçisidir. 2000-ci ildən ittifaqın üzvüdür.

Həsənov İslam Cəfər oğlu

08 may 1965-ci ildə Lənkəranda anadan olub. 1988-ci ildə ADMİU-nun Dram və kino aktyorluğu fakültəsini bitirib. Televiziyada və Azərbaycan Teatr Xadimləri İttifaqında işəyib. Hazırda Lənkəran teatrının direktorudur. 1994-cü ildən TXİ-nın üzvüdür.

Həsənov İmaməddin Cabir oğlu

15 oktyabr 1980-ci ildə anadan olub. Azərbaycan Dövlət Universitetini bitirib. Gənc Tamaşaçılar Teatrında aktyor işləyib. 2003-cü ildən İttifaqın üzvüdür.

Həsənov İntiqam Soltan oğlu

1965-ci ildə Ordubadda anadan olub. 1990-cı ildə ADMİU-nun Aktyorluq fakültəsini bitirib. İrəvan teatrında və Dövlət Gənclər teatrında aktyor kimi çalışıb. 1993-cü ildən TXİ-nın üzvüdür. Bakı Uşaq Teatrının bədii rəhbəridir.

Həsənov Rəşid İbrahim oğlu (Rəşid Şerif)

1953-cü ildə Bakıda anadan olub. 1976-cı ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbini bitirib. 5 il Şəki teatrında işləyib. Hazırda «Yuğ» teatrının baş rəssamıdır. Azərbaycan Respublikasının əməkdar rəssamıdır. 1992-ci ildən İttifaqın üzvüdür.

Həsənov Siyasət Məlik oğlu

Həsənov Vidadi İsmayıl oğlu

1958-ci ildə Gəncədə doğulub. 1984-cü ildə ADMİU-nun Dram və kino aktyorluğu fakültəsini bitirib. 1984-86-cı illərdə Tədris teatrında aktyor, 1985-ci ildən ADMİU-da müəllim işləyir. «YUĞ» teatrında aktyor və rejissor kimi çalışır. 1992-ci ildən İttifaqın üzvüdür.

Həsənova İradə Aslan qızı

18 mart 1956-cı ildə Gəncədə anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Akamedik Milli Dram teatrında aktirsa kimi çalışır. Azərbaycan Respublikasının Əməkdar artistdir. 1980-ci ildən İttifaqın üzvüdür.

Həşimova Növrəstə Xanəli qızı

27 noyabr 1954-cü ildə anadan olub. 1979-cu ildə ADMİU-nun Dram və kino aktyoru fakültəsini bitirib. 1973-cü ildən Sumqayıt teatrında işləyir. 1984-cü ildən TXİ üzvüdür. Əməkdar artistidir. «Tərəqqi» mudalına layiq görülüb.

Həşimzadə Xanlar Allahverdi oğlu

09 fevral 1955-ci ildə Şəkidə anadan olub. 1975-ci ildən Şəki teatrında çalışır. Aparıcı səhnə ustasıdır. İki dəfə «Qızıl Dərviş» mükafatı alıb. 1977-ci ildən İttifaqın üzvüdür.

Hətəmov Müşfiq Mürşüd oğlu

06 may 1969-cu ildə anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram-kino aktyor fakultəsini bitirib. “Azərbaycanfilm” kinostudiyasının direktoru işləyir. 1994-cü ildən İttifaqın üzvüdür.

Hüseynov Elnur Bəhrəmxan oğlu

02 avqust 1978-ci ildə Neftçala rayonunda anadan olub. Bakıda İcəsənət Gimnaziyasının Aktyorluq şöbəsində təhsil alıb. 2002-ci ildə ADMİU-nu bitirib. 1999-cu ildən Gənc Tamaşaçılar Teatrında aktyor kimi çalışır. 2005-ci ildən İttifaqın üzvüdür.

Hüseynov Füzuli İsmət oğlu

1962-ci ildə anadan olub. 1984-cü ildə ADMİU-nun Aktyorluq fakültəsini bitirib. 1987-ci ildən Akademik Milli Dram Teatrında (fasilələrlə) işləyir. Respublikanın əməkdar artistidir. 1989-cu ildən İttifaqın üzvüdür.

Hüseynov Hikmət Aydın oğlu

1960-cı ildə Bakıda anadan olub. 1981-ci ildə Moskvada Dövlət Kinematoqrafiya İnstitutunun Film yaradıcılığının təşkili və iqtisadiyyatı fakültəsini və İctimai peşələr fakültəsinin Ssenari/Jurnalistika ixtisasını bitirib. 1981-86-cı illərdə «Azərbaycanfilm» kinostudiyasında işləyib. 1988-ci ildən Bakı Marionet teatrında çalışır. Aparıcı səhnə ustasıdır. 1996-cı ildən TXİ-nın üzvüdür.

Həsənov Hilal Mahmud oğlu

Hüseynov İlham Əligül oğlu

Hüseynov Qüdrət İltifat oğlu

Hüseynov Nadir Qəribağa oğlu

1952-ci ildə anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram-kino aktiyorluqu fakultəsini bitirib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimidir. 1992-ci ildən İttifaqın üzvüdür.

Hüseynov Xəlil Ərrəhman oğlu

12 avqust 1945-ci ildə Babək rayonunda anadan olub. Orta təhsillidir. 1967-ci ildən Naxçıvan teatrında aktyor işləyir. Naxçıvan MR-nın əməkdar artistidir. 2000-ci ildən TXİ-nın üzvüdür.

Hüseynov Rafael Baba oğlu

12 avqust 1955 ildə Kürdəmir şəhərində anadan olub. 1976-cı ildə ADU Şərqşünaslıq fakültəsini bitirib. Akademik, Nizami adına Ədəbiyyat muzeyinin direktorudur.Əməkdar incəsənət xadimidir. 1985-ci ildən ittifaqın üzvüdür.

Hüseynov Rafiq Mirzəcan oğlu

1941-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Teatr İnstitutunu bitirib. 1971-ci ildən Gənc Taaşaçılar Teatrında çalışır. Teatrda çox sayda yaddaqalan obrazlar yaradıb. Xalq teatrına rəhbərlik edir. Respublikanın əməkdar artistidir.1973-cü ildən İttifaqın üzvüdür.

Hüseynov Rövşən Maqsud oğlu

06 fevral 1954-cü ildə Naxçıvan şəhərində doğulub. 1987-ci ildə ADMİU-nun Mədəni-Maarif fakültəsini bitirib. 1968-ci ildən Naxçıvan teatrında aktyor və rejissor işləyir. Xalq artistidir. 1981-ci ildən TXİ-nın üzvüdür.

Hüseynov Səyavuş Kərim oğlu

Hüseynov Şövqi Ərəstun oğlu

09 avqust 1972-ci ildə Cəlilabad şəhərində anadan olub. 1994-cü ildə ADMİU-nun Dram və kino aktyorluğu fakültəsini bitirib. 1991-ci ildən Bakı Kamera teatrında aktyor və rejissor kimi, 2008-ci ildən Gənc Tamaşaçılar teatrında çalışır. Əməkdar artistdir. «Qızıl Dərviş» mükafatı və İ.Smoktunovski medalına layiq görülüb. 2003-cü ildən İttifaqın üzvüdür.

Hüseynov Tofiq Əbdülrəhim oğlu

25 may 1949-cu ildə Bakıda anadan olub. 1971-ci ildə Teatr İnstitutunun Musiqili Komediya aktyorluğu fakültəsini bitirib. İrəvan teatrında, Sumqayıt teatrında, Tədris teatrında aktyorluq edib. 1979-cu ildən Gənc Tamaşaçılar Teatrında çalışır. 2001-ci ildən Milli Dram Teatrında işləyir. 1981-ci ildən İttifaqın üzvüdür.

Hüseynova Dilarə Məlik qızı

07 avqust 1957- ci ildə anadan olub . Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rejissor-pedaqoq işləyir. 2013-cü ildən ittifaqın üzvüdür.

Hüseynova Kəmalə Müzəffər qızı

1967-ci ildə Şəki şəhərində anadan olub. 1990-cı ildə ADMİU-nu bitirib. Həmin ildən Gənc Tamaşaçılar Teatrında aktrisa işləyir. 2005-ci ildən İttifaqın üzvüdür.

 

Xanəhmədov Səməd Budaq oğlu

Xanızadə Bəxtiyar Oqtay oğlu

13 iyul 1957-ci ildə Bakıda anadan olub. ADMİU-nu və Leninqrad Teatr, Musiqi və Kinematoqrafiya Akademiyasını bitirib. 1996-cı ildə Pantomim Teatrını yaradıb. Teatrın bədii rəhbəridir. Xalq artistidir. 1981-ci ildən TXİ-nın üzvüdür.

Xanlarov Sehran Tehran oğlu

12 dekabr 1977-ci ildə Füzuli rayonunda anadan olub. 2003-cü ildən Füzuli Dövlət Dram Teatrında işləyir. Hazırda quruluşçu rejissor vəzifəsində alışır. 2018-ci ildən İttifaqın üzvüdür.

Xarçenko Zoya Fyodorovna

Xasıyev Nadir Şənbə oğlu

1961-ci ildə Ağsu rayonunda anadan olub. 1984-cü ildə ADMİU-nun Musiqili Komediya şöbəsini bitirib. Sumqayıt teatrında çalışıb. 1993-cü ildən Musiqili Komediya Teatrında soilst işləyir. 1990-cı ildən İttifaqın üzvüdür.

Xəlilova Cananə Əliheydər qızı

Xudiyev Rza Əli oğlu

05 mart 1962-ci ildə Culfa şəhərində anadan olub. 1987-ci ildə ADMİU-nun Dram və kino aktyorluğu fakültəsini bitirib. Həmin ildən Naxçıvan teatrında aktyor işləyir. Xalq artistidir. «Qızıl Dərviş» mükafatı alıb. 1991-ci ildən TXİ-nın üzvüdür.

Xudiyeva Nəzakət Əli qızı

20 iyun 1955-ci ildə Culfa şəhərində doğulub. Orta təhsillidir. 1974-cü ildən Naxçıvan teatrında aktrisa işləyir. Əməkdar artistdir. «Tərəqqi» medalı alıb. 1989-cu ildən TXİ-nın üzvüdür.


İbrahimov Cavid Zəfər oğlu

İbrahimov Eyvaz Abbas oğlu

14 yanvar 1969-cu ildə Kəlbəcər rayonunda doğulub. 1995-ci ildə ADMİU-nun Dram və kiino aktyorluğu fakültəsini bitirib. 1993-cü ildən Gənc Tamaşaçılar Teatrında aktyor kimi çalışır. 1997-ci ildən İttifaqın üzvüdür.

İbrahimov İlqar Cəmil oğlu

03 mart 1959-cu ildə anadan olub. 1985-ci ildə ADMİU-nun Dram və kino aktyoru fakültəsini bitirib. 1978-ci ildən Sumqayıt teatrında işləyir (fasilələrlə). 1985-96-cı illərdə Mingəçevir teatrında çalışıb. 1990-cı ildən TXİ üzvüdür. «Tərəqqi» medalı alıb.

İbrahimov Mənsum İsrafil oğlu

İbrahimov Namiq İsa oğlu

22 avqust 1955-ci ildə anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-Maarif fakultəsin bitirib. Nərimanov rayonu Usaq yaradıcılıq Mərkəzi xalq teatrında rejissor işləyir. 1981-ci ildən ittifaqın üzvüdür.

İbrahimov Nazim Paşa oğlu

27 aprel 1937-ci ildə İrəvan şəhərində doğulub. 1960-cı ildə Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. Həmin ildən (fasilə ilə) 2011-ci ilədək Gənc Tamaşaçılar Teatrının aktyoru olub. 1962-ci ildən İttifaqın üzvüdür.

İbrahimov Rafiq Əli oğlu

02 noyabr 1955-ci ildə anadan olub. 1978-ci ildə ADMİU-nun Dram və kino aktyorluğu fakültəsini bitirib. Sumqayıt teatrında çalışıb. 1994-cü ildən Bakı Bələdiyyə teatrında işləyir. Əməkdar artistdir. 1984-cü ildən TXİ-nın üzvüdür.

İbrahimova Safurə Ağabala qızı

İmamquliyev Zöhrab Həmzə oğlu

01 yanvar 1963-cü ildə anadan olub. H. Aslanov adına Mərkəzi Zabitlər evində rəqs ansambılının rəisi işləyir. 1990-ci ildən ittifaqın üzvüdür.

İmanov Eldar Şura oğlu

İsayev Edqar Həmzə oğlu

İsgəndərov Hamlet Əli oğlu

İsgəndərov Faiq Ağamehdi oğlu

27 may 1956-cı ildə anadan olub . 1975-ci ildə Bakı Rabitə texnikumunu bitirib. Azərbaycan Teatr Xadimləri İttifaqında səs yayımı üzrə baş mutəxəssis işləyir. 2013-cü ildən ittifaqın üzvüdür.

İsgəndərov Rafael Çərkəz oğlu

23 aprel 1972-ci ildə anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram-kino aktyorluğu fakultəsini bitirib. Azərbaycan Respublikasının Əməkdar artistidir. 2000-ci ildən İttifaqın üzvüdür.

İsgəndərov Saqif Sarı oğlu

İsgəndərova Xanirə Carulla qızı

İsgəndərova Sədaqət Adil qızı

03 mart 1954-cü ildə Bakıda anadan olub. 1977-ci ildə ADMİU-nun Mədəni-Maarif fakültəsini bitirib. 1987-ci ildən TXİ-da çalışır. 1997-ci ildən İttifaqın üzvüdür. İttifaqın İşlər müdiridir.

İsgəndərova Sənubər Sabir qızı

25 oktyabr 1960-cı ildə Bakıda doğulub. Bir müddət müxtəlif təşkilatlarda çalışıb. 1989-cu ildən Gənclər Teatrında, 1997-ci ildən Milli Dram Teatrında işləyir. Əməkdar artistdir. «Qızıl Dərviş» mükafatı alıb. 1993-cü ildən İttifaqın üzvüdür.

İsmayılov Hacı Məcid oğlu

22 yanvar 1944-cü ildə Bakıda doğulub. 1967-ci ildə ADMİU-nun Dram və kino aktyorluğu fakültəsini bitirib. Bir müddət Sumqayıt teatrında çalışıb. 1970-ci ildən Milli Dram Teatrında işləyir. Xalq artistidir. «Qızıl Dərviş» mükafatı alıb. 1968-ci ildən İttifaqın üzvüdür.

İsmayılov İlyas Səfərəli oğlu

İsmayılov İsgəndər Ağəli oğlu

İsmayılov Qurban İbrahim oğlu

İsmayılov Salamulla Xeyrulla oğlu

1951-ci ildə anadan olub. 1974-cü ildə ADMİU-nun Dram və kino aktyorluğu fakültəsini bitirib. «Azərbaycanfilm» kinostudiyasında rejissor köməkçisi işləyib, 1977-ci ildən Gəncə teatrında aktyor kimi çalışır. «Qızıl Dərviş» mükafatı laureatıdır. 1980-ci ildən İttifaqın üzvüdür.

İsmayılova Dilbər Əli qızı

1959-cu ildə Bakıda anadan olub. 1986-cı ildə ADMİU-nun Mədəni-Maarif fakültəsini bitirib. 1977-ci ildən Gənc Tamaşaçılar Teatrında rejissor köməkçisi işləyib. Hazırda Akademik Milli Dram Teatrında çalışır. 1990-cı ildən İttifaqın üzvüdür.

İsmayılova Elmira Məhərrəm qızı

İsmayılova Səkinə Qulu qızı

İsrafilov Fərhad Ramazan oğlu

05 yanvar 1955-ci ildə Bakıda anadan olub. 1979-cu ildə Moskva Ümumittifaq Kinematoqrafiya İnstitutunu bitirib. 1989-cu ildən «YUĞ» teatrında çalışır. Çox sayda filmlərə və televiziya tamaşalarına çəkilib. Əməkdar artist, «Qızıl Dərviş» mükafatı laureatıdır. 2009-cu ildən İttifaqın üzvüdür.

İsrafilov İsrafil Ramazan oğlu

10 sentyabr 1949-cu ildə Bakıda anadan olub. 1971-ci ildə ADMİU-nu bitirib. Sənətşünaslıq doktoru, professordur. Uzun illər dövlət qulluğunda çalışıb, mədəniyyət ocaqlarına rəhbərlik edib. TXİ İdarə heyətinin üzvüdür. Akademik Milli Dram Teatrının direktorudur. «Qızıl qələm», «Qızıl Dərviş» mükafatları laureatıdır. 1978-ci ildən TXİ-nın üzvüdür.

 


Karasyova İvetta İvanovna

Kaşanlı Rafiq Rizvan oğlu

09 aprel 1941-ci ildə anadan olub. Azərbaycan yaradıcılıq fondunun sədr müavini işləyir. Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisidir. 1997-ci ildən ittifaqın üzvüdür.

Kazımov Ağəddin Heydər oğlu

17 mart 1960-ci ildə anadan olub. 1984-cü ildə Voloqda NVB SSS məktəbini bitirib. Azərbaycan Teatr Xadimləri İttifaqında təsərrüfat şöbəsinin rəisidir. 2013-cü ildən İttifaqın üzvüdür.

Kazımov Ağakişi Şamməd oğlu

Kazımov Fuad Möhübbət oğlu

03 dekabr 1972-ci ildə anadan olub. 1996-cı ildə ADMİU-nun Mədəni-Maarif fakültəsini bitirib. 2001-ci ildən Sumqayıt teatrında aktyor işləyir. 2003-cü ildən TXİ-nın üzvüdür.

Kazımov Nicat Mirəziz oğlu

17 iyun 1972-ci ildə anadan olub. 1996-cı ildə ADMİU-nun Dram və kino aktyoru fakültəsini bitirib. 1993-cü ildən «Dəli yığıncağı» pantomim studiyasında, 1996-cı ildən Gənc Tamaşaçılar Teatrında çalışır. 1997-ci ildən rejissor kimi də fəaliyyət göstərir. Monotamaşalar və Pantomim festivallarının, «Zirvə» mükafatı laureatıdır. 1997-ci ildən İttifaqın üzvüdür.

Kərimi Siyavuş Əşrəf oğlu

Kərimli Nərminə Kərim qızı

Kərimli Nazim Sədi oğlu

15 avqust 1964-cü ildə anadan olub. 1986-cı ildə Mədəni-Maarif texnikumunu bitirib Azərbaycan Teatr Xadimləri İttifaqında səs operatoru işləyir. 2013-cü ildən ittifaqın üzvüdür.

Kərimov Bəxtiyar Əli oğlu

01 fevral 1948-ci ildə Bakıda doğulub. 1976-cı ildə ADMİU-nun Dram və kino aktyorluğu fakültəsini bitirib. Bir müddət Dövlət Kukla Teatrında və Sumqayıt Teatrında işləyib. 1973-cü ildən Gənc Tamaşaçılar Teatrının aktyorudur. 1976-cı ildən İttifaqın üzvüdür.

Kərimov Elnur Umbay oğlu

11 sentyabr 1981-ci ildə Bakıda anadan olub. 1999-cu ildə İncəsənət Gimnaziyasını, 2003-cü ildə ADMİU-nu bitirib. 2000-ci ildən Gənc Tamaşaçılar Teatrında aktyor işləyir. 2005-ci ildən İttifaqın üzvüdür.

Kərimov Hüseyn Cəmil oğlu

Kərimov Loğman Seyfulla oğlu

11 yanvar 1959-cu ildə Bakıda doğulub. 1982-ci ildə ADMİU-nun Mədəni-Maarif fakültəsini bitirib. 1980-ci ildən Gənc Tamaşaçılar Teatrında aktyor, 1998-ci ildən quruluşçu rejissor, 2002-ci ildən 2009-cu ilə qədər baş rejissor işləyib. 2009-cu ildən Şuşa teatrının baş rejissorudur. Əməkdar artistdir. 1981-ci ildən İttifaqın üzvüdür.

Kərimov Valeh Seyfulla oğlu

1944-cü ildə İranın Miyana şəhərində doğulub. 1969-cu ildə Teatr İnstitutunun Aktyorluq fakültəsini bitirib. O vaxtdan Sumqayıt Teatrında çalışır. 1970-ci ildən TXİ-nın üzvüdür. Xalq artistidir.

Kərimova Elmira Meydan qızı

05 dekabr 1946-cı ildə Tovuz şəhərində anadan olub. 1971-ci ildə ADMİU-nun Teatrşünaslıq fakültəsini bitirib. Həmin ildən Teatr Xadimləri İttifaqında çalışır. 1976-cı ildən İttifaqın üzvüdür. İttifaqın baş mütəxəssisidir.

Kərimova Nailə Hüseynağa qızı

Kərimova Nərgiz Faiq qızı

13 avqust 1970-ci ildə Bakıda anadan olub. Bülbül adına orta ixtisas məktəbində oxuyub. 1992-ci ildə Dövlət Konservatoriyasının vokal və fortepiano ixtisasları üzrə bitirib. Beynəlxalq müsabiqələr laureatıdır. 2002-ci ildən Musiqili Komediya Teatrının solistidir. 2009-cu ildən İttifaqın üzvüdür.

Kərimova Rumiyyə Həmid qızı


Qafarov Nazir Gülməmməd oğlu

01 yanvar 1945-ci ildə Zərdabda anadan olub. 1965-ci ildə Mədəni-Maarif Texnikumunu bitirib. 1969-cu ildən Mingəçevir Dram Teatrında aktyor, musiqili hissə müdiri, direktor müavini və direktor vəzifələrində çalışıb. 1982-ci ildən TXİ-nın üzvüdür.

Qafarov Vidadi Ramiz oğlu

1961-ci il dekabrın 29-da Lənkəran şəhərində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Teatrşünaslıq» fakültəsini bitirib.
1990-1994-cü illərdə N.Vəzirov ad.LDDT-da ədəbi hissə müdiri vəzifəsində çalışıb, 1994-cü ildən AMEA Memarlıq və İncəsənət İnstitutunda işləyir. Hazırda İnstitutun «Teatr, kino və televiziya» şöbəsinin böyük elmi işçisidir. Sənətşünaslıq üzrə fəlsəfə doktorudur.
Bir monoqrafiyanın, 30-a yaxın elmi məqalənin müəllifi, 10-a yaxın kitabın tərcüməçisi və redaktorudur. 1990-cı ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür.

Qafarova Aidə Eldar qızı

17 iyun 1973-cü ildə Bakıda anadan olub. 2005-ci ildə ADMİU-nun «Kulturologiya» fakültəsini, 2007-ci ildə «Mədəniyyətşünaslıq» üzrə magistraturanı bitirib. 1999-cu ildən Teatr Xadimləri İttifaqında çalışır. 2009-cu ildən İttifaqın üzvüdür. İttifaqın məsul katibidir.

 

Qafarova Zemfira Həsən qızı

22 noyabr 1942-ci ildə Bakıda doğulub. 1966-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının Tarix-Nəzəriyyə fakültəsini bitirib. Sənətşünaslıq namizədi, professordur. Bəstəkarlar İttifaqının üzvüdür. 1998-2005-ci illərdə Türkiyədə çalışıb. 2006-cı ildən Musiqi Akademiyasının Musiqi tarixi kafedrasının professorudur. 2009-cu ildən İttifaqın üzvüdür.

Qarayev Yasin Mikayıl oğlu

22 may 1946-cı ildə Şəmkir rayonunda doğulub. 1973-cü ildə Teatr İnstitutunun Musiqili komediya aktyoru fakütləsini bitirib. 1973-cü ildən Gənc Tamaşaçılar Teatrında çalışır. Xalq artistidir. 1976-cı ildən İttifaqın üzvüdür.

Qasımov Əli Teymur oğlu

26 aprel 1956-cı ildə anadan olub. ADMİU-nun «Aktyorluq» fakültəsini bitirib. Gəncə teatrında aktyor kimi çalışıb. Hazırda teatrın direktorudur. 1982-ci ildən TXİ-nın üzvüdür.

Qasımov Məmmədsəfa Məmmədəli oğlu

Qasımov Tariyel İsgəndər oğlu

04 fevral 1939-cu ildə Ağstafa rayonunda doğulub. 1964-cü ildə Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. Bir müddət Milli Dram Teatrında aktyor işləyib. 1964-cü ildən Gənc Tamaşaçılar Teatrında (fasilələrlə) çalışır. Tamaşalara quruluşlar da verib. Xalq artistidir. 1965-ci ildən İttifaqın üzvüdür.

Qasımov Şəmsəddin Mustafa oğlu

27 iyun 1955-ci ildə Naxçıvan şəhərində doğulub. 1975-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu, 1985-ci ildə ADMİU-nun Mədəni-Maarif fakültəsini bitirib. 2000-ci ildən Bəstəkarlar İttifaqı Naxçıvan bölməsinin sədridir. Əməkdar artistdir. 2009-cu ildən TXİ-nın üzvüdür.

Qazıyeva Nəzakət Əlihüseyn qızı

Qazızadə İlham Mustafa oğlu

1942-ci il dekabrın 2-də Bakı şəhərində anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib.
1965-ci ildən AMEA Memarlıq və İncəsənət İnstitutunda çalışır. Hazırda «Teatr, kino və televiziya» şöbəsinin aparıcı elmi işçisi və Mədəniyyət və İncəsənət Universiteti "Kinoşünaslıq" kafedrasının müəllimidir.
Sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Bir monoqrafiyanın, 30-dan çox elmi məqalənin müəllifi, 10-a yaxın kitabın elmi redaktorudur. 1975-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür.

Qədimov Bağır Mövsum oğlu

Qədimov Rafael Sabir oğlu

29 sentyabr 1969-cü ildə Naxçıvan şəhərində doğulub. 1988-ci ildə Ə.Əzimzadə adına Bakı Dövlət Rəssamlıq Texnikumunu bitirib. 1990-cı ildən Naxçıvan Kukla Teatrında butaforçu-dekorator, 1995-ci ildən quruluşçu rəssam işləyir. TXİ-nın və Rəssamlar İttifaqının üzvüdür.

Qədirova Gülnarə Sovet qızı

14 dekabr 1972-ci ildə anadan olub. 1997-ci ildə Bakı Mədəni Maarif Texnikumunu bitirib. 1997-ci ildən Sumqayıt teatrında işləyir. 2003-cü ildən TXİ-nın üzvüdür.

Qəhrəmanov Abbas Əhməd oğlu

Qəribova Nargilə Dursun qızı

03 mart 1977-ci ildə Krasnodar vilayətində anadan olub. 2001-ci ildə ADMİU-nun Dram və kino fakültəsini bitirib. 1999-cu ildən Pantomim teatrında çalışır. Rejissor kimi də fəaliyyət göstərir. Əməkdar artistdir. 2009-cu ildən İttifaqın üzvüdür.

Qocayev Rövşən Binnət oğlu

Qorçu Tərlan Böyükbala oğlu

1953-cü ildə Bakıda doğulub. 1977-ildə ADMİU-nun Rejissorluq fakültəsini bitirib. 1983-87-ci illərdə Kukla teatrında quruluşçu rejissor və rəssam işləyib. 1987-ci ildə Azərbaycanda yeganə unikal «Buta» Marionet teatrını yaradıb. Azərbaycan Rəssamlar İttifaqının, Fotoqrafçılar Birliyinin və Teatr Xadimləri İttifaqının üzvüdür.

Qrafkin Boris Feodoroviç

Qrinyova Lyubov Yevğenyevna

05 avqust 1976-cı ildə anadan olub. Azərbaycan Teatr Xadimləri İttifaqının prodüser şöbəsində işləyir. 2009-cü ildən İttifaqın üzvüdür.

Quliyev Arif Əli oğlu

Quliyev Elxan Ağabala oğlu

02 noyabr 1952-ci ildə Bakıda doğulub. 1974-cü ildə ADMİU-nun Dram və kino aktyorluğu fakültəsini bitirib. Həmin ildən Milli Dram Teatrında çalışır. Əməkdar artistdir. 1990-cı ildən İttifaqın üzvüdür.

Quliyev Əzizağa Rza oğlu

04 may 1940-cı ildə Bakıda doğulub. 1962-ci ildə Teatr İnstitutunun Dram və kino aktyorluğu fakütəsini bitirib. 1968-ci ildə QİTİS-in aspiranturasını səhnə danışığı ixtisası üzrə bitirib. 1968-ci ildən ADMİU-da səhnə danışığı müəllimi işləyir. 1965-ci ildən TXİ üzvüdür. ADMİU-nun professorudur.

Quliyev Əli Məmiş oğlu

Quliyev Hafiz Məhərrəm oğlu

Quliyev Kamran Məmmədqulu oğlu

09 sentyabr 1958-ci ildə Naxçıvan MR-nın Babək rayonunda doğulub. 1986-cı ildə ADMİU-nun Mədəni-Maarif fakültəsini bitirib. 1979-cu ildən Naxçıvan teatrında aktyor işləyib. Xalq artistidir. 2004-cü ildən Naxçıvan teatrının direktoru və baş rejissorudur. 1990-cı ildən TXİ-nın üzvüdür. «Tərəqqi» medaı alıb.

Quliyev Qabil Əzizulla oğlu

19 aprel 1949-ci ildə anadan olub. 1972-ci ildə ADMİU-nun Dram və kino aktyorluğu fakültəsini bitirib. 1973-cü ildən Lənkəran Dövlət Dram Teatrında aktyor işləyir. Xalq artistidir. 1978-ci ildən TXİ-nın üzvü, 1988-ci ildən TXİ Lənkəran şöbəsinin sədridir.

Quliyev Oqtay Ənvər oğlu

Quliyev Rüfət Rauf oğlu

Quliyev Sərvər Səftar oğlu

15 aprel 1962-ci ildə anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram-kino aktyorluqu fakultəsini bitirib. 1993-cü ildən ittifaqın üzvüdür.

Quliyev Şahlar Həsənağa oğlu

Quliyev Zahid Abdulla oğlu

Quliyeva İntizar Təhməzqulu qızı

09 dekabr 1963-cü ildə Cəbrayıl rayonunda anadan olub. 1989-cu ildən Füzuli teatrında aktrisa işləyir. Ali dərəcəli aktrisadır. 1990-cı ildən İttifaqın üzvüdür.

Quliyeva Qızılgül Polad qızı

20 iyun 1960-cı ildə Lənkəran rayonunda anadan olub. 1981-ci ildən Lənkəran teatrında çalışır. 1987-ci ildə ADMİU-nun Mədəni-Maarif fakültəsini bitirib. 1984-cü ildən TXİ-nın üzvüdür.

Quliyeva Səidə Əbülfəz qızı

05 mart 1957-ci ildə Bakıda doğulub. 1978-ci ildə ADMİU-nun Dram və kino aktyorluğu fakültəsini bitirib. Həmin ildən Milli Dram Teatrında çalışır. Əməkdar artistdir. 1982-ci ildən İttifaqın üzvüdür.

Quliyeva Zahirə Əsgər qızı

Quluzadə Lətifə Nəsir qızı

29 avqust 1946-cı ildə Bakıda doğulub. 1969-cu ildə Teatr İnstitutunun Dekorativ-tətbiqi sənət fakültəsini bitirib. 1976-cı ildən Kukla teatrında çalışır. 2000-ci ildən teatrın baş rəssamıdır. 1977-ci ildən İttifaqın üzvüdür.

Quseva Qalina Feoktitstovna

Qurbanəliyev Ələsgər Novruzəli oğlu

23 mart 1948-ci ildə Bakıda anadan olub. 1971-ci ildə ADMİU-nun Dram və kino aktyorluğu fakültəsini bitirib. Bir müddət Sumqayıt teatrında çalışıb, 1979-cu ildən Gənc Tamaşaçılar Teatrında aktyor işləyir. 1985-ci ildən İttifaqın üzvüdür.

Qurbanlı Əli Xəzair oğlu

Qurbanlı Ramilə Cəfər qızı

13 oktyabr 1970-ci ildə Cəbrayılda anadan olub. Bakı Slavyan Univeristetini bitirib. 1995-2014-cü ildə müxbir və redaktor, 2014-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında Bilik fondunun İnformasiya sektorunda aparıcı məsləhətçi işləyir. 2013-cü ildən ittifaqın üzvüdür.

Qurbanov Eldar Hacıbaba oğlu

20 yanvar 1948-ci ildə anadan olub. Ə.Əzimazadə adına Rəssamlıq məktəbinin Rəngkarlıq, Azərbaycan Pedaqoji İnstitutunun Bədii qrafika fakultələrini bitirib. Musiqili teatrında quruluşçu rəssam işləyib. Azərbaycan Respublikasının Əməkdar rəssamıdır. 2011-ci ildən İttifaqın üzvüdür.

Qurbanov Məzahim Süleyman oğlu

05 noyabr 1950-ci ildə Lənkəran şəhərində anadan olub. 1973-cü ildən Lənkəran teatrında rəssam, sonralar quruluşçu rəssam vəzifələrində çalışır. 1981-ci ildən TXİ-nın üzvüdür.

Qurbanov Mobil Alı oğlu

Qurbanov Oruc İzzət oğlu

24 iyul 1949-cu ildə anadan olub. ADMİU-nu bitirib. Quruluşçu rejissordur. 1981-ci ildən TXİ-nın üzvüdür. İrəvan teatrının baş rejissorudur. Əməkdar incəsənət xadimidir. «Qızıl Dərviş» mükafatı laureatıdır.

Qurbanova Əsmər Srahəddin qızı

30 iyul 1976-cı ildə anadan olub. 1997-ci ildə ADMİU-nun Dram və kino aktyorluğu fakültəsini bitirib. 1996-cı ildən Sumqayıt teatrında işləyir. 2003-cü ildən TXİ-nın üzvüdür.

Qurbanova Günay Fəxrəddin qızı

01 may 1977-ci ildə Naxçıvan şəhərində doğulub. 1998-ci ildən Naxçıvan teatrında aktrisa işləyir. Orta təhsillidir. Naxçıvan MR-nın əməkdar artistidir. 2009-cu ildən TXİ-nın üzvüdür.

Qurbanova Pərvanə Yaqub qızı

02 aprel 1965-ci ildə anadan olub. 1981-ci ildən Gəncə teatrında çalışır. Xalq artisti, «Qızıl Dərviş» mükafatı laureatıdır. 2003-cü ildən TXİ-nın üzvüdür.

 


Lalayev Əliqismət Hümmət oğlu

1956-cı ildə Salyanda  doğulub. 1980-ci ildə ADMİU-nun Rejissorluq fakültəsini bitirib. Naxçıvan teatrında bir sıra əsərlərə orijinal quruluşlar verib. Uzun müddət dövlət qulluğunda çalışıb.Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Musiqili Komediya Teatrının direktorudur. 1989-cu ildən İttifaqın üzvüdür.

Lukinski Boris Dmitroviç


Mahmudov Nazim Davud oğlu

Mahmudova Fatma Yaqub qızı

Manafova Məlahət Məmməd qızı

26 yanvar 1955-ci ildə Bakıda anadan olub. 1981-ci ildə ADMİU-nun Mədəni-Maarif fakültəsini bitirib. 1971-ci ildən Teatr Xadimləri İttifaqında işləyir. 1989-cu ildən İttifaqın üzvüdür. İttifaqın arxivariusudur.

Mehdiyev Ağalar İdris oğlu

16 mart 1950-ci ildə Masallı rayonunda doğulub. 1975-ci ildə ADMİU-nun Dram və kino fakültəsini bitirib. Şəki, Sumqayıt, Ağdam, Dövlət Gənclər teatrlarında quruluşçu rejissor kimi çalışıb. Hazırda Gənc Tamaşaçılar Teatrında quruluşçu rejissor işləyir. Bədii yaradıcılıqla məşğuldur. 1980-ci ildən İttifaqın üzvüdür.

Mehdiyev Müşfiq Mehdi oğlu

Mehdiyev Rasəf Varaşil oğlu

Mehdiyev Zahid Əli oğlu

Mehdiyeva Şahrud Mehdi qızı

1955-ci ildə Lənkəran şəhərində anadan olub. 1973-cü ildən Lənkəran teatrında aktrisa işləyir. 1983-cü ildən TXİ-nın üzvüdür.

Mehdiyeva Yaqut Paşa qızı

Məcidov Məhəmməd İbrahim oğlu

Məcidova Kəmalə Əli qızı

Məhərrəmov Ceyhun Adışirin oğlu

06 noyabr 1973-cü ildə doğulub. 1997-ci ADMİU-nun Mədəni-Maarif işçisi fakültəsini bitirib. 1997-98-ci illərdə Şəki teatrında işləyib. 1999-cu ildən Sumqayıt teatrında çalışır. 2003-cü ildən İttifaqın üzvüdür.

Məhərrəmov Firudin Əliməmməd oğlu

10 may 1959-cu ildə Sumqayıtda anadan olub. 1987-ci ildə ADMİU-nun Dram rejissorluğu fakültəsini bitirib. Sumqayıt teatrının baş rejissorudur. Əməkdar artistdir. «Qızıl Dərviş» mükafatı laureatıdır. «Tərəqqi» medalı alıb. 1990-cı ildən TXİ üzvüdür.

Məhərrəmov Məbud Ələsgər oğlu

Məhərrəmov Nəsib Səttar oğlu

Məhərrəmov Zakir İslam oğlu

Məhərrəmova Tamilla Nikolayevna

1938-ci ildə Bakıda doğulub. 1962-ci ildə BDU-nun Filologiya fakültəsini, 1967-ci ildə Şukin adına Ali Teatr Məktəbinin Dram rejissorluğu fakültəsini bitirmişdir. 1970-88-ci illərdə Dövlət Kukla Teatrında baş rejissor kimi çalışmışdır. 1967-ci ildən İttifaqın üzvüdür.

Məlikov Ramiz Ağarza oğlu

04 avqust 1943-cü ildə Bakıda anadan olub. 1967-ci ildə Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. Həmin ildən Milli Dram Teatrında çalışır. Xalq artisti, Dövlət mükafatı və «Qızıl Dərviş» mükafatı laureatıdır. 1968-ci ildən İttifaqın üzvüdür.

Məlikova Emma Qələndər qızı

Məlikova Yasmina Əkrəm qızı

16 noyabr 1981-ci ildə anadan olub. Bakı Qafqaz Universitetinin Turk dili ədəbiyyatı fakultəsini 2003-də bakalavr, 2005-ci ildə magistr pilləsi üzrə bitirib. AMEA-nın Fəlsəfə institutunda Estetika şöbəsində işləyir. 2010-cu ildən ittifaqın üzvüdür.

Məmmədov Alim Tahir oğlu

25 noyabr 1950-ci ildə Gəncədə anadan olub. ADMİU-nun Mədəni-Maarif fakültəsini bitirib. 1967-ci ildən (fasilə ilə) Gəncə teatrında çalışır. Filmlərə çəkilib. Xalq artistdir. 1974-cü ildən TXİ-nın üzvüdür.

Məmmədov Azad Əşrəf oğlu

Məmmədov Ədalət Məti oğlu

13 iyun 1949-cu ildə Zərdab şəhərində doğulub. 1971-ci ildə ADMİU-nun Dram və kino aktyorluğu fakültəsini bitirib. 1971-ci ildən Gənc Tamaşaçılar Teatrında işləyir. Əməkdar artistdir. 1973-cü ildən İttifaqın üzvüdür.

Məmmədov Ələddin İmamqulu oğlu

01 oktyabr 1950-ci ildə anadan olub. 1966-cı ildən Gəncə teatrında işləyir. 1967-ci ildən TXİ-nın üzvüdür.

Məmmədov Əlivahinbaba Məmməd oğlu

05 aprel 1951-ci ildə anadan olub . BDU-nın Coğrafiya fakultəsini bitirib. Azərbaycan Teatr Xadimləri İttifaqının səhnə işığı üzrə baş mütəxəssisidir. 2013-cü ildən ittifaqın üzvüdür.

Məmmədov Əsəd Teymur oğlu

Məmmədov İbrahim Əhməd oğlu

22 dekabr 1934-cü ildə Culfa rayonunda doğulub. Orta təhsillidir. 1955-ci ildən Naxçıvan teatrında aktyor işləyir. Xalq artistidir. 1960-cı ildən TXİ-nın üzvüdür.

Məmmədov İlham Əhməd oğlu

Məmmədov İlham Nəriman oğlu

Məmmədov Kamil İmaməli oğlu

Məmmədov Məmməd Əvəz oğlu

1984-cü ildə Yevlax rayonunda anadan olub. 2002-ci ildə ADMİU-nun Kütləvi tədbirlər rejissorluğu fakültəsini bitirib. Həmin ildən Şuşa teatrında aktyor işləyir. 2009-cu ildən İttifaqın üzvüdür.

Məmmədov Nadir Novruz oğlu

Məmmədov Nağəddin Ağarza oğlu

Məmmədov Nazim İsa oğlu

Məmmədov Nazim Kamil oğlu

17 iyul 1962-ci ildə anadan olub. ADMİU-nun Mədəni-Maarif fakültəsini bitirib. Gəncə Dövlət Dram Teatrında aktyor işləyir. 1983-cü ildən TXİ-nın üzvüdür.

Məmmədov Qüdrət Hacıbəy oğlu

12 yanvar 1936-cı ildə anadan olub. 1964-cü ildə Xarkov Dövlət Rəssamlıq İnstitutunu bitirib. Gəncə Pedaqoji İnstitutunda, Gəncə Rəssamlıq Məktəbində müəllim, Gəncə şəhərinin baş rəssamı işləyib. 1975-ci ildən Şəki teatrının baş rəssamıdır.1977-ci ildən İttifaqın üzvüdür.

Məmmədov Ramil Şamil oğlu

30 may 1987-ci ildə Bakıda anadan olub. 2009-cu ildə ADMİU-nun Dram, kino və teatr aktyorluğu fakültəsini bitirib. 2010-cu ildə İrəvan Dövlət Azərbaycan Dram Teatrında işləyib, 2013-cü ildən Gənc Tamaşaçılar Teatrının aktyorudur. 2018-ci ildən İttifaqın üzvüdür.

Məmmədov Ramiz Sultan oğlu

Məmmədov Rəzzaq Qüdrət oğlu

Məmmədov Seyidşah Qəmli oğlu

06 aprel 1968-ci ildə Quba rayonunda anadan olub. 1994-cü ildə ADMİU-nun Aktyorluq fakültəsini bitirib. 1991-ci ildən Bakı Kamera teatrında, 2008-ci ildən Gənc Tamaşaçılar teatrında çalışır. Əməkdar artistdir. 2003-cü ildən İttifaqın üzvüdür.

Məmmədov Teymur Bayram oğlu

1960-cı ildə Ağdam rayonunda doğulub. 1982-ci ildə ADMİU-nun Dram və kino aktyorluğu fakültəsini bitirib. 1990-cı ildən Şuşa teatrında aktyor işləyir. 2009-cu ildən İttifaqın üzvüdür.

Məmmədov Valeh Zakir oğlu

Məmmədov Vasif Gülbala oğlu

14 noyabr 1959-cu ildə anadan olub. 1990-cı ildə ADMİU-nun Dram rejissoru fakültəsini bitirib. 1991-ci ildən Sumqayıt teatrında truppa müdiri, aktyor, rejissor, quruluşçu rejissor işləyib. «Tərəqqi» medalı alıb. 2003-cü ildən TXİ üzvüdür.

Məmmədov Vidadi Mansur oğlu

05 dekabr 1960-cı ildə anadan olub. 1986-cı ildə ADMİU-nun Dram və kino aktyoru fakültəsini bitirib. 1986-93-cü illərdə Mingəçevir teatrında işləyib. 1993-cü ildən Sumqayıt teatrında çalışır. 1990-cı ildən TXİ üzvüdür. Əməkdar artistdir.

Məmmədov Tariyel Aydın oğlu

28 fevral 1949-cu ildə anadan olub . Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Sənətsünaslıq doktoru, “Musiqi dünyası”jurnalının baş redaktoru, professordur. 2013-cü ildən ittifaqın üzvüdür.

Məmmədov Yaqub Əli oğlu

Məmmədova Adilə Hilal qızı

Məmmədova Cəmilə Məhərrəm qızı

Məmmədova Qənirə Hilal qızı

Məmmədova Qəmər Məlik qızı

Məmmədov Kamil İmaməli oğlu

03 mart 1957-ci ildə anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram-kino aktyorluqu fakultəsini bitirib. “Azərbaycanfilm” kinostudiyasında işləyir. “Salnamə”də film direktorudur. 1983-cü ildən ittifaqın üzvüdür.

Məmmədova Lalə Sənan qızı

08 iyul 1982-ci ildə andan olub . 2005-ci ildə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakultəsini bitirib. Azərbaycan Teatr Xadimləri İttifaqının Beynəlxalq məsələlər üzrə katibidir. 2013-cü ildən ittifaqın üzvüdür.

Məmmədova Kamilə Aydın qızı

30 avqust 1967-ci ildə anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim işləyir. 2014-cü ildən ittifaqın üzvüdür.

Məmmədova Mayra Əliheydər qızı

Məmmədov Maqsud Davud oğlu

Məmmədova Məryəm Eyvaz qızı

01 iyul 1949-cu ildə Füzuli rayonunda anadan olub. 1989-cu ildən Füzuli Dövlət Dram Teatrında aktrisa işləyir. Ali dərəcəli aktrisadır.1990-cı ildən İttifaqın üzvüdür.

Məmmədova Rəhilə Zahid qızı

1955-ci ildə anadan olub. 1982-ci ildə ADMİU-nu bitirib. 1982-86-cı illərdə Şəki teatrında işləyib. 1986-cı ildən Gəncə teatrında çalışır. «Qızıl Dərviş» mükafatı laureatıdır. 1992-ci ildən İttifaqın üzvüdür.

Məmmədova Rimma Şahbaba qızı

Məmmədova Şəbnəm Həsən qızı

Məmmədova Şəfiqə Haşım qızı

30 mart 1945-ci ildə Dərbənddə doğulub. ADMİU-u bitirib. Xalq artisti, professordur, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatlarına və «Şöhrət» ordeninə layiq görülüb. Milli teatrda və kinoda parlaq obrazlar yaradıb. 1969-cu ildən İttifaqın üzvüdür.

Məmmədova Tamilla Nəzər qızı

Məmmədova Təhminə Əyyub qızı

1973-cü ildə anadan olub. 1997-ci ildə ADMİU-nun Dram və kino aktyorluğu fakültəsini bitirib. Həmin ildən Gənc Tamaşaçılar Teatrında aktrisa işləyir. 2005-ci ildən İttifaqın üzvüdür.

Məmmədova Vüsalə Həsən qızı

04 dekabr 1978-ci ildə Ağdam rayonunda anadan olub. 1999-cu ildə ADMİU-nun Dram rejissoru fakültəsini bitirib. Həmin ildən Gənc Tamaşaçılar Teatrında aktrisa işləyir. 2005-ci ildən İttifaqın üzvüdür.

Məmmədova Xədicə Əliağa qızı

Məmmədova Yasəmən Yəhya qızı

04 fevral 1961-ci ildə anadan olub. 1984-cü ildə ADMİU-nun Dram və kino aktyoru fakültəsini bitirib. Həmin ildən Sumqayıt teatrında, hazırda Gənc Tamaşaçılar Teatrında aktrisa işləyir. 1990-cı ildən TXİ-nın üzvüdür.

Məmmədova Zarema Mikailovna

Məmmədova Zərifə Ələsgər qızı

Məmmədzadə Nəsimi Əyyub oğlu

Məmmədova Samirə Behbud qızı

21 may 1972-ci ildə Bakıda anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakultəsini bitirib. “Milli.az” informasiya portalında jurnalist işləyir. 2015-ci ildən ittifaqın üzvüdür.

Məmmədova Təranə Vahid qızı

13 fevral 1971-ci ildə Laçında anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsini bitirib. Ulduz jurnalında redaktor müavini işləyir. 2013-cü ildən ittifaqin üzvüdür.

Məmmədzadə Səbinə Namiq qızı

04 yanvar 1991-ci ildə anadan olub. Azərbaycan Medeniyyət və İncəsənət Unversitetin bitirib. GTT-da aktrisa işləyir. 2014-cü ildən ittifaqın üzvüdür.

Məmmədrzayev Pərviz Müzəffər oğlu

Məmmədvəliyeva Yeganə Mikayıl qızı

25 avqust 1969-cu ildə anadan olub. 1991-ci ildə ADMİU-nun Mədəni-Maarif fakültəsini bitirib. Həmin ildən Sumqayıt teatrında işləyir. 2003-cü ildən TXİ-nın üzvüdür.

Mikayılova Aliyə Əhməd qızı

Mikayılova Sonaxanım Məmmədağa qızı

Mirabov Akif Əhməd oğlu

Mirişov Mahir Fətulla oğlu

1978-ci ildə Biləsuvar rayonunda anadan olub. 2000-ci ildə ADMİU-nun Musiqili teatr aktyoru fakültəsini bitirib. 2001-ci ildən Şuşa teatrında aktyor işləyir. 2009-cu ildən İttifaqın üzvüdür.

Mirqasım Ayan Oqtay qızı

05 may 1969-cu ildə Bakıda anadan olub. Bakı Xoreoqrafiya Məktəbini və Moskvada Kinematoqrafiya İnstitutunun Aktyorluq fakültəsini bitirib. 1990-cı ildən Rus Dram Teatrının aktrisasıdır. Çox sayda filmlərə çəkilib. Əməkdar artistdir. Beynəlxalq kino müsabiqələri və «Humay» mükafatı laureatıdır. 2000-ci ildən İttifaqın üzvüdür.

Mirzəhəsənov Hüseynsəfa Qivaməddin oğlu

Mirzəyev Akif Mammed oğlu

09 fevral 1949-cu ildə anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram-kino aktyorluqu fakultəsini bitirib. Kürdəmir mədəniyyət evində işləyir. 1981-ci ildən ittifaqın üzvüdür.

Mirzəyev Rafiq İsmayıl oğlu

Mirzəyev Sücəddin Qiyas oğlu

09 iyun 1956-cı ildə Masallıda anadan olub. 1977-ci ildə ADMİU-nun Dram və kino aktyorluğu fakültəsini bitirib. Həmin ildən Lənkəran teatrında aktyor işləyir. Əməkdar artistdir . 1981-ci ildən TXİ-nın üzvüdür.

Mövləvi Tofiq Əbdülsəməd oğlu

21 dekabr 1938-ci ildə Naxçıvan şəhərində anadan olub. Orta təhsillidir. 1954-cü ildən Naxçıvan teatrında aktyor işləyir. Xalq artistidir. 1981-ci ildən TXİ-nın üzvüdür.

Muradxanlı Ələsgər Cəlal oğlu

1964-cü ildə Ağdam rayonunda anadan olub. 1993-cü ildən İncəsənət Universitetinin Mədəni-Maarif fakültəsini bitirib. Həmin ildən Gənc Tamaşaçılar Teatrında işləyir. Aktyor və truppa müdiridir. 1994-cü ildən TXİ üzvüdür.

Muradov Məmməd Ələkbər oğlu (Murat Baykal)

27 sentyabr 1949-cu ildə Zaqatala şəhərində doğulub. Politexnik İnstitutunun İnşaat fakültəsini bitirib. Uzun illər dövət qulluğunda çalışıb. 1966-cı ildən bədii yaradıcılıqla məşğul olur. «Şərəf nişanı», «Xalqlar dostluğu» ordenləri var. 2009-cu ildən İttifaqın üzvüdür.

Muradov Yadigar Məmməd oğlu

18 dekabr 1958-ci ildə Ağdam rayonunda doğulub. ADMİU-nu bitirib. Şuşa Dövlət Musiqili Dram Teatrının direktorudur. Əməkdar artistdir. 1997-ci ildən TXİ-nın üzvüdür.

Musabəyli Mehman Həsən oğlu

10 aprel 1971-ci ildə Şəkidə anadan olub. Şəki Teatrında və Dövlət Gənclər Teatrında işləyib. 1993-cü ildən Bakı Marionet teatrında kuklaçı aktyor kimi çalışıb. Hazırda aparıcı səhnə ustasıdır. Bir sıra pyeslərin müəllifidir. 1993-cü ildən TXİ-nın üzvüdür.

Musayev Məhərrəm Məmmədhəsən oğlu

Musayeva Fəranə Əlimurad qızı

02 oktyabr 1963-cü ildə anadan olub. 1984-cü ildə ADMİU-nun Dram və kino aktyoru fakültəsini bitirib. 1985-ci ildən Sumqayıt teatrında çalışır Əməkdar artistdir. 2003-cü ildən TXİ üzvüdür.

Musayeva Lalə Vilayət qızı

Musayeva Səmayə Məmməd qızı

Musayeva Rəfiqə Hüseyn qızı

Musayeva Şükufə İmran qızı

Mustafayev Mustafa Vaqif oğlu

1978-ci ildə Bakıda anadan olub. 2001-ci ildə ADMİU-nun Rəssamlıq fakültəsini bitirib. 1995-ci ildən Gənc Tamaşaçılar Teatrında rəssam işləyib. Rəssamlar İttifaqının üzvüdür. 2005-ci ildən TXİ-nın üzvüdür.

Mustafayeva Almaz Əhməd qızı

01 oktyabr 1949-cu ildə Bakıda doğulub. «Azərbaycanfilm» kinostudiyası nəzdində Kinoaktyor studiyasını bitirib. 1970-ci ildən Gənc Tamaşaçılar Teatrında çalışır. «Qızıl Dərviş» mükafatı laureatıdır. 1983-cü ildən İttifaqın üzvüdür.

Mustafayeva Laləzar Bəşir qızı

30 sentyabr 1962-ci ildə Balakən rayonunda doğulub. 1990-cı ildə ADMİU-nun Dram və kino aktyorluğu fakültəsini bitirib. Həmin ildən Milli Dram Teatrında çalışır. 1993-cü ildən TXİ üzvüdür. Teatr və kinoda yaddaqalan obrazlar yaradıb. Xalq artistidir.

Mustafayeva Sona Elçin qızı

23 may 1984-cü ildə Bakıda anadan olub. 2008-ci ildə ADMİU-nu bitirib. 2009-cu ildən Gənc Tamaşaçılar Teatrında rejissor assisenti işləyir. 2018-ci ildən İttifaın üzvüdür.

Mühacirova Vəfa Rüstəm qızı

1983-cü ildə Gürcüstanın Dmanisi rayonunda anadan olub. 2006-cı ildə ADMİU-nun Teatrşünaslıq fakültəsini bitirib. Musiqili Komediya Teatrının Mətbuat xidmətində çalışır. 2009-cu ildən İttifaqın üzvüdür.

 

 


Nemətov Azər Paşa Zəfər oğlu

13 avqust 1947-ci ildə Bakıda anadan olub. 1970-ci ildə ADMİU-nun Rejissorluq fakültəsini bitirib. 2004-cü ildən Teatr Xadimləri İttifaqının sədridir. Sovetlər Birliyində və Azərbaycanda çox sayda tamaşalar qurub. Xalq artisti, professordur. «Şöhrət Ordeni», «Qızıl Dərviş», «Humay» mükafatları alıb. 1971-ci ildən TXİ üzvüdür.

Nemətzadə Əflatun Nemət oğlu

Neverov Vladimir Alekseyeviç

Nevmerjitskaya Yevgeniya Stepanovna

Nəbiyev Hikmət Məmməd oğlu

20 oktyabr 1957-ci ildə Şəki şəhərində anadan olub. 1980-ci ildə ADMİU-nun Dram və kino aktyorluğu fakültəsini bitirib. 1975-ci ildən Şəki teatrında çalışır. Hazırda teatrın direktorudur. Əməkdar mədəniyyət işçisidir. 1985-ci ildən İttifaqın üzvüdür.

Nəbiyeva Gülər Nəbi qızı

15 iyul 1970-ci ildə Yevlax rayonunda anadan olub. 1994-cü ildə ADMİU-nun Dram və kino aktyorluğu fakültəsini bitirib. Həmin ildən Bakı Kamera teatrında, 2008-ci ildən Gənc Tamaşaçılar teatrında çalışır. Əməkdar artistdir. 2003-cü ildən İttifaqın üzvüdür.

Nərimanova Zemfira Əli qızı

20 aprel 1959-cu ildə Bakıda doğulub. 1980-ci ildə ADMİU-nun Dram və kino aktyorluğu fakültəsini bitirib. Həmin ildən Milli Dram Teatrında çalışır. Xalq artisti, «Qızıl Dərviş» mükafatı laureatıdır. 1990-cı ildən İttifaqın üzvüdür.

Nəsirov Səttar Uluxan oğlu

01 yanvar 1953- cü ildə anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində işləyir. 1990-cı ildən İttifaqın üzvüdür.

Nəsirova Hicran Fətəli qızı

11 mart 1958-ci ildə Bakıda doğulub. 1979-cu ildə ADMİU-nun Dram və Kino aktyoru fakültəsini bitirib. Azərbaycan Respublikasının əməkdar artistidir. 1986-cı ildən Akademik Milli Dram Teatrında çalışır.1991-ci ildən İttifaqın üzvüdür.

Nəsirova Ulduzə Süleyman qızı

27 aprel 1956-cı ildə anadan olub. 1978-ci ildə ADMİU-nun Dram və kino aktyoru fakültəsini bitirib. 1978-84-cü illərdə Mingəçevir teatrında işləyib. 1984-cü ildən Sumqayıt teatrında çalışır. Əməkdar artistdir. 1990-cı ildən TXİ üzvüdür.

Nəvai Şura Qulam Hüseyn qızı

Novruzov Aqil Muxtar oğlu

Nikuşina Aleksandra Konstantinovna

Novruzov Cahangir Mütəllib oğlu

Novruzov Ramiz Qəvvam oğlu

1955-ci ildə Biləsuvar rayonunda anadan olub. 1978-ci ildə ADMİU-nun Aktyorluq fakültəsini bitirib. Bir müddət Sumqayıt teatrında, 1981-ci ildən Milli Dram Teatrında işləyir. 1981-ci ildən TXİ-nın üzvüdür. Xalq artisti, «Qızıl Dərviş» mükafatı laureatıdır.

Novruzov Sahib Bayram oğlu

Novruzova Elnarə Mehdi qızı

Novruzova Nübar Qulu qızı

01 mart 1958-ci ildə Naxçıvan şəhərində doğulub. 1979-cu ildə ADMİU-nun Dram və kino aktyorluğu fakültəsini bitirib. 1980-ci ildən Gənc Tamaşaçıar Teatrında işləyir. Əməkdar artistdir. 1983-cü ildən İttifaqın üzvüdür.

Novruzəliyev Çingiz Adışirin oğlu

01 aprel 1954-cü ildə Şəkidə anadan olub. Orta təhsillidir. 1980-ci ildən Şəki teatrında işləyir. 1990-cı ildən İttifaqın üzvüdür.

Nuriyeva Sədaqət Məmmədağa qızı

03 avqust 1970-ci ildə anadan olub. 1992-ci ildə ADMİU-nun Dram və kino aktyorluğu fakültəsini bitirib. Həmin ildən Sumqayıt teatrında işləyir. 1996-cı ildən TXİ-nın üzvüdür.

Nurzadə Əli Qayıb oğlu (Əli Nur)

10 yanvar 1948-ci ildə Ağsu rayonunda doğulub. 1972-ci ildə ADMİU-nun Dram və kino aktyorluğu fakültəsini bitirib. Sumqayıt Teatrında aktyor və direktor işləyib. 1986-cı ildən Milli Dram Teatrında çalışır. Əməkdar artistdir. 1979-cu ildən İttifaqın üzvüdür.



Orucov Hidayət Xuduş oğlu

1944-cü ildə anadan olub. Uzun illər İrəvan Dövlət Dram Teatrının direktoru olmuşdur. Teatra həsr olunmuş monoqrafiya və bukletlərin müəllifidir. Dövlət qulluğunda çalışır. 1968-ci ildən İttifaqın üzvüdür.

Orucova Nahidə Mülük qızı

Orucoğlu Vahid

2 sentyabr 1986-cı ildə Bakı şəhərində anadan olub. 2007-ci ildə ADMİU-nun Teatr və kino aktyorluğu fakültəsini bitirib. 2007-ci ildə Gənclər teatrında aktyor işləyib. 2009-cu ildən Gənc Tamaşaçılar Teatrında aktyor vəzifəsində çalışır. 2018-ci ildən İttifaqın üzvüdür.

Osmanov Bəhram Məcid oğlu

01 oktyabr 1962-ci ildə Gəncədə anadan olub. ADMİU-nu bitirib. 1990-cı ildən İttifaqın üzvüdür. 1987-ci ildən Milli Dram Teatrında quruluşçu rejissor işləyir. Ölkənin bir çox teatrlarında quruluşlar verib. Əməkdar incəsənət xadimidir. «Qızıl Dərviş» mükafatı laureatıdır. 1990-cı ildən TXİ-nın üzvüdür.

Osmanova Ayla Bəhram qızı

25 fevral 1991-ci ildə Bakıda anadan olub. 2014-c2 ildə ADMİU-nun Dram rejissorluğu fakültəsini magistr pilləsi üzrə bitirib. 2014-cü ildən Gənc Tamaşaçılar Teatrında rejissor işləyir. 2019-cu ildə İttifaqın təqdimatı ilə Gənclər mükafatına layiq görülüb. 2018-ci ildən İttifaqın üzvüdür.


Paşayev Fərmail Sabir oğlu

Pənahova Amaliya Əliş qızı

1945-ci ildə Gəncədə doğulub. 1966-cı ildə Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. 1964-92-ci illərdə Milli Dram Teatrında çalışıb. 1992-ci ildən yaratdığı Bakı Bələdiyyə teatrının bədii rəhbəri və direktorudur. Xalq artisti, sənətşünaslıq doktoru, professordur. «Şöhrət ordeni» alıb. 1965-ci ildən İttifaqın üzvüdür.

Piriyev İftixar Fərhad oğlu

Povetkina Lidiya Sergeyevna



Ramazanova Yasəmən Allahverdi qızı

25 yanvar 1958-ci ildə Naxçıvan MR-nın Babək rayonunda doğulub. 1981-ci ildə ADMİU-nun Dram və kino aktyorluğu fakültəsini bitirib. Həmin ildən Naxçıvan Dövlət Dram Teatrında aktrisa və rejissor işləyib. 2005-ci ildən Naxçıvan Dövlət Kukla Teatrının bədii rəhbəri və direktorudur. Respublikanın xalq artistidir. 2009-cu ildən İttifaqın üzvüdür.

Reznikova Valentina Musayevna

1959-cu ildə Şimali Osetiya MSSR-da doğulub. 1990-cı ildə Leninqrad Dövlət Teatr Musiqi və Kinematoqrafiya İnstitutunun Teatrşünasıq fakültəsini bitirib. 1991-ci ildən Rus Dram Teatrında ədəbi hissə müdiri işləyir. Əməkdar mədəniyyət işçisidir. 1994-cü ildən Teatr Xadimləri İttifaqının üzvüdür.

Rəcəbli Vidadi Həsən oğlu

19 yanvar 1966-cı ildə Culfa rayonunda anadan olub. 1988-ci ildə Bakı Mədəni-Maarif Texnikumunu bitirib. 1996-cı ildən Naxçıvan teatrında aktyor işləyir. Əməkdar artistdir. 2009-cu ildən TXİ-nın üzvüdür.

Rəfiyev Elman Məmmədrza oğlu

Rəhimli İlham Əziz oğlu

08 sentyabr 1949-cu ildə Yevlaxda doğulub. 1972-ci ildə ADMİU-nun Teatrşünaslıq fakültəsini bitirib. Sənətşünaslıq doktoru, professor, əməkdar incəsənət xadimidir. «Qızıl qələm», «Qızıl Dərviş», «Humay» mükafatları laureatıdır, «Teatr Xadim» qızıl medalı alıb. Azərbaycan teatrına həsr olunmuş çox sayda kitab və məqalələrin müəllifidir. 1976-cı ildən TXİ-nın üzvüdür.

Rəhmanov Rəhman Tofiq oğlu

29 aprel 1957-ci ildə Bakıda doğulub. 1974-cü ildən Kukla teatrının aktyorudur. 1983-cü ildə ADMİU-nun Aktyorluq fakültəsini bitirib. «Qızıl Dərviş» mükafatı laureatıdır. 1978-ci ildən İttifaqın üzvüdür.

Rəhimli Rafiq Cəfər oğlu

Rəhimov Vaqif Çərkəz oğlu

30 avqust 1959-cu ildə Füzuli rayonunda anadan olub. 1990-cı ildən Füzuli teatrında aktyor işləyir. Hazırda teatrın quruluşçu rejissorudur. 1990-cı ildən İttifaqın üzvüdür.

Rəhmanzadə Fazil Şamil oğlu

1942-ci ildə Bakıda doğulub. Uzun illər mətbuat orqanlarında rəhbər vəzifələrdə çalışıb. Çox sayda məqalələrin, 25-dən çox kitabın müəllifidir. «Qızıl qələm», «Dan ulduzu», «H.Zərdabi», «Humay» mükafatları laureatıdır. Əməkdar mədəniyyət işçisidir. 1970-ci ildən TXİ-nın üzvüdür.

Rəsulov İlqar Tofiq oğlu

Rəsulov Tərlan Aqşin oğlu

27 avqust 1968-ci ildə Bakıda anadan olub. 2000-ci ADMİU-nun Teatr və kino fakültəsini Rejissorluq ixtisası ilə bitirib. 1996-cı ildən «Yuğ» teatrında çalışır. Hazırda teatrın direktorudur. 2005-ci ildən İttifaqın üzvüdür.

Rəsulzadə Natiq Rəsul oğlu

Rüstəmov Elşən Mərdan oğlu

22 yanvar 1971-ci ildə Masallıda doğulub. 1995-ci ildə ADMİU-nun Dram və kino aktyoru fakültəsini bitirib. 1993-cü ildən Gənc Tamaşaçılar Teatrında çalışır. Teatr və kinoda çox sayda yaddaqalan obrazlar yaradıb. 1997-ci ildən TXİ-nın üzvüdür.

Rüstəmov Dağlar Dahad oğlu

22 sentyabr 1958-ci ildə anadan olub. ADMİU-nun Mədəni-Maarif fakultəsini bitirib. Sumqayıt Teatrında aktyor işləyir. 2003-cü ildən ittifaqın üzvüdür.

Rüstəmov Nazir Mürsəl oğlu

12 aprel 1956-cı ildə anadan olub.1982-ci ildə ADMİU-nu bitirib.Azərbaycanın bir sıra teatrlarında, həmçinin Dərbənd və Donetsk teatrlarında aktyor və rejissor kimi çalışıb. 2003-cü ildən Şuşa teatrında işləyir. 2007-ci ildən teatrın baş rejissorudur.1981-ci ildən TXİ-nın üzvüdür.

Rüstəmov Novruz Oruc oğlu

Rüstəmov Rüstəm Qərib oğlu

Rza Toğrul Musa oğlu

28 oktyabr 1981-ci ildə Sumqayıtda anadan olub. ADMİU-nun Dram və kino aktyorluğu fakültəsini bitirib. Bakı Kamera teatrında çalışıb. Hazırda Bakı Bələdiyyə teatrında çalışır. 2003-cü ildən İttifaqın üzvüdür.


Sadıqov Rafiq Kərim oğlu

Sadıqova Saminə Hidayət qızı

13 fevral 1958- ci ildə anadan olub. “Çaşıoğlu” nəşriyyatında yazıçı-jurnalist işləyir. 2013-cü ildən İttifaqın üzvüdür

Sadıqova Səmayə Seyfulla qızı

Safina Zeynəb Dayanşayevna

Salahov Əbülfət Yusif oğlu

12 may 1962-ci ildə anadan olub. Orta təhsillidir. 1977-ci ildən Şəki teatrında aktyor işləyir. 2001-ci ildə «Qızıl Dərviş» mükafatı alıb. 1990-cı ildən İttifaqın üzvüdür.

Salahov Əhməd Məmməd oğlu

22 fevral 1964-cü ildə Bakıda anadan olub. 1988-ci ildə ADMİU-nun Dram və kino aktyorluğu fakültəsini bitirib. Gənc Tamaşaçılar Teatrında çalışıb. 1992-ci ildən Bakı Bələdiyyə teatrında işləyir. 1999-cu ildən TXİ-nın üzvüdür. Əməkdar artistdir.

Salamov İqrar Zakir oğlu

Salamov Oqtay Eyyub oğlu

Salamova Gülcahan Əhməd qızı

Salehzadə Saleh Tağı oğlu

26 avqust 1953-cü ildə Bakıda anadan olub. 1974-cü ildə Leninqradda Xususi hərbi muxbirlər məktəbini, 1989-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univeristetinin Teatrşünaslıq fakultəsini bitirib. Jurnalist-teatrşünas “Sportsman” jurnalında direktor işləyir. 2013-cü ildən İttifaqın üzvüdür.

Salmanlı Ağaxan Əli oğlu

29 oktyabr 1941-ci ildə Bakıda doğulub. 1964-cü ildə Teatr İnstitutunun Aktyorluq fakültəsini bitirib. Həmin ildən Gənc Tamaşaçılar Teatrında işləyir. 1965-ci ildən TXİ üzvüdür. Xalq artisti, «Qızıl Dərviş» mükafatı laureatıdır.

Salmanov Fəxrəddin Kərim oğlu

Salmanov Səxavət Məmməd oğlu

28 iyul 1944-cü ildə doğulub. 1973-cü ildə ADMİU-nun Teatrşünaslıq fakültəsini bitirib. 1990-cı ildən Sumqayıt teatrında ədəbi işlər üzrə rəhbər vəzifəsində çalışır. 1994-cü ildən TXİ-nın üzvüdür. Əməkdar mədəniyyət işçisidir.

Seyfullayev Anar Ağakişi oğlu

9 fevral 1984-cü ildə Biləsuvar rayonunda anadan olub. 2009-cu ildə ADMİU-nun Aktyorluq fakültəsini bitirib. 2007-ci ildən Gənc Tamaşaçılar Teatrında aktyor işləyir. 2018-ci ildən İttifaqın üzvüdür.

Seyidməmmədova Gülnarə Lütfəli qızı

Seyidrzayev Həsən Arif oğlu

Seyidzadə Rafiq Mirzəhüseyn oğlu

Sədiyev Sücəddin Sənan oğlu

Səfərov Akif Əli oğlu

04 avqust 1955-ci ildə anadan olub. 1970-ci ildən Gəncə Dram Teatrında çalışır. 1990-cı ildən TXİ-nın üzvüdür.

Səfərov Atabala Osman oğlu

Səfərov Firudin Səttaroviç

01 avqust 1933-cü ildə anadan olub. 1956-cı ildə Azərbaycan Dövlət Konservatoriyasını,1968-ci ildə Sankt-Peterburq Dövlət Konservatoriyasını opera rejissoru ixtisası üzrə bitirib. 1969-77-ci illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrında baş rejissor işləyib. 1977-ci ildən Özbəkistan Böyük teatrının baş rejissorudur. Azərbaycan və Özbəkistanın xalq artisti, professordur. 1994-cü ildən İttifaqın üzvüdür.

Səfərov Əli Ələsgər oğlu

01 iyul 1954-cü ildə Naxçıvan şəhərində doğulub. 1978-ci ildə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Texnikumunu bitirib. 1978-83-cü illərdə müxtəlif təşkilatlarda tərtibatçı rəssam işləyib. 1983-cü ildən Naxçıvan teatrında quruluşçu rəssam işləyib. 1990-cı ildən Naxçıvan Kukla Teatrının baş rəssamıdır. 1995-ci ildən İttifaqın üzvüdür.

Səfərov Şaiq Cabir oğlu

Səfərova Afaq Bəşir qızı

15 avqust 1955-ci ildə Bakı şəhərində doğulub. ADMİU-nu bitirib. Lənkəran, Sümqayıt, Dövlət Gənclər teatrlarında işləyib. Hazırda Musiqili Komediya Teatrında çalışır. Xalq artisti, «Qızıl Dərviş» və «Humay» mükafatları laureatıdır. 1983-cü ildən İttifaqın üzvüdür.

Səfiyev Vidadi Bahadur oğlu

Səlimli Mirbala Seyidəsgər oğlu

1963-cü ildə Salyan rayonunda anadan olub. 1985-ci ildə ADMİU-nun Dram və kino aktyorluğu fakültəsini, 1995-ci ildə Şukin adına Moskva Ali Teatr Məktəbinin Teatr rejissorluğu şöbəsini, 2001-ci ildə Moskva Ali ssenaristlər və rejissorlar məktəbini bitirib. 1985-ci ildən Şəki teatrında aktyor, quruluşçu rejissor və baş rejissor işləyir. «Qızıl Dərviş» mükafatı alıb.1990-cı ildən İttifaqın üzvüdür.

Səlimova Cənnət Əlibəyovna

Səmədov Xudaverdi Balamirzə oğlu

Səmədov Rəvan Tohid oğlu

13 dekabr 1983-cü ildə anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsini bitirib. “Məhkəmə və cəmiyyət” qəzetində redaktor işləyir. 2008-ci ildən İttifaqın üzvüdür.

Səmədova Nabat Məhərrəm qızı

Səmədova Sovqat Səfər qızı

Səmədzadə Vaqif Savalan oğlu

Sibileva Zinaida İvanovna

Soltanov Əfqan Soltan oğlu

14 yanvar 1955-ci ildə Mingəçevirdə doğulub. 1979-cu ildə ADMİU-nun Dram və kino aktyorluğu fakültəsini bitirib. Həmin ildən Mingəçevir teatrında çalışıb. 1993-cü ildən Bakı Bələdiyyə teatrında işləyir. Əməkdar artistdir. 1989-cu ildən TXİ-nın üzvüdür.

Sultanov Nahid Natiq oğlu

09 fevral 1981-ci ildə Sabirabad şəhərində anadan olub. 2001-ci ildə ADMİU-nu bitirib. 1999-cu ildən Gənc Tamaşaçılar Teatrında çalışır. 2005-ci ildən İttifaqın üzvüdür.

Süleymanov Məzahir Həbulla oğlu

29 yanvar 1944-cü ildə anadan olub. 1972-ci ildə ADMİU-nun Dram və kino aktyoru fakültəsini bitirib. Həmin ildən Sumqayıt teatrında işləyir. 1983-cü ildən TXİ üzvüdür. Xalq artistidir.

Sultanov Aslan İmamverdi oğlu

Sultanov Fikrət Əbdülhəmid oğlu

Sultanov Tahir Yavuz oğlu

Sultanova Səmayə Əlibala qızı

Suxorukova-Əliyeva Tatyana Fyodrovna

24 iyul 1972-ci ildə anadan olub. Bakı Xoreoqrafiya məktəbini bitirib. Opera və Balet teatrının solisti işləyib. 1997-ci ildən ittifaqın üzvüdür.

Süleymanova Aygün Telman qızı


Şabanov Azər Əbdül Salam oğlu

Şabanova Elmira Bala Hüseyn qızı

Şabanova Sima Aliko qızı

1977-ci ildə Şəki şəhərində doğulub. 1994-2009-cu illərdə Şəki teatrında aktrisa işləyib. 2009-cu ildən Şuşa teatrında işləyir. 2009-cu ildən İttifaqın üzvüdür.

Şahsuvarov Rauf Arif oğlu

Şarovski Aleksandr Yakovleviç

Şarovskaya Nataliya Yuriyevna

Şetinkina Yelena Borisovna

Şeyxov Elxan Cəfər oğlu

11 mart 1951-ci ildə Naxçıvan şəhərində anadan olub. Orta təhsillidir. 1974-cü ildən Naxçıvan teatrında aktyor işləyir. 1981-ci ildən TXİ-nın üzvüdür.

Şərifov Vaqif Abdulla oğlu

12 avqust 1943-cü ildə anadan olub. ADMİU-nun Rejissorluq fakültəsini bitirib. Gəncə Dövlət Dram Teatrında quruluşçu rejissor işləyir. Bir müddət teatrın baş rejissoru olub. Əməkdar incəsənət xadimidir. «Qızıl Dərviş» mükafatı laureatıdır. 1968-ci ildən TXİ-nın üzvüdür.

Şərifova Xalidə Xəlil qızı

Şərifova Güşvər Fətulla qızı

Şərifova Leyli Fətulla qızı

17 iyul 1969-cu ildə Zəngilanda anadan olub. 1994-cü ildə ADMİU-nun Aktyorluq fakültəsini bitirib. 1991-ci ildən Bakı Kamera teatrında, 2008-ci ildən Gənc Tamaşaçılar teatrında işləyir. Əməkdar artistdir. 2003-cü ildən İttifaqın üzvüdür.

Şıxəliyev Elşən Telman oğlu

28 avqust 1974-cü ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə ADMİU-nu bitirib. 1998-ci ildən Gənc Tamaşaçılar Teatrında aktyor işləyir. 2005-ci ildən İttifaqın üzvüdür.

Şirəliyev Elşən Şıxəli oğlu

Şirəliyeva Tamilla Xudadatovna

Şirinov Asif Əhməd oğlu

12 mart 1919-cu ildə Füzuli rayonunda anadan olub. 1989-cu ildə Füzuli teatrında truppa müdiri və aktyor işləyir. 2005-ci ildə ADMİU-nun Musiqili komediya aktyoru fakültəsini bitirib. Teatrın baş rejissorudur. 1990-cı ildən İttifaqın üzvüdür.

Şirinova Raziyə Məmməd qızı

Şirməmmədov Namis Xanmirzə oğlu

03 aprel 1962-ci ildə anadan olub. 1983-cü ildə ADMİU-nun Dram və kino aktyoru fakültəsini bitirib. 1983-89-cu ildə Sumqayıt Teatrında, 1989-97-ci illərdə Milli Dram Teatrında, 2003-cü ildən Sumqayıt Teatrında aktyor işləyir. Əməkdar artistdir. 1994-cü ildən İttifaqın üzvüdür.

Şükürov Azad Hətəm oğlu


Tağızadə Ələkbər Cavad oğlu

30 mart 1960-cı ildə anadan olub. “Prosent” Prodüser Mərkəzinin baş direktorudur. 2009-cu ildən İttifaqın üzvüdür.

Tağızadə İranə Tofikovna

Talıbzadə Aydın Ağayunus oğlu

05 oktyabr 1958-ci ildə Bakıda doğulub. 1981-ci ildə ADMİU-nun Teatrşünasıq fakültəsini bitirib. Teatr, etnoqrafiya, kulturologiya problemlərinə həsr olunmuş 300-dən artıq məqalənin və bir sıra monoqrafiyaların müəllifidir. ADMİU-nun dosentidir. 1984-cü ildən İttifaqın üzvüdür.

Talıbov Tahir Heydər oğlu

Teymurova Sevda Namaz qızı

1952-ci ildə Bakıda anadan olub. 1975-ci ildə ADMİU-nun Rejissorluq fakültəsini bitirib. Həmin ildən ADMİU-da çalışır. Rejissorluq kafedrasının müdiridir. 2008-ci ildən İttifaqın üzvüdür.

Təhmazi Mətləb Barat oğlu

Tosova İlqarə Darçın qızı

1966-cı ildə Balakən rayonunda doğulub. 1992-ci ildə ADMİU-nun Dram və kino aktyoru fakültəsini bitirib. Dövlət Gənclər Teatrında çalışıb. Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. 1997-ci ildən İttifaqın üzvüdür.

Содержимое 27

Vəliyev Elmar Balaca oğlu

Vəliyev Ədalət Məqsəd oğlu

03 mart 1959-cu ildə Bakıda anadan olub. ADU-nun Filologiya fakültəsini bitirib. 1993-cü ildən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirinin müavinidir. Sənətşünaslıq namizədi, Əməkdar incəsənət xadimi, «Qızıl Dərviş» və «Humay» mükafatları laureatıdır. 1989-cu ildən İttifaqın üzvüdür.

Vəliyev Ənvər Əliulla oğlu

Vəliyev Nofəl Abdulməcid oğlu

20 yanvar 1973-cü ildə Göyçayda anadan olub. 1994-cü ildə ADMİU-nun Aktyorluq fakültəsini bitirib. 1991-ci ildəq Bakı Kamera teatrında, 2008-ci ildən Gənc Tamaşaçılar teatrında aktyor işləyir. Əməkdar artistdir. 2003-cü ildən İttifaqın üzvüdür.

Vəliyev Ramiz Hidayət oğlu

05 fevral 1955-ci ildə Gəncədə doğulub. 1985-ci ildə ADMİU-nun Dram və kino aktyorluğu fakültəsini bitirib. Həmin ildən Gəncə teatrında aktyor işləyir. Əməkdar artistdir. 1985-ci ildən TXİ-nın üzvüdür.

Vəliyev Seymur Namazəli oğlu (Seymur Elsevər)

1970-ci ildə Bərdədə doğulub. 1998-ci ildə ADMİU-nun Teatrşünaslıq fakütəsini bitirib. 1990-cı ildən incəsənətin müxtəlif növlərinə həsr olunmuş yazılarla dövri mətbuatda çıxış edir. 1990-cı ildən İttifaqın üzvüdür.

Vəliyev Vaqif Zülfü oğlu

Vəliyeva Tamara Əlibala qızı

03 mart 1956-cı ildə Beyləqan rayonunda anadan olub. 1974-cü ildə BDU-nun Filologiya fakültəsini bitirib. Nəsr və dramaturgiya sahəsində çalışır. Pyesləri ölkəmizin teatrlarında tamaşaya qoyulur. 2005-ci ildən TXİ üzvüür. «Qızıl Dərviş» mükafatı laureatıdır.


Yagizarov Hacı Murad Hacı Əhməd oğlu

Yaqubov Həsən İbrahim oğlu

03 mart 1960-cı ildə Bakıda anadan olub. Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun operator kurslarını bitirib. «Azərbaycanfilm» kinostudiyasında II operator kimi çalışıb. 1989-cu ildən «BUTA» Marionet teatrında aparıcı səhnə ustası işləyir. 1997-ci ildən TXİ-nın üzvüdür.

Yaqubov Şıxı Şirin oğlu

Yaqubova Afət Vaqif qızı

Yaqubova Ella İsmayıl qızı

Yəhyayev Elgün Hafiz oğlu

3 yanvar 1987-ci ildə Bakıda anadan olub. 2008-ci ildə ADMİU-nun Dram, kino və teatr aktyorluğu fakültəsini bitirib. Həmin ildən Gənc tamaşaçılar Teatrında aktyor işləyir. 2016-cı ildə Gənc Tamaşaçılar Teatrı və ASSİTEJ-in Azərbaycan Milli Mərkəzinin təsis etdiyi «SİMA» mükafatına layiq görülüb. 2018-ci ildən İttifaqın üzvüdür.

Yusifov Akif Əli oğlu

08 iyul 1948-ci ildə anadan olub. 1976-cı ildə ADMİU-nun Dram və kino aktyorluğu fakültəsini bitirib. Həmin ildən Şəki teatrında aktyor işləyir. «Qızıl Dərviş» mükafatı laureatıdır. 1981-ci ildən İttifaqın üzvüdür.

Yusifov Möhtasim Seyidəzim oğlu

11 sentyabr 1950-ci ildə anadan olub. Sumqayıtda Xalq Mədəniyyət Universitetini bitirb. 1995-ci ildən Sumqayıt teatrında işləyir. 2003-cü ildən TXİ-nın üzvüdür.

Yusifova Faqimə Niyaz qızı

Yusupova Şükufə Mühəddin qızı

30 may 1954-cü ildə Bakıda anadan olub. 1975-ci ildə ADMİU-nun Dram və kino aktyorluğu fakültəsini bitirib. 1976-cı ildən Milli Dram Teatrında çalışır. Xalq artistidir. 1978-ci ildən İttifaqın üzvüdür.

Yuşvayev Simax Şeyda oğlu


Zeynalaşvili İsako Nikolayeviç

Zeynalov Adil Ağakərim oğlu

20 fevral 1960-cı ildə Lənkəran şəhərində anadan olub. 1977-ci ildən Lənkəran teatrında çalışır. 1983-cü ildən ADMİU-nun Musiqili komediya aktyorluğu fakültəsini bitirib. Əməkdar artistdir. 1985-ci ildən İttifaqın üzvüdür.

Zeynalov Əjdər Mehdi oğlu

Zeynalov Ramil Vaqif oğlu

1982-ci ildə Bərdə rayonunda doğulub. 2004-cü ildə ADMİU-nun Dram və kino aktyorluğu fakültəsini bitirib. 2004-2005-ci illərdə Gənc Tamaşaçılar Teatrında, 2005-ci ildən Şuşa teatrında işləyir. 2009-cu ildən İttifaqın üzvüdür.

Zeynalov Saləddin Rəsul oğlu

10 oktyabr 1951-ci ildə anadan olub. 1975-81-ci illərdə Musiqili Komediya Teatrının balet truppasında çalışıb. 1982-ci ildən Gəncə Dram Teatrında çalışır. 1986-cı ildən TXİ-nın üzvüdür.

Zeynalov Saləddin Rəsul oğlu

Zeynalov Yaqub Oqtay oğlu

Zeynalova Püstəxanım Maarif qızı

1971-ci ildə Bakıda doğulub. 1993-cü ildə ADMİU-nun Dram və kino aktyorluğu fakültəsini bitirib. 1995-ci ildən Gənc Tamaşaçılar Teatrında çalışıb (fasilələrlə). Hazırda Şuşa teatrında işləyir. 2009-cu ildən İttifaqın üzvüdür.