TƏDBİR VƏ LAYIHƏLƏR / Müxtəlif tədbirlər

 

 

Görkəmli rejissor Aleksandr Aleksandroviç Tuqanovun 145 illiyinə həsr olunmuş «Azərbaycan teatr mədəniyyəti kontekstində Aleksandr Tuqanovun irsi» mövzusunda elmi-nəzəri konfrans.

 

Photo >>>       Video >>>

 

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 16 may 2016-cı il tarixdə görkəmli rejissor Aleksandr Aleksandroviç Tuqanovun 145 illiyinə həsr olunmuş «Azərbaycan teatr mədəniyyəti kontekstində Aleksandr Tuqanovun irsi» mövzusunda elmi-nəzəri konfrans keçirmişdir.

Görkəmli alimlərin, incəsənət adamlarının və media nümayəndələrinin iştirakı ilə keçirilən konfransda əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru Məryəm Əlizadə «Aleksandr Tuqanov yaradıcılığında Cəfər Cabbarlı fenomeni», əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Aydın Talıbzadə «Azərbaycan rejissura tarixinin Aleksandr Tuqanov bölümü», sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Rafiq Sadıxov «Azərbaycan teatrşünaslığında Aleksandr Tuqanov yaradıcılığının tədqiqi» mövzularında məruzələr etmiş, Azərbaycan Respublikasının xalq artistləri Hacı İsmayılov, Ağakişi Kazımov və Rafiq Əzimov sənətkarın həyat və yaradıcılıq yolundan bəhs etmiş, Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdən danışmışlar.

Tədbirdə Aleksandr Tuqanovun yaradılıq yoluna həsr olunmuş görüntülər nümayiş etdirilmişdir.