Tədbirlər 2015

 

2015-Cİ İL AZƏRBAYCAN TEATR XADİMLƏRİ İTTIFAQININ KEÇİRDİYİ TƏDBİRLƏR



27 fevral 2015

Azərbaycanın görkəmli rejissorları Mehdi Məmmədov və Zəfər Nemətovun «Rejissor işi» haqqında» kitabının (ikinci redaksiyada) təqdimat mərasimi.

2 mart 2015

Elçin Hüseynbəyli «Qaçaq qocalar» tamaşası.

10 mart 2015

10 Mart Milli Teatr Günü münasibəti ilə tədbir.

26 yanvar 2015

"Bizim teatr - 2" festivalı.

23 fevral 2015

«Mənim xatirələrim, mənim müasirlərim» tamaşası.

17 mart 2015 -

Əməkdar rəssamı, sənətşünas alim Elçin Aslanovla görüş.

30 aprel 2015

Görkəmli balet ustası, SSRİ Xalq artisti Qəmər Almaszadənin 100 illiyinə həsr olunmuş «ÖMRÜN SƏHİFƏLƏRİ» kitabının təqdimat mərasimi.

4 iyun 2015

Türkiyənin Dənizli şəhərində keçirilən Beynəlxalq Teatr Festivalında iştirak etmiş Teatr Xadimləri İttifaqının «Rejissor» laboratoriyasında hazırlanmış Elçin Hüseynbəylinin «Qaçaq qocalar» tamaşasının yaradıcı heyətinin media nümayəndələri ilə görüşü.

5 oktyabr 2015

Respublikanın əməkdar artisti Məcnun Hacıbəyovun 80 illiyinə həsr olunmuş yubiley tədbiri.

19 oktyabr 2015

Milli kukla sənətinin istedadlı nümayəndəsi Ruslan Həsənlinin 70 illiyinə həsr olunmuş anım günü.

4 noyabr 2015

Xalq artisti Məmmədrza Şeyxzamanovun 100 illik yubileyinə həsr olunmuş xatirə gecəsi.

23 noyabr 2015

Azərbaycan Respublikasının Xalq artisti, professor Ağakişi Kazımovun 80 illik yubileyi.

25 noyabr 2015

Xalq artisti Səyavuş Aslanın 80 illik yubileyinə həsr olunmuş tədbir.

21 dekabr 2015

Realist aktyor məktəbinin banisi Cahangir Zeynalovun 150 illiyinə həsr olunmuş «Teatr sənətinin Cahangiri tədqiqat müstəvisində» mövzusunda elmi-praktik konfrans