Tədbirlər 2004-2009

 

2004-2009-CU ILLƏRDƏ AZƏRBAYCAN TEATR XADİMLƏRİ İTTIFAQININ KEÇİRDİYİ TƏDBİRLƏR



1 iyun 2004

Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə Xeyriyyə tədbiri. A.M.Şərifzadə adına Aktyor evində «Günay» teatr studiyasının «Mikki-maus» şou-müziklinə baxış.

9 sentyabr 2004

Eston Respublikasının Vilyandi şəhərinin «Uqala» Dram teatrının yaradıcı heyəti ilə görüş.

25 oktyabr 2004

xalq artisti Barat Şəkinskayanın 90 illiyinə həsr olunmuş anma günü.

29 oktyabr 2004

xalq şairi, dramaturq, Dövlət mükafatı laureatı Nəbi Xəzri ilə görüş.

20 dekabr 2004

əməkdar artist Şəfiqə Qasımovanın 80 illiynə həsr olunmuş görüş.

12 yanvar 2005 -

məkdar artist Səməndər Rzayevin 60 illiyinə həsr olunmuş anma günü.

27 yanvar 2005

SSRİ xalq artisti, Dövlət mükafatı laureatı Mehdi Məmmədovun qəbrüstü abidəsinin açılışı.

10 mart 2005

Azərbaycan Rəssamlarının «Səhnə üfüqləri» adlı Birinci Biyennal sərgisinin açılışı.

10 mart 2005

Azərbaycan Teatr günü. «Qızıl Dərviş» mükafatlarının, «Teatr Xadimi» medalının təqdimat mərasimi.

21-28 mart 2005

Rusiyada keçirilən «Bumborambiya-6» Beynəlxalq festivalında Azərbaycan Teatr Xadimləri İttifaqının xətti ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının rus bölməsinin İ.Əfəndiyevin «Məhv olmuş gündəliklər» tamaşası ilə iştirakı.

23 may 2005

sənətşünaslıq doktoru, professor Mahmud Allahverdiyevin anma günü.

11 iyun 2005

Gənclər, İdman və Turizm Nazirliyi ilə birgə yaradıcı gənclərin problemlərinə həsr olunmuş dəyirmi masa.

14 sentyabr 2005

SSRİ xalq artisti, Dövlət mükafatı laureatı Adil İsgəndərovun 95 illiyinə həsr olunmuş anma günü.

10 oktyabr 2005

əməkdar artist Vəfa Fətullayevanı anma günü.

14-21 dekabr 2005

«Boş məkanın dolğunluğu» teatr festivalı.

14-21 dekabr 2005

«Boş məkanın dolğunluğu» teatr festivalında göstərilən tamaşaların müzakirəsi.

16 yanvar 2006-cı il

xalq artisti Ağakişi Kazımovun 70 illiyinə həsr olunmuş görüş.

10 mart 2006-cı il

Azərbaycan Teatr günü. «Qızıl Dərviş» mükafatlarının təqdimetmə mərasimi.

1-12 mart 2006-cı il

Bakı Kamera Teatrının 15 yaşı – «15 ən yaxşı tamaşa» adlı baxış.

13 mart 2006-cı il

Bakı Kamera Teatrının tamaşalarının yekun müzakirəsi.

29 may 2006-cı il

əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Elçin Məmmədovun 60 illiyinə həsr olunmuş xatirə günü.

29 sentyabr 2006

rəssam Lətifə Quluzadənin 60 illiyinə həsr olunmuş görüş.

03 oktyabr 2006

Xalq yazıçısı İlyas Əfəndiyevi anma günü.

3 fevral 2007-ci il

Yaradıcı Gənclər Mərkəzi Laboratoriyasının hazırladığı Q.Səidin «Əli və Nino» əsərinin ilk tamaşası.

10 mart 2007

Gənc rejissorların «Yeni teatr» festivalının açılışı. Azərbaycan Teatr Günü. «Qızıl Dərviş» mükafatlarının və «Teatr Xadimi» qızıl medallarının təqdimatı.

11-17 mart 2007

«Yeni teatr» festivalı tamaşalarının nümayişi və müzakirələri.

17 mart 2007

«Yeni teatr» festivalının bağlanışı.

3 iyun 2007

«Çiçəyim» Uşaq teatrının «Qoğal» tamaşası (Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə).

28 iyun 2007

Dağıstan Dövlət Azərbaycan Dram Teatrının yaradıcı kollektivi ilə görüş.

18 sentyabr 2007

Milli Musiqi Günü münasibətilə «Günay» uşaq studiyasının «Arşın mal alan» tamaşasının nümayişi.

20 sentyabr 2007

«Arşın mal alan» tamaşasının müzakirəsi və iştirakçılara TXİ diplomlarının təqdimatı.

13-15 oktyabr 2007

Beynəlxalq Teatr Xadimləri İttifaqları Konfederasiyasının nümayəndə heyəti ilə Teatr Xadimləri İttifaqında görüşlər.

24 oktyabr 2007

xalq rəssamı Nazim Bəykişiyevin fərdi yaradıcılıq sərgisi.

30 oktyabr 2007

İrəvan Dövlət Dram Teatrının 125 illik yubileyi ilə əlaqədar teatrın aparıcı aktyorlarına «Teatr Xadimi» qızıl medalı və fəxri fərmanların təqdimatı.

19 dekabr 2007

«Günay» Uşaq studiyasının «Şelkunçik» tamaşasının nümayişi.

25 dekabr 2007

xalq artisti Ağababa Bünyadzadənin anma günü.

28 yanvar 2008

N.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının hazırladığı Sofoklun «Şah Edip» tamaşası.

21 may 2008

SSRİ xalq artisti Mehdi Məmmədovun 90 illiyinə həsr olunmuş anım cünü.

2 iyun 2008

Rusiya Federasiyasının xalq artisti, rejissor Aleksey Borodinlə yaradıcılıq görüşü.

1 oktyabr 2008

Azərbaycan Teatr Xadimləri İttifaqının «ZƏFƏR» teatr studiyasının ilk tamaşası – U.Şekspir «Afinalı Timon».

6 oktyabr 2008

SSRİ xalq artisti Firəngiz Əhmədovanın 80 illiyinə həsr olunmuş görüş.

19 dekabr 2008

Görkəmli pedaqoq, əməkdar artist Müxlis Cənizadənin 80 illiyi münasibətilə anım günü.

10 mart 2009

teatr plakatları sərgisinin açılışı.

10 mart 2009

Azərbaycan Teatr Gününə həsr olunmuş təntənəli tədbir.

13 aprel 2009

xalq artisti Kamal Xudaverdiyevin anma günü.

aprel-may 2009

«Teatr baharı» - teatr tamaşalarına baxış. Baxışda Akademik Milli Dram Teatrı, Şuşa, Sumqayıt Dövlət Musiqili Dram teatrları, İrəvan Dövlət Dram Teatrı, Bakı Kamera Teatrı, «Zəfər» teatr studiyası iştirak etmişlər.

iyul 2009

Azərbaycan Teatr Xadimləri İttifaqının növbəti Konfransı.