TƏDBİR VƏ LAYIHƏLƏR / Müxtəlif tədbirlər

 

 

10 Mart – Milli Teatr Günü

 

Fotoşəkillər  

 

10 mart 2017-ci il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Milli Teatr Günü münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının nümayəndələri, görkəmli sənət adamları, ziyalılar və media nümayəndələri iştirak etmişlər. Tədbirdə Azərbaycan teatrının keçdiyi inkişaf yolu ilə bağlı fotosərgi və videoçarx nümayiş olunmuşdur.

Tədbiri giriş sözü ilə Teatr Xadimləri İttifaqının Sədri Azər Paşa Nemətov açmış, Milli Teatr Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik etmiş və sözü Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirinin müavini, cənab Ədalət Vəliyevə vermişdir. Ədalət Vəliyev bayram münasibəti ilə tədbir iştirakçılarını təbrik etmiş, Azərbaycan teatrının keçmişi və bu günü haqqında söhbət açmışdır. Sonra teatr sənəti sahəsində xidmətləri olan sənətkarlar Mədəniyyət və Turizm Nazirliyinin Fəxri Fərmanları və «Fəxri Mədəniyyət İşçisi» döş nişanı ilə təltif edilmişdir.

 

Fəxri Fərmanla təltif olunanlar:


1.Xalq Artisti Səidə Quliyeva (Milli Teatr)
2.Əməkdar Artist Gülsabah Quliyeva (Bələdiyyə Teatrı)
3.Xalq Artisti Məbud Məhərrəmov (Rus Dram Teatrı)
4.Xalq Artisti Vaqif Əsədov (Gənc Tamaşaçılar Teatrı)
5. Əməkdar Artist Əlvida Cəfərov (Milli Teatr)
6. Əməkdar Artist Mehriban Xanlarova (Milli Teatr)
7. Əməkdar Artist Sona Mikayılova («YUĞ» Teatrı)
8. Əməkdar Artist Novruz Əliyev (Musiqili Teatr)
9. Əməkdar Artist Əfqan Soltanov (Bələdiyyə Teatrı)
10.Əməkdar Mədəniyyət İşçisi Hikmət Nəbili (Şəki Teatrı)
11.Orkestr artisti Dadaşov Zakir Mizahim oğlu (Musiqili Teatr)

 

«Fəxri Mədəniyyət İşçisi» döş nişanı ilə təltif olunanlar:


1.Hüseynov Elnur Bəhramxan oğlu (Gənc Tamaşaçılar Teatrının aktyoru)
2.Quruluşçu rəssam Səmədova Nabat Məhərrəm qızı (Dövlət Musiqili Teatrının quruluşçu rəssamı)
3.Rüstəmov Nurlan İbrahim oğlu (Pantomim teatrının aktyoru)
4.Gözəlova İradə Vaqif qızı (Gəncə Dövlət Dram Teatrının baş rejissoru)
5.Hüseynov Möhsüm Türbəndə oğlu (Sümqayıt Teatrının aktyoru)
6.Bədirova Əntiqə Nəsib qızı (Gəncə Dövlət Kukla Teatrının baş rəssamı)
7.Məmmədov Səxavət Fazil oğlu (Mingəçevir Dövlət Dram Teatrının direktoru)
8.Məmmədov Afiq Əli oğlu (Qazax Dövdət Dram Teatrının quruluşçu rəssamı)
9.Kərimov Azər Kərim oğlu (Qax Dövlət Kukla Teatrının aktyoru)
10.Əhmədova Aynur Əhməd qızı (Lənkəran Dövlət Dram Teatrının aktrisası)


Nazirliyin mükafatlarından sonra Teatr Xadimləri İttifaqının Sədri Azər Paşa Nemətov aparıcı Hacı İsmayılovla birlikdə yubilyar sənətçilərə İttifaqın «Sənətkar» medalını və fəxri fərmanlarını təqdim etmişdir.

 

Azərbaycan Teatr Xadimləri İttifaqının Fəxri üzvlüyünə qəbul olunanlar:


1.SSRİ Xalq Artisti Fidan Qasımova – (Musiqi Akademiyası)
2.SSRİ Xalq Artisti Fərhad Bədəlbəyli – (Musiqi Akademiyası)

 

Fəxri Fərmanla təltif olunanlar:


1.Əməkdar Artist Ələkbər Əliyev – (Musiqili Teatr)
2.Əməkdar İncəsənət Xadimi Zemfira Qafarova – (Bəstəkarlar İttifaqı)
3.Əməkdar İncəsənət Xadimi Rimma Məmmədova - (Xoreoqrafiya Akademiyası)
4.Əməkdar İncəsənət Xadimi Kəmalə Ağayeva – (dramaturq)
5.Sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərminə Ağayeva – (Elmlər Akademiyası)
6.Sənətşünaslıq üzrə fəlsəfə doktoru İlham Qazızadə – (Elmlər Akademiyası)
7.Aktrisa Dilarə Fərəcullayeva – (Gənc Tamaşaçılar Teatrı)
8.Aktyor Rza Toğrul Musa oğlu – (Bələdiyyə Teatrı)
9.Aktrisa Qurbanova Zülfiyyə Misirxan qızı – (Bələdiyyə Teatrı)
10.Aktrisa Rza Ülviyyə Gülməmməd qızı – (Bələdiyyə Teatrı)
11.Aktrisa Məmmədova Zülfiyyə Nəzər qızı – (Bələdiyyə Teatrı)
12.Aktrisa Babayeva Nigar Asif qızı – (Bəldiyyə Teatrı)

 

«Sənətkar» medalı ilə təltif olunanlar:


1.SSRİ Xalq Artisti Fidan Qasımova
2.SSRİ Xalq Artisti Fərhad Bədəlbəyli
3.Xalq Artisti Amaliya Pənahova – Bələdiyyə Teatrı
4.Xalq Artisti Vaqif Əsədov – (Gənc Tamaşaçılar Teatrı)
5.Xalq Artisti Məleykə Əsədova – (Milli Teatr)
6.Xalq Artisti Səidə Quliyeva – (Milli Teatr)
7.Xalq Artisti Bəxtiyar Xanızadə – (Pantomim Teatrı)
8.Xalq Artisti Məbud Məhərrəmov – (Rus Dram Teatrı)
9.Əməkdar Artist Gülsabah Quliyeva – (Bələdiyyə Teatrı)
10.Əməkdar Artist Əfqan Soltanov – (Bələdiyyə Teatrı)
11.Əməkdar Artist Sonaxanım Mikayılova – («Yuğ» Teatrı)
12.Əməkdar Artist Firəngiz Babayeva – (Bələdiyyə Teatrı)
13.Əməkdar Artist Boris Fyodoroviç Qrafkin – (Musiqili Teatr)
14.Əməkdar Mədəniyyət İşçisi Hafiz Dadaşov – (Gənc Tamaşaçılar Teatrı, hazırda təqaüddədir)
15.Sadıq Elcanlı – (Az.TV)
16.Larisa Tarusova – «Günay» Uşaq Teatrının bədii rəhbəri