TƏDBİR VƏ LAYIHƏLƏR / Müxtəlif tədbirlər

 

 

Teatr Günü münasibəti ilə bayram tədbir. 10 mart 2016-cı il

 

Fotoşəkillər   Video

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqı 10 mart 2016-cı il tarixdə Milli Teatr Günü münasibəti ilə bayram tədbiri keçirmişlər.

Tədbirdə bir qrup mədəniyyət və incəsənət xadiminə Mədəniyyət və Turizm Nazirliyinin və Teatr Xadimləri İttifaqnın fəxri fərmanları və mükafatları təqdim olunmuşdur.

Nazirliyin təsis etdiyi mükafatları nazir müavini Ədalət Vəliyev təqdim edib.

1. Ağayev Əlihüseyn - Opera və Balet Teatrı

2. Abdullayeva Nigar - Milli Dram Teatrı

3. Muradov Süleyman - Kukla Teatrı

4. Cəfərov Yusif - Gəncə Teatrı

5. Məmmədov Sayad - Qazax Teatrı

6. Emraşili Robinzon - Qax Teatrı

7. Mehrabov Araz - Qax Kukla Teatrı

8. Qardaşov Faiq - Qusar Teatrı

9. Heydərov Emil - Musiqili Teatr

10.Ağayeva Həcər- Rus Dram Teatrı

11. Haqverdiyeva Mahirə - Gəncə Kukla Teatrı

12. Ocaqverdiyeva Təranə - YUĞ Teatrı

13. Əhmədli Bəhruz - Pantomima Teatrı

14. Həsənov Kərim - Ağdam Teatrı

15. İmamverdiyev Yusif - Mingəçevir Teatrı

16. İsgəndərova Xanirə- Şuşa Teatrı

17. Quliyeva İntizar - Füzuli Teatrı

18. Qocayev Rəhim - Şəki Teatrı

19. Axundov Əbülfəz - Lənkəran Teatrı

Azərbaycan Teatr Xadimləri İttifaqı 11 sənətkarı "Sənətkar" medalı ilə təltif edib. Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, professor Azər Paşa Nemətov Eldar Quliyevə, Fərhad Xəlilova, Rəfiqə Axundovaya, Nurəddin Mehdixanlıya, Ramiz Məmmədova, Yasin Qarayevə, Ağaxan Salmanlıya, Nazir Rüstəmova, Məsumə Babayevaya, Lətifə Quluzadəyə, İradə Həsənovaya və Şəfəq Əliyevaya "Sənətkar" medalını təqdim edib.

Eldar Quliyev və Fərhad Xəlilov Azərbaycan Teatr Xadimləri İttifaqının fəxri üzvlüyünə layiq görülüb.

Teatr Xadimləri İttifaqının Fəxri Fərmanları ilə Səkinə İsmayılova, Mübariz Həmidov, Elmira Kərimova, Əlivahinbaba Məmmədhəsənov, Faiq İsgəndərov, Validə Qədimova, İradə Hüseynova təltif ediliblər.