TƏDBİR VƏ LAYIHƏLƏR / Müxtəlif tədbirlər

 

 

27 noyabr 2015-ci il tarixdə Azərbaycan boyakarlıq sənətinin görkəmli nümayəndəsi, dünya şöhrətli rəssam Tahir Salahovun anadan olmasının 87 illiyi münasibəti ilə tədbir keçirmişdir.

Fotoşəkillər  

27 noyabr 2015-ci il tarixdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Tahir Salahovun Ev Muzeyi ilə birlikdə Azərbaycan boyakarlıq sənətinin görkəmli nümayəndəsi, dünya şöhrətli rəssam Tahir Salahovun anadan olmasının 87 illiyi münasibəti ilə tədbir keçirmişdir.

Tədbirdə Azərbaycanın görkəmli sənət adamları, Tahir Salahov sənətini yüksək dəyərləndirən incəsənət nümayəndələri iştirak etmişlər.

Sənətkarın Ev Muzeyində keçirilən tədbirdə iştirak edənlər Tahir Salahovun milli mədəniyyətimizə bəxş etdiyi dəyərli sənət incilərini nəzərdən keçirmiş, zəngin həyat və yaradıcılıq yolundan geniş söhbət açmış, Tahir Salahov sənətinin möhtəşəmliyindən bəhs etmişlər.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti, professor Azər Paşa Nemətov Azərbaycan Teatr Xadimləri İttifaqının İdarə heyəti və çoxsaylı üzvləri adından rəssama olan təbriki və İttifaqın «Sənətkar» medalını təqdim etmişdir.