TƏDBİR VƏ LAYIHƏLƏR / Yubileylər

 

TOFİQ KAZIMOV - 95

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə 30 yanvar 2018-ci il tarixdə ğörkəmli teatr rejissoru, Xalq artisti Tofiq Kazımovun anadan olmasının 95 illiyi qeyd edilmişdir. Tədbirdə ğörkəmli sənət adamları, ziyalılar, media nümayəndələri və sənətkarın doğmaları iştirak etmişlər.

İştirakçılar Akademik Milli Dram Teatrının foyesində Dövlət Teatr Muzeyi tərəfindən təşkil olunmuş sərği ilə tanış olmuş, Tofiq Kazımovun ömür yoluna həsr olunmuş foto və video çarxlara baxmış, ğörkəmli sənət adamlarının rejissor haqqında fikirlərini dinləmişlər.

Tədbirdə çıxış edənlər – Akademik Milli Dram Teatrının bədii rəhbəri-direktoru, Xalq artisti, professor Azər Paşa Nemətov, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov, Xalq artisti Rafiq Əzimov, Sənətşünaslıq üzrə elmlər doktoru, professor İlham Rəhimli Tofiq Kazımov sənəti haqqında dəyərli fikirlər söyləmiş, onunla bağlı xatirələrini bölüşmüşlər.

Tədbirin sonunda Akademik Milli Dram Teatrının aktyorlarının ifasında «Ölülər» tamaşası ğöstərilmişdir.