TƏDBİR VƏ LAYIHƏLƏR / Müxtəlif tədbirlər

 

 

«STULLAR» tamaşası. 19 dekabr 2016-cı il

 

Fotoşəkillər 

 

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə 19 dekabr 2016-cı il tarixdə İttifaqın Mustafa Mərdanov səhnəsində Ejen İoneskonun “Stullar” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olmuşdur.

Əsərdə iki uğursuz insanın həyat tərzindən bəhs edilir. Tamaşanın qəhrəmanları olan qarı və qoca real həyatdan uzaq, öz uğursuz həyatına rəng qatmaq istəyində çırpınıraraq tənha olduqlarını unutmaq üçün bir oyun fikirləşərək hər gün evlərinə xəyali qonaqlar dəvət edirlər.

Tamaşa davam etdiyi müddətdə səhnədə heç kəsin əyləşmədiyi çoxlu stullar dayanır. Bu stullar bir predmetə deyil, əsərin qəhrəmanına çevrilir.

Tamaşanın sonunda həyatdan bezən bu iki insanın son vidası və sulara qərq olması böyük maraqla qarşılanır.

Tamaşanın bədii rəhbəri – Xalq Artisti Azər Paşa ZƏFƏR oğlu, quruluşçu rejissoru İlkin Mehdiyevdir. Rolları Xalq Artistləri Həmidə Ömərova (Qarı), Rafiq Əzimov (Qoca) və Hacı İsmayılov (Natiq) ifa edirlər.

Tamaşanın prodüsseri – Xalq Artisti Rafiq Əliyev, səhnə müdiri Zaur Abasov, səs rejissoru Nazim Kərimli, işıq üzrə rəssam Əlivahinbaba Məmmədhəsənov, rəqs quruluşu Raulya Türkkan Aylindir.