STRUKTUR

 

Sədr

Azər Paşa Nemətov

AZƏR PAŞA NEMƏTOV

Azər Paşa Nemətov 13 avqust 1947-ci ildə Bakıda, görkəmli teatr rejissoru, əməkdar incəsənət xadimi Zəfər Nemətovun ailəsində anadan olmuşdur.

1953-64-cü illərdə Bülbül adına məktəbdə təhsil alan Azər Paşa Nemətov bir il Azərbaycan Dövlət Konservatoriyasında, görkəmli bəstəkar Qara Qarayevin sinfində oxumuşdur. 1970-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Teatr rejissoru» fakültəsini, SSRİ xalq artisti Mehdi Məmmədovun kursunu bitirmişdir.

Yaradıcılıq fəaliyyətinə 1972-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrından başlayan rejissor həmin teatrda müxtəlif illər ərzində rejissor assistenti, quruluşçu rejissor, baş rejissor, bədii rəhbər vəzifələrində çalışmış, bu teatrın inkişafında çox böyük xidmətlər göstərmişdir.

A.P.Nemətov 1974-76-cı illərdə Moskvanın Leninqrad (indiki Sankt-Peterburq) şəhərində Leninqrad Dövlət Gənc Tamaşaçılar Teatrında iki il rejissor-stajor vəzifəsində çalışmış, daha sonra dəfələrlə Yunanıstan, Türkiyə, Rusiya, Gürcüstan kimi ölkələrdə teatr festivallarında, konfranslarda və digər teatr forumlarında iştirak etmişdir.

1990-cı ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışan rejissorun bu teatrda hazırladığı tamaşalar öz orijinallığı, yeniliyi ilə fərqlənmiş, teatr mühitində əks-səda doğurmuş, teatr ictimaiyyətinin böyük marağına səbəb olmuşdur.

Azər Paşa Nemətov öz yaradıcılığında müasir dünya avanqard teatrının və Azərbaycan milli teatrının xüsusiyyətlərini ustalıqla birləşdirir. Qeyri-adi yaradıcı düşüncəyə, yuksək bədii zövqə malik olan rejissorun quruluş verdiyi tamaşalar nəinki Azərbaycanda, habelə ölkəmizin hüdudlarından kənarda, o cümlədən Daşkənddə, Tbilisidə, Moskvada keçirilən beynəlxalq teatr festivallarında, həmçinin Türkiyədə keçirilən Qara dəniz ölkələri festivalında və Osmanlı dövlətinin yaranmasının 700 illiyinə həsr olunmuş I Türk dünyası teatrları festivalında uğurla göstərilmiş və yüksək mükafatlara layiq görülmüşdür.

Güclü musiqi duyumu ilə yanaşı, yüksək rəssamlıq istedadına malik olan rejissor ölkəmizin müxtəlif teatrlarında və həmçinin keçmiş sovetlər birliyinin müxtəlif şəhərlərində quruluş verdiyi çox sayda yüksək səviyyəli tamaşalarda həm də istedadlı rəssam kimi şöhrətlənmişdir. Onun əsərləri teatr rəssamlarının Ukraynada keçirilən sərgisində və Azərbaycanda keçirilən teatr rəssamlarının I biyennal sərgisində nümayiş etdirilmişdir.

1991-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri seçilmiş Azər Paşa Nemətov İttifaqa rəhbərlik etdiyi müddət ərzində bir sıra festivalların, yubileylərin və digər teatr tədbirlərinin təşkilinə müvəffəqiyyətlə rəhbərlik etmişdir. Onun rəhbərliyi dövründə Az.TXİ ölkənin teatr həyatında mühüm rol oynayan təşkilata çevrilmişdir.

Teatr sənəti sahəsində xidmətlərinə görə ona 1987-ci ildə «Əməkdar incəsənət xadimi», 2002-ci ildə «Xalq artisti» fəxri adları verilmişdir. 1997-ci ildə «Humay» milli ictimai mükafatına, 1998 və 2003-cü illərdə «Qızıl Dərviş» mükafatına, 2007-ci ilin avqust ayında anadan olmasının 60 illiyi ilə əlaqədar «Şöhrət ordeni»nə layiq görülmüşdür.

Rejissor, Xalq artisti, professor

2004-cü ildən Teatr Xadimləri İttifaqının sədridir.

 

Sədr müavini

Hacı İsmayılov

HACI İSMAYILOV

İsmayılov Hacı Məcid oğlu 22 yanvar 1944-cü ildə Bakıda doğulub. 190 nömrəli orta məktəbdə təhsil alıb. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub.

Sumqayıt Dövlət Dram Teatrına Hacı İsmayılov aktyor işləməyə dəvət alıb və 1968-ci il sentyabr ayının 2-də gənc truppaya daxil oldu. Bu teatrda M.F. Axundovun "Müsyö Jordan və dərviş Məstəlişah" komediyası göstərildi və H. İsmayılov məharətlə dərviş Məstəlişah rolunu ifa etmişdi. Bundan sonra C. Patrikin "Qəribə missis Səvic" dramında Ceffi, A.Papayanın "Bəli, dünya dəyişib" komediyasında Səməndər, C.Cabbarlının "Sevil" pyesinin tamaşasında Məmmədəli bəy rolunda çıxış edib.

1970-ci il fevral ayının 16-dan Akademik Milli Dram Teatrında çalışır. Elə ilk gündən H.Cavidin "Xəyyam" faciəsindəki İkinci qulam roluna daxil edilib.

Hacı İsmayılov yaradıcılığının xarakterik sənətkarlıq xüsusiyyətlərinə görə realist aktyor məktəbinin poetika göstəricilərinə daha uyğundur. Akademik teatrda oynadığı əllidən çox rolun böyük bir qismi məhz həmin üslubun estetik səciyyələrinə uyğundur.

Həmin cəhət aktyorun 1970-ci ildən üzü bəri illərin ardıcıllığı ilə verilən oynadığı rolların xarakteristikasında da özünün ifadə və mahiyyət təcəssümünü tapıb.

Məşhur kino və teatr aktyoru Hacı İsmayılov bu iki doğma sənətdə qazandığı nailiyyətlərə görə 17 may 1989-cu ildə Azərbaycan Respublikasının Əməkdar Artisti və 18 dekabr 2000-ci ildə Xalq Artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsüdür. Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi Sənətkar orendinə layiq görülüb.

Aktyor "Azərbaycanfilm" kinostudiyasında ilk dəfə "Ad günü" filmində Mustafa rolunda çəkilib, bu rolla böyük uğur qazanıb və Respublikanın Dövlət mükafatı laureatı adına layiq görülüb (1980).

Xalq artisti, Dövlət Mükafatı Laureatı

Rafiq Əliyev

RAFİQ ƏLİYEV

Rafiq Hacıbaba оğlu Əliyev 14 noyabr 1949-cu ildə Füzuli rayоnunun Mеrdinli kəndində anadan оlmuşdur. O,1968-ci ildən 1971-ci ilədək Lеninqrad (indik Sankt-Peterburq) şəhərində Mədəniyyət İnstitutunun Mədəni-Maarif fakültəsinin Rеjissоrluq bölməsində, daha sonra Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Musiqili kоmеdiya aktyоrluğu" fakültəsində təhsil almışdır. 1976-cı ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Tеatrına işə başlamışdır.

Tеatrda çalışdığı dövrdə Rafiq Əliyеv maraqlı оbrazlar qalеrayası yaratmışdır. Bunlardan "Bumbaraş"da Bumbaraş, "Üç muşkеtyоr"da Aramis, "Təmas"da Andrеy, "Müsyö Jоrdan və Dərviş Məstəli Şah"da Hatəmxan ağa, "Buratinо"da Karabas-Barabas, "Müfəttiş"də Dоbçinski, "Kеçən ilin sоn gеcəsi"ndə Sülеyman, "Quyu"da Akif və başqa оbrazları qеyd еtmək оlar. Aktyоrun yaratdığı Akif оbrazı 1966-cı il mövsümünün ən yaxşı kişi rоlu еlan еdilmişdir. Rafiq Əliyеv həmçinin 20-dən çоx bədii filmə çəkilmişdir.

1994-cü ildən Gənc Tamaşaçılar Tеatrında quruluşçu rеjissоr kimi fəaliyyət göstərir. Həmin tеatrın səhnəsində "Blеz", "Qar qız və yеddi cırtdan", "Bir dəfə Braziliyada", "Dоnaldın qеyri-adi sərgüzəştləri", "Nəsrəddin", "Sarıköynək günəşi nеcə gətirdi", "Hind fantaziyası", "Şəhərli kürəkən", "Krоkоdil Gеnanın məzuniyyəti", "Sirr", "Çimnaz xanım yuxudadır" və s. əsərlərə maraqlı quruluşlar vеrmişdir. Həmçinin "İbrus" tеatrında "Şirə bənzər", Akadеmik Milli Dram Tеatrında "Hamlеt", "Kuraj və uşaqları", Qazax Dövlət Dram Tеatrında "Alоv", İstanbul Bələdiyyə Tеatrında "Arslana bənzər" оnun uğurla tamaşaya qоyduğu əsərlərdəndir.

Çоxşaxəli yaradıcılıq fəaliyyəti göstərən Rafiq Əliyеv həmçinin teatr prodüseri, bir sıra bеynəlxalq kinо layihələrində ikinci rеjissоr, kastinq dirеktоru kimi də çalışmışdır.

Rafiq Əliyеv RF-nin Оmsk şəhərində keçirilən "Rusiyanın gənc tеatrları" adlı I və II Bеynəlxalq tеatr fеstivallarının, Sankt-Pеtеrburqda kеçirilən "Baltika еvi" fеstivalının iştirakçısı, ölkəmizdə kеçirilmiş "Bоş məkanın dоlğunluğu" və "Yеni tеatr" fеstivallarında Təşkilat Kоmitəsinin sədri оlmuşdur.

Tеatr və kinо fəaliyyəti ilə yanaşı Rafiq Əliyеv uzun illərdir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univеrsitеtində "Musiqili tеatr aktyоru" fakültəsində pedoqoji fəaliyyət göstərir.

Rafiq Əliyev 2004-cü ilin mayında Azərbaycan Tеatr Xadimləri Ittifaqının Kоnfransında İttifaqın yaradıcılıq məsələləri üzrə sədr müavini sеçilmişdir. 1990-cı ildə Rеspublikanın Əməkdar artisti, 2007-ci ildə Rеspublikanın Xalq artisti fəxri adlarına layiq görülmüşdür. "Humay" mükafatı və Azərbaycan Tеatr Xadimləri İttifaqının "Qızıl Dərviş" mükafatı laureatıdır.

Aktyor, rejissor, Xalq artisti

 

Məsul katib

Aidə Qafarova

AIDƏ QAFAROVA

17 iyun 1973-cü ildə Bakıda anadan olub.

2005-ci ildə ADMİU-nun «Kulturologiya» fakültəsini, 2007-ci ildə «Mədəniyyətşünaslıq» üzrə magistraturanı bitirib. 1999-cu ildən Teatr Xadimləri İttifaqında çalışır.

2009-cu ildən İttifaqın üzvüdür. İttifaqın məsul katibidir.

 

Mədəniyyətşünas

 

Birliklər üzrə Katib-koordinator

İlham Rəhimli

İLHAM RƏHİMLİ

İlham Əziz oğlu Rəhimli 1949-cu il sentyabrın 8-də Yevlax rayonunun Malbinəsi kəndində doğulub. Yevlaxdakı 1 saylı orta məktəbin on birinci sinifini 1966-cı ildə bitirib. Bir il Yevlaxdakı 4 saylı avtobazada çilingər işləyib. 1967-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsinə daxil olub. Bu ali məktəbi fərqlənmə diplomu ilə bitirib (1972). Hələ institutun son kursunda oxuyanda "Kommunist" (indiki "Xalq qəzeti") qəzeti redaksiyasına təcrübə keçməyə göndərilib. Təcrübə zamanı bir neçə məqaləsi çap olunub. Redaksiyanın yazılı məktub-tələbnaməsinə əsasən təyinatla "Kommunist" (indiki "Xalq qəzeti") qəzetinə işə göndərilib. Hərbi xidmətdən sonra (may 1973 - may 1974) yenə redaksiyaya qayıdıb. Müxtəlif illərdə ədəbi işçi, baş müxbir, felyeton və publisistika, mədəniyyət şöbələrinin müdiri işləyib. "Azərbaycan" qəzetinin baş redaktoru, prezident aparatının humanitar siyasət şöbəsinin məsul işçisi işləyib (1991 - 1993). Həmçinin 1993-cü ildən 2003-cü ilə kimi Akademik Milli Dram Teatrının ədəbi hissə müdiri olub.

Teatra aid ilk yazısı dövri mətbuatda 1969-cu ildə "Azərbaycan gəncləri" qəzetində çap olunan İlham Rəhimli səhnə sənətinə, kinoya, təsviri incəsənətə, dramaturgiyaya, aktyor və rejissor peşəsinə, mədəniyyətin müxtəlif problemlərinə aid minə yaxın məqalənin müəllifidir. İlham Rəhimli 1975-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr tarixi kafedrasında dərs deyir. 2007-ci ildən Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində "Maarifçilik" redaksiyasının baş redaktoru, 2011-ci ildən "Mədəniyyət" kanalının direktor müavini vəzifəsində çalışır.

Azərbaycan Televiziyasında "Ekran. Kino. Yeniliklər", "Teatr", "Yeni tamaşalar", "Aktyorlar və rollar", "Sərbəst söhbət" verilişlərinin müəllif-aparıcısıdır. Azərbaycan Jurnalistlər İttifaqının, Rəssamlarr İttifaqının, Azərbaycan Teatr Xadimləri İttifaqının, Yazıçılar Birliylnin üzvüdür.

Nəzəriyyəçi alim, milli teatrımızın tədqiqatçısı kimi Dehli, Praqa, Moskva, Tehran, Dəməşq, Kiyev, İstanbul, Berlin, Brüssel, Paris, Roma... şəhərlərində Beynəlxalq teatr simpoziumlarında elmi məruzələrlə çıxışlar edib. Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" (5 may, 1977), Azərbaycan Teatr Xadimləri İttifaqının "Qızıl Dərviş" (10 mart 1992), "Humay" mükafatlarıı laureatıdır.

1989-cu il sentyabrın 1-də Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi fəxri adı ilə təltif edilib. Sənətşünaslıq doktoru və professordur.

Əməkdar incəsənət xadimi. Sənətşünaslıq doktoru, professor.

 

İdarə heyətinin üzvləri

Hacı İsmayılov - Xalq artisti, Dövlət Mükafatı Laureatı.

HACI İSMAYILOV

İsmayılov Hacı Məcid oğlu 22 yanvar 1944-cü ildə Bakıda doğulub. 190 nömrəli orta məktəbdə təhsil alıb. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub.

Sumqayıt Dövlət Dram Teatrına Hacı İsmayılov aktyor işləməyə dəvət alıb və 1968-ci il sentyabr ayının 2-də gənc truppaya daxil oldu. Bu teatrda M.F. Axundovun "Müsyö Jordan və dərviş Məstəlişah" komediyası göstərildi və H. İsmayılov məharətlə dərviş Məstəlişah rolunu ifa etmişdi. Bundan sonra C. Patrikin "Qəribə missis Səvic" dramında Ceffi, A.Papayanın "Bəli, dünya dəyişib" komediyasında Səməndər, C.Cabbarlının "Sevil" pyesinin tamaşasında Məmmədəli bəy rolunda çıxış edib.

1970-ci il fevral ayının 16-dan Akademik Milli Dram Teatrında çalışır. Elə ilk gündən H.Cavidin "Xəyyam" faciəsindəki İkinci qulam roluna daxil edilib.

Hacı İsmayılov yaradıcılığının xarakterik sənətkarlıq xüsusiyyətlərinə görə realist aktyor məktəbinin poetika göstəricilərinə daha uyğundur. Akademik teatrda oynadığı əllidən çox rolun böyük bir qismi məhz həmin üslubun estetik səciyyələrinə uyğundur.

Həmin cəhət aktyorun 1970-ci ildən üzü bəri illərin ardıcıllığı ilə verilən oynadığı rolların xarakteristikasında da özünün ifadə və mahiyyət təcəssümünü tapıb.

Məşhur kino və teatr aktyoru Hacı İsmayılov bu iki doğma sənətdə qazandığı nailiyyətlərə görə 17 may 1989-cu ildə Azərbaycan Respublikasının Əməkdar Artisti və 18 dekabr 2000-ci ildə Xalq Artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsüdür. Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi Sənətkar orendinə layiq görülüb.

Aktyor "Azərbaycanfilm" kinostudiyasında ilk dəfə "Ad günü" filmində Mustafa rolunda çəkilib, bu rolla böyük uğur qazanıb və Respublikanın Dövlət mükafatı laureatı adına layiq görülüb (1980).

Rafiq Əliyev - Aktyor, rejissor, Xalq artisti

RAFİQ ƏLİYEV

Rafiq Hacıbaba оğlu Əliyev 14 noyabr 1949-cu ildə Füzuli rayоnunun Mеrdinli kəndində anadan оlmuşdur. O,1968-ci ildən 1971-ci ilədək Lеninqrad (indik Sankt-Peterburq) şəhərində Mədəniyyət İnstitutunun Mədəni-Maarif fakültəsinin Rеjissоrluq bölməsində, daha sonra Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Musiqili kоmеdiya aktyоrluğu" fakültəsində təhsil almışdır. 1976-cı ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Tеatrına işə başlamışdır.

Tеatrda çalışdığı dövrdə Rafiq Əliyеv maraqlı оbrazlar qalеrayası yaratmışdır. Bunlardan "Bumbaraş"da Bumbaraş, "Üç muşkеtyоr"da Aramis, "Təmas"da Andrеy, "Müsyö Jоrdan və Dərviş Məstəli Şah"da Hatəmxan ağa, "Buratinо"da Karabas-Barabas, "Müfəttiş"də Dоbçinski, "Kеçən ilin sоn gеcəsi"ndə Sülеyman, "Quyu"da Akif və başqa оbrazları qеyd еtmək оlar. Aktyоrun yaratdığı Akif оbrazı 1966-cı il mövsümünün ən yaxşı kişi rоlu еlan еdilmişdir. Rafiq Əliyеv həmçinin 20-dən çоx bədii filmə çəkilmişdir.

1994-cü ildən Gənc Tamaşaçılar Tеatrında quruluşçu rеjissоr kimi fəaliyyət göstərir. Həmin tеatrın səhnəsində "Blеz", "Qar qız və yеddi cırtdan", "Bir dəfə Braziliyada", "Dоnaldın qеyri-adi sərgüzəştləri", "Nəsrəddin", "Sarıköynək günəşi nеcə gətirdi", "Hind fantaziyası", "Şəhərli kürəkən", "Krоkоdil Gеnanın məzuniyyəti", "Sirr", "Çimnaz xanım yuxudadır" və s. əsərlərə maraqlı quruluşlar vеrmişdir. Həmçinin "İbrus" tеatrında "Şirə bənzər", Akadеmik Milli Dram Tеatrında "Hamlеt", "Kuraj və uşaqları", Qazax Dövlət Dram Tеatrında "Alоv", İstanbul Bələdiyyə Tеatrında "Arslana bənzər" оnun uğurla tamaşaya qоyduğu əsərlərdəndir.

Çоxşaxəli yaradıcılıq fəaliyyəti göstərən Rafiq Əliyеv həmçinin teatr prodüseri, bir sıra bеynəlxalq kinо layihələrində ikinci rеjissоr, kastinq dirеktоru kimi də çalışmışdır.

Rafiq Əliyеv RF-nin Оmsk şəhərində keçirilən "Rusiyanın gənc tеatrları" adlı I və II Bеynəlxalq tеatr fеstivallarının, Sankt-Pеtеrburqda kеçirilən "Baltika еvi" fеstivalının iştirakçısı, ölkəmizdə kеçirilmiş "Bоş məkanın dоlğunluğu" və "Yеni tеatr" fеstivallarında Təşkilat Kоmitəsinin sədri оlmuşdur.

Tеatr və kinо fəaliyyəti ilə yanaşı Rafiq Əliyеv uzun illərdir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univеrsitеtində "Musiqili tеatr aktyоru" fakültəsində pedoqoji fəaliyyət göstərir.

Rafiq Əliyev 2004-cü ilin mayında Azərbaycan Tеatr Xadimləri Ittifaqının Kоnfransında İttifaqın yaradıcılıq məsələləri üzrə sədr müavini sеçilmişdir. 1990-cı ildə Rеspublikanın Əməkdar artisti, 2007-ci ildə Rеspublikanın Xalq artisti fəxri adlarına layiq görülmüşdür. "Humay" mükafatı və Azərbaycan Tеatr Xadimləri İttifaqının "Qızıl Dərviş" mükafatı laureatıdır.

Cənnət Səlimova - Rejissor, Xalq artisti

CƏNNƏT SƏLIMOVA

Cənnət Əlibəy qızı Səlimova 20 yanvar 1940-cı ildə Bakıda anadan olmuşdur. 1957-1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır. 1962-1967-ci illərdə o, Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun "Dram rejissorluğu" fakültəsini bitirmişdir.

C.Səlimova 1967-ci ildən 1982-ci ilə kimi S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında rejissor, 1982ci ildən 1991-ci ilədək həmin teatrda baş rejissor vəzifəsində işləmişdir. Bu teatrda çalışdığı müddətdə C.Səlimova bir çox əsərlərə yaddaqalan quruluşlar vermişdir. Onlardan F.M.Dostoyevskinin "Cinayət və cəza", "Əbləh", A.P.Çexovun "Vanya dayı", İvanov", C.Cabbarlının "Aydın", H.Cavidin "Şeyx Sənan"və s. göstərmək olar.

1991-ci ildən 2010-cu ilədək C.Səlimova yaratdığı Bakı Kamera Teatrının bədii rəhbəri olmuş, 2011-ci ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına baş rejissor təyin edilmişdir. Bundan əlavə rejissor Dövlət Musiqili Komediya Teatrında bir çox tamaşalar hazırlamışdır. Ü.Hacıbəyovun "O olmasın, bu olsun", İ.Karmanın "Silva", "Maritsa", F.Ledar "Şən dul qadın" tamaşalarına səhnə həyatı vermişdir. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Payatsı" (R.Leonkovallo), "Traviata" (C.Verdi), "Boqema" (C.Puççini) kimi operaları səhnəyə qoymuşdur.

Eyni zamanda pedoqoji fəaliyyətlə məşğul olan C.Səlimova uzun müddətdir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorudur.

Cənnət Səlimova Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülmüş,"Şərəf nişanı" ordeni və Azərbaycanın "Şöhrət" ordeni ilə təltif edilmişdir.

İsrafil İsrafilov - Əməkdar incəsənət xadimi. Sənətşünaslıq doktoru, professor.

İSRAFİL İSRAFİLOV

İsrafil Ramazan oğlu İsrafilov 10 sentyabr 1949-cu ildə Bakı şəhərində anadan olmuşdur.

1967-1971-ci illərdə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki Mədəniyyət və İncəsənət Universitetində) ali təhsil almışdır.

1973-1975-ci illərdəBakı şəhəri 1 May mədəniyyət sarayında bədii rəhbər, 1975-1978-ci illərdə də Akademik Milli Dram teatrında truppa müdiri vəzifəsində çalışıb, eyni zamanda rejissor fəaliyyəti ilə də məşğul olaraq, görkəmli rejissor T. Kazımovla bir sıra tamaşaların hazırlanmasında rejissor kimi işləmişdir.

1978-1985-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda Tədris teatrının direktoru, 1986-1989-cu illərdə Azərbaycan KP MK-nın mədəniyyət şöbəsində təlimatçı, 1989-1991-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda elmi işlər üzrə prorektor, 1991-ci ilin avqust ayından sentyabr ayınadək Azərbaycan Respublikası Prezidentinin Aparatında böyük məsləhətçi, 1991-1992-ci illər ərzində Abşeron rayonu İcra Hakimiyyətinin başçısı, 1993-2003-ci illərdə AMEA N.Gəncəvi adına Azərbaycan Ədəbiyyatı muzeyinin, 2003-cü ilin may ayından 2010-cu ilin may ayınadək Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru vəzifələrində çalışıb.

Qeyd edilən illərdə elmi-yaradıcılıq işlərini davam etdirərək, mədəniyyətin müxtəlif problemlərinə dair 200-ə yaxın məqalələsi yerli və xarici mətbuatda dərc olunmuş, Rusiya, İraq, Türkiyə, Gürcüstan, Səudiyyə Ərəbistanı, İran, Rumıniya, Küveyt, Avstriya, Cənubi Koreya kimi ölkələrdə keçirilən beynəlxalq simpozium və konfranslarda respublikamızın elmi ictimaiyyətini təmsil etmişdir.

Teatr sənətinin elmi-nəzəri məsələlərinə, milli və dünya teatr prosesinə həsr edilən çoxsaylı tədqiqatların bəhrəsi İsrafil İsrafilovun "Sən nə üçün yaşayırsan?" (rus dilində), "Həyatın səhnəsi, səhnənin həyatı", "Düşündüklərim", "Zaman. Rejissor. Poetika", "Ədil İsgəndərovun teatrı", "Mehdi Məmmədovun rejissor sənəti", "Tofiq Kazımovun rejissor dərsləri", "Azərbaycan milli rejissor sənətinin poetikası" adlı monoqrafiyalarında öz əksini tapmışdir.

İ.İsrafilov uzun illərdir ki, ADMİU-da pedaqoji fəaliyyət göstərir, bu sahədə müvafiq proqramların, metodik vəsaitlərin və dərsliklərin müəllifidir.

2012-2013-cü illərdə Türkdilli dövlətlərin teatr rəhbərləri Şurasının sədri olub. Teatr Xadimləri İttifaqı İdarə heyətinin, Azərbaycan Yazıçılar Birliyinin, Qafqaz Müsəlmanları İdarəsi Elmi-dini şurasının üzvüdür.

2010-cu ilin may ayından Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktorudur.

İ.İsrafilov 1985-ci ildə fəlsəfə doktoru, 2004-cü ildə sənətşünaslıq doktoru alimlik dərəcəsi almışdır, professordur.

1991-1995-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı olmuşdur.

Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adına, "Qızıl dərviş", "Humay", "Qızıl qələm" mükafatlarına, beynəlxalq diplomlara layiq görülmüşdür.

Azər Zeynalov - Xalq artisti, professor

AZƏR ZEYNALOV

Azər Zeynalov 1964-cü il dekabrın 13-də Naxçıvan şəhərində ziyalı ailəsində anadan olmuşdur.

1969-ci ildən Bakıda yaşayan Azər 1972-ci ildə 132 saylı orta məktəbə və 12 saylı musiqi məktəbinin fortepiano sinfinə getmişdir.

1982-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram rejissorluğu şöbəsinə daxil olmuş, arada 2 il hərbi xidmətə çağırılmış və 1989-cu ildə dram rejissoru ixtisası ilə təhsilini başa vurmuşdur.

1990-cı ildə musiqiyə olan sevgisi onu Rəşid Behbudov adına Dövlət Mahnı Teatrına gətirmiş və bir müğənni kimi o, ilk addımlarını bu teatrın səhnəsində atmışdır. Bərabər olaraq Rafiq Babayevin "Cəngi" ansamblında da fəaliyyət göstərmiş və həmin il "Odlar Yurdu Bakı-90" mahnı müsabiqəsinin laureatı seçilmişdir.

1992-ci ildə 2-ci təhsil almaq üçün Bakı Musiqi Akademiyasının vokal şöbəsinə daxil olmuşdur.

1994-cü ildə İtaliyada qəbul imtahanı verərək "Aqostino Steffani" adına (Kastelfranko şəhəri) İtaliya Dövlət Konservatoriyasının vokal şöbəsinə qəbul olmuş, orada dahi italyan müğənnisi Mario del Monakonun vaxtilə tələbəsi və asistenti olmuş professor Alemanno Osvaldodan 2 il vokal dərsi almış, 1996-cı ildə "opera ifaçısı" ixtisası ilə oranı bitirib Azərbaycana dönmüş və Bakı Musiqi Akademiyasında yarımçıq qalmış təhsilini də başa vurmuşdur.

1996-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. "Liriko-dramatik tenor" səs tembrinə malik olan Azər Zeynalov Avropanın və Azərbaycanın klassik operalarında baş rolların ifaçısıdır. Azər Zeynalov tək opera ifaçısı kimi yox, həm də Azərbaycan bəstəkarlarının mahnı və romanslarını, oda və oratoriyalarını da ifa edir. Buna Emin Sabitoğlunun "Şükriyyə", "Gəncədən gəlirəm", Tofiq Quliyevin "Bəxtəvər oldu", "Azərbaycan" ("Bəxtiyar" filmindəki "Rusiya". Bu əsərin Azərbaycana həsr edilməsi ideyası və onun ilk ifası Azər Zeynalova məxsusdur), Rauf Hacıyevin "Leyla" (sözləri öncədən rus dilində olan bu mahnıya ana dilində mətnin yazılması A.Zeynalovun təşəbbüsüdür), Ramiz Mirişlinin "Vətən harayı, Ruhəngiz Qasımovanın "Səninləyəm, Azərbaycan", Ramiz Mustafayevin "Məhəmməd və Leyla", Vasif Adıgözəlovun "Qəm karvanı", "Təntənəli kantata", "Çanaqqala", "Qarabağ şikəstəsi", Mobil Babayevin "Ölüm-qara qarışqa", Azər Dadaşovun "Ana yurdu" odası və s. bu kimi əsərləri misal çəkmək olar. Onun repertuarında xalq mahnıları da xüsusi yer tutur. "Şükriyyə" adlanan ilk CD-albomu 1997-ci ildə Türkiyənin RAQS şirkəti tərəfindən işıq üzü görmüşdür. Öz ifası ilə xarici dövlətlərin böyük konsert salonlarında, o cümlədən İtaliya, Avstriya, İngiltərə, Fransa, İsveç, Almaniya, Çexiya, Hollandiya, Çin, Türkiyə, ŞKTR, Rusiya, Belarus, Moldova, Qaqauz, Ukrayna, Dağıstan, Gürcüstan, Tacikistan, Başqırdıstan, Qazaxıstan, Tatarstan, Türkmənistan, Özbəkistan, Macarıstan, Hindistan, Mərakeş, Misir, Səudiyyə Ərəbistanı, ABŞ, Kanada və s. ölkələrdə dəfələrlə çıxış etmişdir.

2007-ci ildə Azərbaycan zəvvarları ilə Həcc ziyarətində olmuşdur. Azər Zeynalov bir çox mükafatlara layiq görülmüşdür.

1995-ci ildə "Avropa Türk-İslam Kültür Cəmiyyəti" tərəfindən qızıl medalla təltif olunmuşdur. Opera səhnəsində ifa etdiyi bir çox rollara görə müxtəlif mükafatlar almışdır.

1998-ci ildə birbaşa olaraq Azərbaycan Respublikasının xalq artisti, 2008-ci ildə isə Dağıstan Respublikasının xalq artisti fəxri adına layiq görülmüşdür.

2013-cü ildə O, "Türksoy" təşkilatının təsis etdiyi medalla təltif olunmuşdur. "AKlassik" ("AClassic") vokal ansamblını da həmin ildə yaratmışdır. Azər Zeynalov 2001-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin vokal kafedrasının müdiri kimi pedaqoji fəaliyyətdədir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən 2009-cu ildə ona Vokal kafedrası üzrə Dosent, 2013-cü ildə isə Professor elmi adı verilmişdir. Vokal ifaçılığının tədrisi üzrə 2008-ci ildə maqistr, 2012-ci ildə isə bakalavr təhsil pilləsi üçün proqram tərtib etmişdir.

Onun 2012-ci ildə çapdan çıxardığı "Vokal ifaçılığı" kitabı Ali musiqi məktəblərinin opera-vokal sinfində təhsil alan tələbələr üçün ana dilində ilk dərslikdir.

30 aprel 2014-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.

Siyavuş Kərimi - Bəstəkar, Xalq artisti, professor.

SİYAVUŞ KƏRİMİ

Siyavuş Əşrəf oğlu Kərimi 9 noyabr 1954-cü ildə Bakıda doğulmuşdur. 1961-1972 illərdə Bülbül ad. orta ixtisas musiqi məktəbində təhsil almış və görkəmli tarzən Əhsən Dadaşovun tar sinfini bitirmişdir. 1972-1977 illərdə Azərbaycan Dövlət Konservatoriyasında təhsilini davam etdirmişdir. 1979 ildən başlayaraq, Rəşid Behbudov ad. Azərbaycan Dövlət Mahnı Teatrının orkestrində solist musiqiçi, Azkonsertin «Aşıqlar» ansamblında bədii rəhbər, «AzTR» estrada orketrində bədii rəhbər, «Cəngi» EFA-da musiqi rəhbəri vəzifəsində, C.Cabbarlı ad. Azərbaycanfilm Kinostudiyasının Rafiq Babayev ad. musiqi studiyasında bədii rəhbər vəzifəsində çalışmışdır. 2001 ildən Azərbaycan Milli Konservatoriyasının rektoru, «Milli musiqinin tarixi və nəzəriyyəsi» kafedrasının professorudur.

Professor Siyavuş Kərimi «Saz məktəbi» dərsliyinin həmmüəllifi (A.Quliyev, M.Əliyevlə birlikdə), iki cilddən ibarət «Azərbaycan xalq mahnıları» məc muəsinin tərtibçisidir. "Muğam ensiklopediya"sının "Azərbaycan xanəndələri" CD toplusunda "Gənc xanəndələr" bölməsinin səsyazısına rəhbərlik etmişdir.

Siyavuş Kətimi bir çox beynəlxalq miqyaslı musiqi lahiyələrinin müəllifidir. Azərbaycan – Norveç vokal musiqi lahiyəsi (2001), Azərb. və Cənubi Amerika musiqiçiləri ilə müştərək yaratdıqları «Salasm hola» Beynəlxalq lahiyəsi (2002) onun rəhbərliyi ilə uğurla həyata keçirilmişdir. Siyavuş Kərimi «Sarı gəlin», «Sonuncu döyüş», «Əlvida cənub şəhərim», «Girov» və s. bədii filmlərə, 9 seriyadan ibarət «Heydər Əliyev» televiziya filminə, 2 animasiya filminə və 10-dan artıq teatr tamaşasına musiqi bəstələmişdir. Akademik Milli Dram Teatrının səhnəsində V.Şekspirin eyniadlı faciəsi əsasında hazırlanmış «Hamlet» tamaşasının musiqisinə görə 2003cü ildə «Qızıl Dərviş» mükafatına, 2005-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülmüşdür.

 

İttifaqın bölgələr üzrə təmsilçiləri

Naxçıvan -

Kamran Quliyev - Xalq artisti

KAMRAN QULİYEV

Kamran Məmmədqulu oğlu Quliyev 9 sentyabr 1958-ci ildə Naxçıvanda anadan olmuşdur.1986-cı ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İnstitutunun mədəni-maarif fakültəsinin qiyabi şöbəsini bitirmişdir. 1979-cu ildə C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktyor kimi fəaliyyətə başlayan K.Quliyev 1997-ci ilin may ayından teatrın baş rejissoru, 2004-cü il fevralından teatrın direktoru və baş rejissoru vəzifəsində çalışır.

Teatrda işlədiyi müddətdə Neznamov ("Günahsız müqəssirlər", A.Ostrovski), Əmir Teymur, Elxan, Uluq bəy, Keşiş ("Topal Teymur", "İblis", "Uçurum", "Şeyx Sənan", H.Cavid), Nadir şah ("Nadir şah", N.Nərimanov), Qızıl Arslan ("Atabəylər", N.Həsənzadə) və s. çoxsaylı yaddaqalan rollar ifa edən aktyor, eyni zamanda rejissor kimi M.F.Axundzadənin "Lənkəran xanının vəziri", H.Cavidin "Topal Teymur", "İblis", "Səyavuş", C.Məmmədquluzadənin "Dəli yığıncağı", S.Vurğunun "Fərhad və Şirin", Elçinin "Mənim ərəm dəlidir", "Mənim sevimli dəlim", M.Cəlalın "Dirilən adam" və bir sıra başqa əsərlərə maraqlı quruluşlar vermişdir.

Kamran Quliyev1987-ci ildə Azərbaycan respublikasının Əməkdar artisti, 1999-cu ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb.

Lənkəran -

Qabil Quliyev - Xalq artisti

QABİL QULİYEV

Qabil Əzizulla oğlu Quliyev 19 aprel 1949-cu ildə Cəlilabad rayonunun Tahirli kəndində anadan olmuşdur.

İlk təhsilini kənd 8 illik məktəbində, orta təhsilini Cəlilabad 1 saylı şəhər orta məktəbində almışdır. 1966-cı ildə orta məktəbi bitirdikdən sonra Bakı Neft Sənayesi məktəbində oxumuşdur.

1968-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakultəsinin əyani şöbəsinə daxil olmuş, Respublikanın xalq artistləri Əliheydər Ələkbərov və professor Rza Təhmasibin sinifində təhsil almışdır. Tələbəlik illərində Akademik Dövlət Dram Teatrında əvvəlcə səhnə quraşdırıcısı, sonra isə yardımçı aktyor heyyətində aktyor kimi çalışmışdır.1972-ci ildə İnstitutu bitirdikdən sonra Moskvada "Mosfilm" kinostudiyasının hərbiləşdirilmiş kino-bazasında xidmət etmişdir. 1974-cü ildən N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında çalışır. Teatrda Oqtay (C.Cabbarlı – "Oqtay Eloğlu"), Qacar (S.Vurğun - "Vaqif "), İsgəndər (C.Məmmədquluzadə – "Ölülər"), Xosrov (S.Vurğun – "Fərhad və Şirin"), Fon Moor (F.Şiller – "Qaçaqlar"), Edip (Sofokl – "Şah Edip") və sair mürəkkəb obrazlara səhnə həyatı vermişdir.

Qabil Quliyev Azərbaycan teatr sənəti sahəsində xidmətlərinə görə 1979-cu ildə Respublikanın əməkdar artisti, 2000-ci ildə Respublikanın xalq artisti fəxri adlarına layiq görülmüş, 2009-cu ildə Azərbaycan Teatr Xadimləri İttifaqının "Şərəf" mükafatı ilə təltif edilmişdir.

Gəncə -

Əli Qasımov – Əməkdar mədəniyyət işçisi

ƏLİ QASIMOV

Əli Teymur oğlu Qasımov 1956-cı ildə Qazax rayonunda anadan olmuşdur.

1981- ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino aktyorluğu" fakultəsini bitirmişdir.

Əli Qasımov 1981-ci ildən Gəncə Dövlət Dram teatrında aktyor kimi fəaliyyətə başlamışdır. İşlədiyi müddətdə bir çox tamaşalarda - S. Vurğunun "Vaqif" dramında Vəzir, M. Kərimin "Odu atma Prometey" əsərində Birinci Allah, O. Kamalın "Yad qızı" əsərində qarson Rza, "Doğmalar" tamaşasında Atabala, A.Məmmədovun " Sabir dərdi" satirik komediyasında M. Ə. Sabir və s.yaddaqalan obrazlar yaratmışdır.

Bir müddət sonra Ə.Qasımov inzibati işə keçmişdir. O, 1994-1999-cu illərdə Gəncə Dövlət Dram Teatrında baş inzibatçı,1999-2001-ci illərdə direktor müavini vəzifəsində işləmiş, 2001-2008-ci illərdə Nizami Poeziya Teatrının direktoru olmuşdur. 2008-ci ilin sentyabr ayından Gəncə Dövlət Dram Teatrının direktoru vəzifəsində çalışır.

Əli Qasımov son illərdə Gəncədə keçirilən ümumşəhər tədbirləri üçün N. Gəncəvinin qəzəlləri əsasında " N. Gəncəvi-860", B.Vahabzadənin "Şəhidlər", A. Qurbanovun " Əbədi məşəl", Ş. Salehin " Azadlıq atası" poemalarının əsasında bir çox ədəbi-bədii kompozisiyaların ssenarisini yazmış və h\min tədbirlərin keçirilməsinə rəhbərlik etmişdir.

2012-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.

Sumqayıt -

Firudin Məhərrəmov - Əməkdar artist

FİRUDİN MƏHƏRRƏMOV

Firudin Əliməmməd oğlu Məhərrəmov 1959-cu il mayın 10-da Lerik rayonunda anadan olmuşdur.

1987-ci ildə Azərbaycan Dövlət İncəsənət institutunda professor, Xalq artisti Mehdi Məmmədovun rəhbərlik etdiyi rejissorluq kursunu bitirmişdir. Tələbəlik illərində "Bir məhəbbətin tarıxçəsi" (Rey Bredler) "Kamança"(C.M.Məmmədquluzadə), "Şirə bənzər"(R.İbrahimbəyov) və "Elektra" (Sofokl) kimi əsərlərə Tədris teatrında quruluş vermişdir.

1987-ci ildə V.Şukşinin "Diribaş adamlar"əsərinə verdiyi quruluşla F.Məhərrəmov Sumqayıt Dövlət Musiqili Dram Teatrında rejissor kimi işə başlamış, bu günədək teatrının səhnəsində 30-dan çox əsərə quruluş vermişdir.. Onun quruluş verdiyi "Təxribatçılar" (S.Mrojek), "Subaylarınızdan görəsiniz"(İ.Məlikzadə və S. Ələsgərov) , "Yaralar" və "Kim nə deyər bizdə olan qeyrətə" (A.Babayev), "Qarışqa yuvası" (Ə.Qiyas) , "Hamlet" (V.Şekspir), "Aydın" (C.Cabbarlı), "Bir köpək vardı" (G.Xuqayev), "Dağlarda tufan" (Ə.M.Lələdağ), "Qarağaclar altında məhəbbət" (Y.Onil), "Bayramın birinci günü" (N.Hikmət), "Mənim ağ göyərçinim" (T.Vəliyeva), "Varlı qadın" (Ə.Əmirli), "Qaraca qız"(A.Şaiq) "Birincilər və sonuncular" (C.Qolsuorsi), "Şərəfin sandığı" (M.Atəş) və O.Fikrətoğlunun "Qapı" mono-tamaşaları sənətşünaslar tərəfindən yüksək qiymətləndirilmişdir. 1998- ci ildə Gürcüstanın Rustavi şəhərinin 50 illiyinə həsr olunmuş, Beynəlxalq "Qızıl maska" festivalında F.Məhərrəmov quruluş verdiyi "Müsyo Jordan və Dərviş Məstəli şah" (M.F.Axundov) tamaşasına görə "Klassik əsər üzərində uğurlu eksperiment" prizi ilə təltif olunmuşdur. 2005-ci ildə Respublikamızda keçirilən "Boş məkan dolğunluğu" teatr festivalında F.Məhərrəmov "Ümid sahili" tamaşasına görə "Uğurlu aktyor ansamblı"- rejissor prizinə layiq görülmüşdür. F.Məhərrəmov həmçinin Musiqili Komediya Teatrında "Hicran", Füzuli Dövlət Dram Teatrında "Danabaş kəndinin əhvalatları", İrəvan Teatrında E.Əfəndiyevin "Poçt şöbəsində xəyal", Anarın "Telefon gecələri" əsərlərinə quruluş vermişdir.

F.Məhərrəmov bədii yaradıcılıqla da məşğul olur. O, 5 pyesin, bir neçə teleserial ssenarisinin müəllifi, 4 pyesin tərcüməçisidir.

F.Məhərrəmovun hazırladığı "Müsyo Jordan və Dərviş Məstəli şah" (M.F.Axundzadə), "Öz xoşuna gəzən pişik" (R.Kiplinqin) tamaşaları Respublika televiziyasının Qızıl fondunda saxlanılır.

F.Məhərrəmov 2005-ci ildə Respublikanın Əməkdar artisti fəxri adına, 2007-2008-ci illərdə Prezident mükafatına layiq görülmüşdür.