TƏDBİR VƏ LAYIHƏLƏR / Görüşlər

 

 

Boris Şukin adına Teatr İnstitutunun Azərbaycan studiyasının tələbələri ilə görüş

Fotoşəkillər  

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə 22 iyul 2019-cu il tarixdə AzTXİ-nın Gənclər sektorunun təqdimatında Boris Şukin adına Teatr İnstitutunun Azərbaycan studiyasının tələbələri ilə görüş keçirildi.

Görüşdə Mədəniyyət Nazirliyinin, Teatr Xadimləri İttifaqının nümayəndələri, görkəmli sənət adamları, ziyalılar, media nümayəndələri iştirak etdilər.

Tədbirdə AzTXİ-nın sədri Azər Paşa Nemətov, Yaradıcılıq şöbəsinin mütəxəssisi Dağlar Yusif, Boris Şukin adına Teatr İnstitutunun Azərbaycan studiyasının tələbələri çıxış etdilər. Tələbələr təhsil prosesindən, əldə etdikləri nailiyyətlərdən danışdılar, onlara yaradılan şəraitə görə minnətdarlıqlarını bildirdilər.

Tədbir iştirakçıları tələbələrin seçim turlarından bu günə qədər keçdiyi təhsil prosesindən hazırlanmış videoçarxı izlədilər.

Sonda tələbələr Azərbaycan qastrolunda uğurlu çıxışlarına görə İttifaq tərəfindən fəxri fərman və pul mükafatı ilə təltif edildilər.