TƏDBİR VƏ LAYIHƏLƏR / Yubileylər

 

MƏMMƏDRZA ŞEYXZAMANOV – 100

 

4 noyabr 2015-ci il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı görkəmli teatr və kino aktyoru, Respublikanın xalq artisti Məmmədrza Şeyxzamanovun 100 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirmişlər.

Akademik Milli Dram Teatrında keçirilən gecədə görkəmli sənət ustaları – xalq artistləri Azər Paşa Nemətov, Ağakişi Kazımov, Hacı İsmayılov, Rafiq Əzimov, Ramiz Məlikov, əməkdar artist Elxan Qasımov Məmmədrza Şeyxzamanov haqqında xatirələrini danışmış, sənətkarın yaradıcılığından nümunələr nümayiş olunmuşdur.

Sonda Məmmədrza Şeyxzamanovun qızı Afaq Şeyxzamanova tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.