TƏDBİR VƏ LAYIHƏLƏR / Müxtəlif tədbirlər

 

 

29-30 aprel 2021-ci il. «Sənsiz» adlı bədii qiraət müsabiqəsi

Fotoşəkillər

2021-ci il bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış Azərbaycanın görkəmli şair və mütəfəkkiri Nizami Gəncəvinin 880 yaşı tamam olur.

Dahi şairin yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin Sərəncamı ilə 2021-ci il «Nizami Gəncəvi ili» elan edilib. Bu münasibətlə Azərbaycan Respublikasının Mədənyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə 29-30 aprel 2021-ci il tarixdə «Sənsiz» adlı bədii qiraət müsabiqəsi keçirilди. Müsabiqənin keçirilməsində əsas məqsəd milli mədəniyyət məkanında baş verən yaradıcılıq proseslərini fəallaşdırmaq, bədii qiraətə olan marağı artırmaq və yeni yaradıcılıq axtarışlarına şərait yaratmaqdır. 60-a yaxın iştirakçıdan 18 nəfər seçilərək müsabiqəyə buraxılдı. Seçilən nümunələr aprelin 29-da təqdim olundу.


Giriş sözü ilə tədbiri açan İttifaqın sədr müavini, Xalq artisti Hacı İsmayılov müsabiqə ilə bağlı ətraflı məlumat verdi, onun əhəmiyyətindən danışdı. Sonra iştirakçıların çıxışları təqdim olundu. Münsiflər tərəfindən seçilən iştirakçılar aprelin 30-da mükafatlandırıldı.

II yerin qalibləri:
Trifonov Yaroslav Vladimiroviç (Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru) Qasımov Niyaz İlyas oğlu (Bakı Uşaq Teatrının aktyoru)

III yerin qalibləri:
Həmzəyeva Bahar Əvəz qızı (Şuşa Dövlət Musiqili Dram Teatrının aktrisası) Yaqubova Ella İsmayıl qızı (Mingəçevir Dövlət Dram Teatrının aktrisası)

Münsiflər heyətinin xüsusi diplomu ilə təltif olunanlar:
Nəzərova Dilarə Vaqif qızı (ADMİU-nun tələbəsi) Kərimova Gülər Rövşən qızı (Lənkəran Dövlət Dram Teatrının aktrisası) Məmmədzadə Nəsimi Əyyub oğlu (Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru) Muradov Elçin Əkrəm oğlu (Bakı Bələdiyyə Teatrının aktyoru) Şirinova Naibə Həmdulla qızı (Alman-Azərbaycan Ziyalılar Birliyinin sədri)

Müsabiqədə iştiraka görə təltif olunanlar:
Hümbətov Elmir Uğurlu oğlu (Ağdam Dövlət Dram Teatrının aktyoru) Muradlı Kamran Əhməd oğlu (Sumqayıt Dövlət Dram Teatrının aktyoru) Qarayev Qaçaq Məhərrəm oğlu (Füzuli Dövlət Dram Teatrının aktyoru) Fətullayeva Aygün Bəhruz qızı (Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası) Zəmanə Dərviş (Qazax Dövlət Dram Teatrının aktrisası) Qasımova Fatimə Bəxtiyar qızı (ADMİU-nun tələbəsi) Hacızadə Vəfa Nadir qızı (Lənkəran Dövlət Dram Teatrının aktrisası) Zeynalova Aytac Rizvan qızı (ADMİU-nun tələbəsi) Səfərova Kəmalə Mazanovna (Qusar Dövlət Ləzgi Dram Teatrının aktrisası)