TƏDBİR VƏ LAYIHƏLƏR / Müxtəlif tədbirlər

 

 

31 mart 2021-ci il. Əməkdar artist Cəmilə Kərimova «Sənətkar» medalı ilə təltif edildi

Fotoşəkillər

31 mart 2021-ci il tarixdə Azərbaycan Respublikasının Əməkdar artisti Cəmilə Kərimova Azərbaycan Teatr Xadimləri İttifaqının “Sənətkar” medalı ilə təltif edildi.

“Sənətkar” medalını Cəmilə Kərimovaya təqdim edən İttifaqın Sədri Azər Paşa Nemətov balerinanın yarıdıcılığından, onun balet sənətinə verdiyi töhfələrdən danışdı.

Balerinanın istedadını, professional bacarıqlarını xüsusi qeyd edən Azər Paşa Nemətov sənətkara yaradıcılığında uğurlar arzuladı.

Sonda Cəmilə Kərimova yaradıcılığına verilən yüksək qiymətə görə Teatr Xadimləri İttifaqına dərin minnətdarlığını bildirdi.