TƏDBİR VƏ LAYIHƏLƏR / Müxtəlif tədbirlər

 

AzTXİ-nin saytının təqdimat mərasimi

  Photo >>>   Video >>>

16 sentyabr tarixində "Hilton-Bakı" mehmanxanasında Azərbaycan Teatr Xadimləri İttifaqının "az.teatriffitaqi.az" veb-saytının təqdimatı keçirildi. Tədbiri giriş sözü ilə açan Azər Paşa Nemət saytın yaranması haqqında qısa məlumat verdi və təqdimat üçün layihənin rəhbəri, "Musiqi dünyası" jurnalının baş redaktoru, Əməkdar İncəsənət Xadimi, Sənətşünaslıq doktoru, professor Tariyel Məmmədova söz verdi. Tariyel Məmmədov saytın məzmunu, strukuru, texniki göstəriciləri ilə bağlı bir qədər məlumat verdikdən sonra tədbir iştirakçılarına saytı təqdim etdi. Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirinin müavini Ədalət Vəliyev, teatrşünaslar, İlham Rəhimli və Məryəm Əlizadə, Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov Teatr Xadimləri İttifaqının müasir informasiya texnologiyalarının teatr sənətinə tətbiqini çox gərəkli və düzgün addım kimi dəyərləndirdilər və saytla bağlı bir sıra təkliflərlə çıxış etdilər. Daha sonra İttifaqın Sədri, professor Azər Paşa Nemət AzTXİ-nin üzvlüyünə yeni qəbul olanlara üzvlük vəsiqələrini təqdim etdi. Quruma yeni üzv olanlar içərisində Akademik Milli Dram Teatrından Məsmə Aslanqızı, Anar Heybətov, Nigar Güləhnədova, Nigar Abdullayeva, gənc dramaturqlar İsmayıl İmanov, Ülviyyə Heydərova, Şəbnəm Xeyrulla, sənətşünaslar Mətanət Nəsirova, Fərhunə Atakişiyeva, Aygün Süleymanova, jurnalist Ramilə Qurbanlı və başqaları da vardı.

Layihənin rəhbəri Tariyel Məmmədov, ideya müəllifi və məsləhətçisi Azər Paşa Nemət, məsul redaktoru Vidadi Qafarov, redaktoru Elçin Cəfərov, art-direktoru Alina Cahangirova, sayt meneceri İrina Tışakova, Foto-video işləri üzrə mütəxəssisi Sergey Tışakov, tərcüməçisi Nərmin Əliyeva, kinooperatoru Yuri Vornovskidir. İşçi qrupun tərkibinə AzTXİ-nin əməkdaşları Rafiq Əliyev, Kəmalə Cəfərzadə, Aida Qafarova, Elmira Kərimova, Nəcibə İbrahimova, Məlahət Manafova, Xatirə Babayeva, Çingiz Ələsgərli, Lalə Məmmədova, Ağəddin Kazımov və Mirheydər Haşımov daxildir.

Sayt musiqi salamı - Müslüm Maqomayevin ifasında "Azərbaycan" mahnısının səslənməsi ilə açılır. Ardınca Azərbaycan Teatr Xadimləri İttifaqı haqqında yazı təqdim olunur.

"Haqqımızda", "Struktur", "Tədbir və layihələr", "Mükafatlar", "Nəşrlər", "Sənədlər", "Mediateka", "Teatrlar" kimi bölmələrdən ibarət saytda Azərbaycan Teatr Xadimləri İttifaqının fəaliyyət tarixinə ətraflı nəzər salınır, həmçinin milli teatr prosesinin əlamətdar hadisələri işıqlandırılır.

Birinci bölmədə AzTXİ-nın tarixi nə bu günü, keçmiş sədrləri, üzvləri, mərhum üzvləri haqqında məlumat verilir, qurumun üzvü olan 800-ə yaxın teatr xadimi haqqında qısa informasiyalar verilir.

Növbəti bölmədə isə AzTXİ-nin strukturuna nəzər salınır. İttifaqın Sədri, Sədr müavini, məsul katibi, İdarə heyətinin üzvləri, bölgə üzrə təmsilçiləri haqqında ətraflı məlumatla tanış olmaq imkanı var. Saytın ən maraqlı bölmələrindən biri də "Tədbir və layihələr"bölməsidir. Sözügüdən bölmədə Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilən festivallar, yubiley tədbirləri, anım günləri, görüşlər, beynəlxalq əlaqələr və digər tədbirlər barəsində maraqlı məlumalar verilir.

İnternet istifadəçiləri növbəti bölmədə Teatr Xadimləri İttifaqının təsis etdiyi "Qızıl Dərviş", "İrs" mükafatları, "Səhnə işığı" prizi, "Teatr xadim"i qızıl medalı, "Teatr xadimi" gümüş medalı kimi mükafatlar və bu mükafatların ayrı-ayrı illərdə kimlərə təqdim olunması haqqında dolğun informasiya əldə edə bilərlər. Saytda həmçinin AzTXİ-nin nəşrləri və qurumun kitabxanasında mövcud olan ədəbiyyat da yerləşdirilib. "Sənədlər" bölməsində AzTXİ-nin azərbaycan və rus dilində nizamnaməsi, teatr səəti ilə bağlı son illərdə qəbul olunan hüquqi-normativ sənədlərlə tanış olmaq olar. Bu bölmədə "Teatr və teatr fəaliyyəti haqqında" Qanun, "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında", "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramının təsdiq edilməsi haqqında" "Milli Teatr Günü"nün təsis edilməsi haqqında" "Azərbaycanda peşəkar milli teatrın yaradılmasının 140 illiyi haqqında" Sərəncamları öz əksini tapıb.

Heç şübhəsiz, teatrittifaqi.az saytının ən zəngin bölməsi "Mediateka" bölməsidir. Özlüyündə "Foto arxiv", "Video arxiv", "Audio arxiv", "Mətbuat", "Elektron kitabxana", "Azərbaycan poeziyası. Karaoke" kimi altbölmələrə ayrılan "Mediateka"da milli teatr sənətimizin zəngin arxivi toplanıb. "Fotoarxiv" altbölməsində milli teatr tarximizdə mühüm əhəmiyyət kəsb edən ünlü şəxsiyyətlərin fotoqalereyası, AzTXİ-nin həyata keçirdiyi tədbirlərdən, yubileylərdən, anım günlərindən, görüşlərdən, festival və müsabiqələrdən fotoşəkillər toplanıb. Burada həmçinin Respublikada fəaliyyət göstərən müxtəlif teatrlarda hazırlanmış tamaşalardan fotolara, eləcə də tədbir və tamaşaların afişalarına baxmaq olar.

Növbəti "Video arxiv" bölməsində isə müxtəlif tədbirlərin videoyazıları yerləşdirilib. Bu altbölmədə həmçinin milli teatr sənətinə həsr olunmuş videoxronikalar da yerləşdirilib. İşçi qrupu dövri mətbuat səhifələrində AzTXİ-nin tədbirlərinə həsr edilmiş məqalələri də qruplaşdıraraq, sayta yerləşdirib.

Elektron kitabxana bölməsində AzTXİ-nin təşəbbüsü ilə ərsəyə gələn Arif Əbdürrəhmanovun "Teatrda rəssamın rolu" monoqrafiyası və "Ömrün səhifələri" seriyasından Xalq artisləti Şəmsi Bədəlbəylinin və Məhərrəm Haşımovun 100 illiyinə həsr olunmuş fotoalbomlarla tanış olmaq olar.

"Azərbaycan poeziyası. Karaoke" bölməsində Azərbaycanın məşhur aktyor və qiraət ustalarının ifasında Xaqani Şirvaninin, Nizami Gəncəvinin, İmaməddin Nəsiminin, Məhəmməd Füzulinin, Abbasqulu ağa Bakıxanovun, Qasım bəy Zakirin, Molla Cümənin, Xurşid Banu Natəvanın, Hüseyn Cavidin, Səməd Mənsurun, Rəsul Rzanın, Xəlil Rza Ulutürkün əsərlərini dinləmək olar. Bu karaokelərdən orrta və ixtisas məktəbərinfə, eləcə də sənət yönümlü ali məktəblərdə, ələlxüsus sənhə danışığı və aktyor sənəti fənnlərinin tədrisi zamanı dəyərli tədris vəsaiti kimi də istifadə etmək olar.

Sayta qeyri-adilik gətirən cəhətlərdən biri də azərbaycan, rus və ingilis dillərində hazırlanan virtual gəzintidən ibarətdir. İstifadəçilər "Virtual tur" bölməsinə daxil olmaqla AzTXİ-nın binasının xarici və daxili görünüşü ilə tanış ola bilər. Virtual tur binanın fasadındanbaşlamış, ayrı-ayrı otaqlara və zallara qədər hər yeri əhatə edir.

Saytoqrafiya bölməsində isə Azərbaycanda, eləcə də dünyada mövcud olan ən maraqlı və funksional saytlara hiper keçidlər öz əksini tapıb.