TƏDBİR VƏ LAYIHƏLƏR / Yubileylər

 

SƏYAVUŞ ASLAN – 80

 

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Azərbaycan Respublikasının xalq artisti Səyavuş Aslanın 80 illik yubileyinə həsr olunmuş tədbir keçirmişlər.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının, Akademik Milli Dram Teatrı nümayəndələrinin və Səyavuş Aslan sənətini sevən çoxsaylı tamaşaçıların iştirakı ilə keçirilən tədbirdə görkəmli aktyorun həyat və sənət yolundan bəhs edən videoçarxlar nümayiş olunmuş, sənətkar haqqında xoş xatirələr söylənmişdir.

Teatrın foyesində Azərbaycan Dövlət Teatr Muzeyinin hazırladığı foto-sərgi tamaşaçılara təqdim olunmuşdur. Sərgidə Səyavuş Aslanın yaradıcılıq yolundan, habelə həyatının xoş anlarından bəhs edən fotolar nümayiş etdirilmişdir.

Çıxış edənlər – Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirinin müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ədalət Vəliyev, Akademik Milli Dram Teatrının bədii rəhbəri və baş rejissoru, xalq artisti, professor Azər Paşa Nemətov, Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov, əməkdar incəsənət xadimi, rejissor Məhərrəm Bədirzadə, əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə və başqaları sənətkarın çoxşaxəli yaradıcılığından söhbət açmış, xoş xatirələr danışmışlar.