TƏDBİR VƏ LAYIHƏLƏR / Müxtəlif tədbirlər

 

Azərbaycanın görkəmli sənətkarları Mehdi Məmmədov və Zəfər Nemətovun
«REJİSSOR İŞİ» HAQQINDA» KİTABININ (YENİ REDAKSİYADA) təqdimat mərasimi

Video

Azərbaycan Teatr Xadimləri İttifaqı 2015-ci il fevralın 27-də Azərbaycanın görkəmli rejissorları Mehdi Məmmədov və Zəfər Nemətovun «Rejissor işi» haqqında» kitabının (ikinci redaksiyada) təqdimat mərasimini keçirmişdir.

Tədbirdə Azərbaycanın görkəmli sənətkarları, Mədəniyyət və İncəsənət Universitetinin müəllimləri və tələbələri iştirak etmişlər.

Giriş sözü ilə tədbiri açan Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azər Paşa Nemətov kitab haqqında məlumat verərək, sözü aparıcı, xalq artisti Hacı İsmayılova vermişdir.

Hacı İsmayılov Mehdi Məmmədov və Zəfər Nemətov haqqında xatirələrini danışmış və sonra çıxış edənləri təqdim etmişdir.

Çıxış edənlər - xalq artistləri Canəli Əkbərov, Ağakişi Kazımov, İlham Namiq Kamal, Rafiq Əzimov, Rasim Balayev, əməkdar incəsənət xadimi Bəhram Osmanov, Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh Əliyeva, Mədəniyyət və İncəsənət Universitetinin II kurs tələbəsi Fərəhbanu Əzimova kitabın qiymətli dərs vəsaiti olduğunu qeyd etmiş, görkəmli sənətkarlar haqqında xatirələrini danışmış və bu qiymətli kitaba görə minnətdarlıqlarını bildirmişlər.

Sonda tədbir iştirakçılarına «Rejissor işi» haqqında» kitabı paylanmışdır.