TƏDBİR VƏ LAYIHƏLƏR / Görüşlər

 

 

Türkiyənin Dənizli şəhərində keçirilən Beynəlxalq Teatr Festivalında iştirak etmiş Teatr Xadimləri İttifaqının «Rejissor» laboratoriyasında hazırlanmış Elçin Hüseynbəylinin «Qaçaq qocalar» tamaşasının yaradıcı heyətinin media nümayəndələri ilə görüşü

 

Fotoşəkillər

Azərbaycan Teatr Xadimləri İttifaqı 04 iyun 2015-ci il tarixdə Türkiyənin Dənizli şəhərində keçirilən Beynəlxalq Teatr Festivalından qayıdan «Qaçaq qocalar» (müəllif Elçin Hüseynbəyli) tamaşasının yaradıcı heyətinin media nümayəndələri ilə görüşünü keçirmişdir.

Tamaşanın rejissoru və aktyoru – Nofəl Vəliyev, iştirakçılar - Kərəm Hadızadə, Məsumə Babayeva, səs opreatoru Nazim Kərimli, səhnə texnikası üzrə mütəxəssis – Zaur Abasovdur. Yaradıcı heyətin rəhbəri – xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılovdur.

Görüşdə festival iştirakıçıları tədbir haqqında geniş məlumat vermiş, video və foto materiallar təqdim olunmuş və kütləvi informasiya vasitələri nümayəndələrinin sualları cavablandırılmışdır.