TƏDBİR VƏ LAYIHƏLƏR / Müxtəlif tədbirlər

 

 

23 yanvar – 01 fevral 2016-cı il tarixlərdə Azərbaycan Teatr Xadimləri İttifaqının «Rejissor» laboratoriyasında hazırlanmış Elçin Hüseynbəylinin «Qaçaq qocalar» tamaşasının

yaradıcı heyəti Türkiyənin Bursa şəhərində keçiriləcək «Tiyatro Günləri» və Antaliya Böyükşəhər Tiyatrosu tərəfindən təşkil olunmuş «Konuk Tiyatro» projesində iştirak etmək üçün Türkiyə Respublikasına səfər edəcək.

Yaradıcı heyətin rəhbəri – xalq artisti Hacı İsmayılov, tamaşanın rejissoru Nofəl Vəliyev, iştirakçılar – Kərəm Hadızadə, Bəhruz Əhmədli, Məsumə Babayeva, işıqçı və quraşdırıcı Zaur Abasov, səs operatoru Nazim Kərimlidir.