TƏDBİR VƏ LAYIHƏLƏR / Festivallar

 

«NƏSİMİ İLİ – NƏSİMİ DİLİ» FESTİVALI

 

12-13 aprel 2019-cu ildə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Bakı Uşaq Teatrının təşkilatçılığı ilə Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş «Nəsimi ili – Nəsimi dili» festivalı keçirildi.

A.M.Şərifzadə adına Aktyor evində keçirilən festivalda Akademik Musiqili Teatrının, Akademik Rus Dram Teatrının, Dərbənd Azərbaycan Dövlət Dram Teatrının, Gənc Tamaşaçılar Teatrının, Sumqayıt Dövlət Dram Teatrının yaradıcı heyəti, Mədəniyyət və İncəsənət Universitetinin tələbələri iştirak etdilər.

Giriş sözü ilə festivalı Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov açdı. O, Nəsimi dühasından, dahi şairin yaradıcılıq nümunələrindən ibarət olan «Nəsimi ili – Nəsimi dili» festivalının əhəmiyyətindən danışdı. Festivalın ilk günü işirakçılar Nəsiminin qəzəllərini söylədilər, onun əsərlərindən ibarət kompozisiyalar təqdim etdilər. Növbəti gün mükafatlandırma mərasimi keçirildi.

Sonda Bakı Uşaq Teatrının direktoru İntiqam Soltan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, Azərbaycan Teatr Xadimləri İttifaqına və bütün iştirakçılara öz minnətdarlığını bildirdi.