TƏDBİR VƏ LAYIHƏLƏR / Yubileylər

 

 

Xalq şairi, dramaturq Nəriman Həsənzadənin 85 illiyinə həsr olunmuş «Nəriman Həsənzadə və teatr» adlı tədbir.

 

Fotoşəkillər  Video

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrı 2016-cı il fevral ayının 23-də xalq şairi, dramaturq Nəriman Həsənzadənin 85 illiyinə həsr olunmuş «Nəriman Həsənzadə və teatr» adlı tədbir keçirmişdir.

Tədbiri giriş sözü ilə Azəbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti, professor Azər Paşa Nemətov açaraq, Nəriman Həsənzadəni təbrik etmişdir.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirinin müavini Ədalət Vəliyev Azərbaycan Respublkası Prezidentinin təbrikini Nəriman Həsənzadəyə çatdırmışdır. Ə.Vəliyev qeyd etmişdir ki, müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Nəriman Həsənzadə milli ədəbiyyatımıza və dramaturgiyamıza çox sayda dəyərli sənət inciləri bəxş etmişdir. Onun qələmindən çıxan əsərlər bütün zamanlarda sevilmiş, milyonlarla oxucunun dillər əzbərinə çevrilmişdir. Ə.Vəliyev N.Həsənzadəyə bundan sonra da tükənməz ilham və yeni yaradıcılıq uğurları arzulamışdır.

Tədbirin aparıcısı – xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov şairin həyat və yaradıcılıq yolu haqqında ətraflı danışmış, onun teatrla bağlılığını qeyd etmişdir.

Çıxış edənlər – xalq artistləri Mərahim Fərzəlibəyov, Ağakişi Kazımov, Ramiz Novruz, Məleykə Əsədova, Cəfər Namiq Kamal, Valeh Kərimov, əməkdar artistlər Əli Nur, Tofiq Bayramov şairin yüksək sənətkarlığından söz açmış, onun əsərlərinin teatrın bu günü üçün çox lazımlı olduğunu vurğulamışlar. Tədbirdə N.Həsənzadənin dram əsərlərindən parçalar və həyati görüntülər nümayiş etdirilmişdir.