TƏDBİR VƏ LAYIHƏLƏR / Müxtəlif tədbirlər

 

Milli teatr gününə həsr olunmuş tədbir

10 mart 2009-cu il

Azərbaycan Teatr Xadimləri İttifaqı 2009-cu il mart ayının 10-da Milli Teatr Günü münasibətilə təntənəli tədbir keçirmişdir. Bayram tədbiri İttifaqın tamaşa salonunun foyesində ölkəmizin təxminən bütün teatrlarını əhatə edən ən yaxşı teatr plakatları sərgisinin açılışı ilə başlamış və İttifaqın tamaşa salonunda təntənəli tədbirlə davam etmşdir. Tədbirdə Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev, İttifaqın sədri Azər Paşa Nemət, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəldəyli, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi, Mədəniyyət və İncəsənət Universitetinin rektoru Timuçin Əfəndiyev və sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə çıxış etmişdir.

Tədbirin II bölümündə İttifaqın 1992-ci ildə təsis etdiyi və həmin ildən teatr mövsümünün uğurlarına görə təqdim olunan «Qızıl Dərviş» mükafatının, İttifaqın «Teatr Xadimi» qızıl və gümüş medallarının, həmçinin «Səhnə işığı» prizinin təqdimatı olmuşdur.

Mükafatlar:

«Qızıl Dərviş» mükafatı:

Akademik Milli Dram Teatrının aktrisası Firəngiz Bəhər qızı Mütəllimova – Elçinin «Arılar arasında» tamaşasında yaratdığı Qadın obrazına görə.

Gənc Tamaşaçılar Teatrının aktyoru Atabala Osman oğlu Səfərov – İ.Qaruçava və P.Xatyanovskinin «36-dan 6-sı» tamaşasında yaratdığı Baş həkim obrazına görə.

Şəki Dövlət Dram Teatrının baş rejissoru Mirbala Səlimli – J.B.Molyerin «Xəsis» tamaşasının quruluşuna görə.

«Teatr Xadimi» qızıl medalı:

Azərbaycan teatr sənətinin inkişafında müstəsna xidmətlərinə görə:

SSRİ xalq artisti Firəngiz Yusif qızı Əhmədova

Xalq artisti Yaşar Məmmədsadıq oğlu Nuri

«Teatr Xadimi» gümüş medalı:

«PRO-SENT» Prodüser Mərkəzinin Baş direktoru

Ələkbər Cavad oğlu Tağızadə - uğurlu prodüser fəaliyyətinə görə

Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində «Zərgərsənaye» İstehsalat Birliyinin Baş direktoru Nadir Curbala oğlu İbadov - xeyriyyəçilik fəaliyyətinə görə.

«A+A» Şirkətinin Prezidenti Rauf Ramiz oğlu Əliyev xeyriyyəçilik fəaliyyətinə görə

«Səhnə işığı» prizi

Lənkəran Dövlət Dram Teatrının direktoru İslam Cəfər oğlu Həsənov - uğurlu fəaliyyətinə görə.