TƏDBİR VƏ LAYIHƏLƏR / Müxtəlif tədbirlər

 

Məhərrəm Haşımov – 100. «Ömrün səhifələri» adlı kitabın təqdimat mərasimi

21 iyun 2013-cü il

Azərbaycan Teatr Xadimləri İttifaqının görkəmli sənətkarların yubiley tarixləri ilə bağlı çap etdirdiyi «Ömrün səhifələri» adlı silsilə kitabların növbəti kitabı Məhərrəm Haşımovun 100 illik yubileyinə həsr olunub.

Kitabda görkəmli rejissorun həyat və yaradıcılığı, sənətkarlıq xüsusiyyətləri ətraflı şəkildə araşdırılaraq oxuculara təqdim olunub. Təqdim olunan nəşrdə indiyədək heç yerdə çap olunmayan arxiv materiallarına və fotolara geniş yer verilib.

Kitab Məhərrəm Haşımovun qısa, lakin mənalı ömrünün müsbət çalarlarını və eyni zamanda yaradıcılığının özünəməxsus xüsusiyyətlərini ətraflı şəkildə əks etdirir.

Məhərrəm Haşımovun tamaşaları bir qayda olaraq dövrünü qabaqlayan, yüksək intellektual səviyyəli, geniş fantaziyalı, rəngarəng bədii lövhələrlə zəngin idi.

Məhərrəm Haşımov quruluş verdiyi tamaşalarda insanın düşdüyü vəziyyətə uyğun daxili aləmində baş verən dəyişikliyi ən xırda detallara qədər, rəngarəng cizgilərlə nümayiş etdirməyə müvəffəq ola bilən rejissor idi. Onun tamaşaları bədiiliyi, mükəmməl kompozisiya bütövlüyü, maraqlı və eyni zamanda avanqard səhnə yozumu və obrazlı həllinə görə diqqəti cəlb edirdi.